Nur surəsi 24:22 النور
Bu, Nur surəsinin 64 ayəsindən 22 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2813 nömrəlidir, cüz 18. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 352.
وَلَا يَأۡتَلِ أُوْلُواْ ٱلۡفَضۡلِ مِنكُمۡ وَٱلسَّعَةِ أَن يُؤۡتُوٓاْ أُوْلِي ٱلۡقُرۡبَىٰ وَٱلۡمَسَٰكِينَ وَٱلۡمُهَٰجِرِينَ فِي سَبِيلِ ٱللَّهِۖ وَلۡيَعۡفُواْ وَلۡيَصۡفَحُوٓاْۗ أَلَا تُحِبُّونَ أَن يَغۡفِرَ ٱللَّهُ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٌ
Sizlərdən fəzilət və sərvət sahibi olanlar qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.
24:22 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 24:22
Al-Mukhtasar
Qoy aranızda dində fəzilət və mal-dövlət baxımından sərvət sahibləri olanlar ehtiyacı olan yaxınlarına -fəqirlik içində yaşayan və Allah yolunda hicrət edən- işlətdikləri günahdan dolayı yardım etməyəcəklərinə dair and içməsinlər. Qoy onları əfv edib, xətalarını bağışlasınlar. Məgər siz onları əfv edib, xətalarını bağışladıqda, uca Allahın sizin günahlarınızı bağışlamasını istəmirsinizmi?! Allah tövbə edən qullarına qarşı bağışlayandır və onalara qarşı mərhəmətlidir. Qoy Allahın qulları, Allahın bağışlamasından özlərinə örnək götürsünlər. Bu ayə, Mistah bin Usasə -Allah ondan razı olsun- Aişəyə -Allah ondan razı olsun- atılan böhtanda iştirak etdiyi üçün, Əbu Bəkir -Allah ondan razı olsun- bir daha ona yardım etməyəcəyinə dair and içdiyinə görə nazil edilmişdir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 18
- Söz sayı
- 26
- Mədinə müshəfi (604 səhifə)
- 352
- İndoPak müshəfi (610 səhifə)
- 352
- Nəsx müshəfi (612 səhifə)
- 353
Ayə 24:22 hansı surədədir?
Nur surəsi (النور). Surə 24 / 114 · 64 ayə.
Ayə 24:22 hansı cüzdədir?
Cüz: 18.
Ayə 24:22 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 352 · İndoPak müshəfi (610 səhifə): 352 · Nəsx müshəfi (612 səhifə): 353.
Ayə 24:22 neçə sözdən ibarətdir?
Söz sayı: 26.
Ayə 24:22 neçə ərəb hərfindən ibarətdir?
Ayə 24:22: 120 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 24:22 Quranda harada yerləşir?
Ayə 24:22 Quranın 6,236 ayəsindən 2,813 nömrəlisidir.
Nur surəsi neçə ayədir?
Nur surəsi 64 ayədən ibarətdir. Quranda 114 surədən 24 nömrəlisidir.
Nur surəsi Məkki, yoxsa Mədəni surədir?
Nur surəsi Mədəni kimi təsnif olunur.
Ayə 24:22 dinlənilə bilərmi?
Bəli. Ayə 24:22 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nur surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 64 ayə və 1,316 söz, həmin mətndən yaradılır.