Məzmuna keç
Ayə-ayə

Surə haqqında

Vaqiə surəsi Quranda 56 nömrəli surədir, Məkki kimi təsnif olunur və 96 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 534.

Vaqiə surəsi, adının mənası "Baş verəcək hadisə", Quranın 114 surəsindən 56 nömrəlisidir, Məkki kimi təsnif olunur və 379 sözlük 96 ayədən ibarətdir. Cüz 27-də, Rəhman surəsindən dərhal sonra yerləşir; Mədinə müshəfində (604 səhifə) 534-537 səhifələrini tutur. Surə 1-ci ayədə gələn sözlə adlanır.

7-ci ayədə surə insanların üç dəstə olacağını bildirir və bu bölgü ondan sonrakı hər şeyi nizamlayır: hər dəstə öz növbəsində gətirilir və vəsf olunur. Sonrakı bir hissə gündəlik şeylər barədə suallar sıralayır: 63-cü ayədə əkilən toxum, 68-ci ayədə içilən su, 71-ci ayədə yandırılan od. Bağlanış hissəsi 77-ci ayədən etibarən Quranın özündən danışır. Dörd səhifəyə yayılmış 96 qısa ayə ilə surə uzunluğuna görə tez oxunur.

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

  1. إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ

    Qiyamət vaqe olacağı zaman.

  2. لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ

    Onun vaqe olacağına heç bir şübhə yoxdur.

  3. خَافِضَةٞ رَّافِعَةٌ

    O, (kafirləri) alçaldacaq, (möminləri) ucaldacaq.

  4. إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجّٗا

    Yer şiddətlə titrədiyi zaman,

  5. وَبُسَّتِ ٱلۡجِبَالُ بَسّٗا

    Dağlar parça-parça olub ovxalandığı

  6. فَكَانَتۡ هَبَآءٗ مُّنۢبَثّٗا

    (Ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,

  7. وَكُنتُمۡ أَزۡوَٰجٗا ثَلَٰثَةٗ

    siz üç dəstəyə ayrılacaqsınız.

  8. فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ

    Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

  9. وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ

    Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

  10. وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ

    (Dünyada xeyirxah işlərdə) öndə gedənlər, (axirətdə də) öndədirlər!

  11. أُوْلَٰٓئِكَ ٱلۡمُقَرَّبُونَ

    Onlar (Allaha) yaxınlaşdırılmış kimsələrdir.

  12. فِي جَنَّٰتِ ٱلنَّعِيمِ

    Onlar Nəim cənnətlərində olacaqlar.

  13. ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ

    Onların bir qismi əvvəlki ümmətlərlərdən.

  14. وَقَلِيلٞ مِّنَ ٱلۡأٓخِرِينَ

    ِAz bir qismi də axırıncılardandır.

  15. عَلَىٰ سُرُرٖ مَّوۡضُونَةٖ

    (Onlar qızıl-gümüşlə) bəzənmiş taxtlar üstündə

  16. مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ

    qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.

  17. يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ

    Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar dolanacaqlar –

  18. بِأَكۡوَابٖ وَأَبَارِيقَ وَكَأۡسٖ مِّن مَّعِينٖ

    çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –

  19. لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ

    ondan başları ağrımaz və məst olmazlar,

  20. وَفَٰكِهَةٖ مِّمَّا يَتَخَيَّرُونَ

    bəyənib seçdikləri meyvələr

  21. وَلَحۡمِ طَيۡرٖ مِّمَّا يَشۡتَهُونَ

    və istədikləri quş əti ilə (onların ətrafında hərlənəcəklər).

  22. وَحُورٌ عِينٞ

    (Onlar üçün orada) iri qara gözlü hurilər vardır –

  23. كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ

    Sanki (sədəf içində) qorunub-saxlanmış mirvariyə bənzər (hurilər).

  24. جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ

    (Bu, onlara) etdikləri əməllərin mükafatı olaraq (veriləcəkdir).

  25. لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا تَأۡثِيمًا

    Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.

  26. إِلَّا قِيلٗا سَلَٰمٗا سَلَٰمٗا

    Yalnız: “Salam! Salam!”– sözləri (eşidəcəklər).

  27. وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ

    Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

  28. فِي سِدۡرٖ مَّخۡضُودٖ

    (Onlar) tikansız sidr ağacları,

  29. وَطَلۡحٖ مَّنضُودٖ

    meyvələri salxım-salxım asılmış banan ağacları altında,

  30. وَظِلّٖ مَّمۡدُودٖ

    daimi kölgədə,

  31. وَمَآءٖ مَّسۡكُوبٖ

    daim axan su (kənarında),

  32. وَفَٰكِهَةٖ كَثِيرَةٖ

    çoxlu meyvələr –

  33. لَّا مَقۡطُوعَةٖ وَلَا مَمۡنُوعَةٖ

    tükənməyən və qadağan edilməyən (meyvələr içində)

  34. وَفُرُشٖ مَّرۡفُوعَةٍ

    və hündür döşəklər üstündə (olacaqlar).

  35. إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءٗ

    Biz onları (huriləri) yeni bir biçimdə yaratdıq.

  36. فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا

    Biz onları bakirə qızlar etdik –

  37. عُرُبًا أَتۡرَابٗا

    ərlərini sevən, həmyaşıdlar.

  38. لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ

    (Bunlar) sağ tərəf sahibləri üçündür.

  39. ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ

    Onların bir qismi əvvəlkilərdən,

  40. وَثُلَّةٞ مِّنَ ٱلۡأٓخِرِينَ

    bir qismi də axırıncılardandır.

  41. وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ

    Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

  42. فِي سَمُومٖ وَحَمِيمٖ

    Onlar qızmar yel və qaynar su içində,

  43. وَظِلّٖ مِّن يَحۡمُومٖ

    qapqara duman kölgəsində olacaqlar.

  44. لَّا بَارِدٖ وَلَا كَرِيمٍ

    (Bu duman) nə sərin, nə də xoşagələndir.

  45. إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ

    Onlar bundan əvvəl (dünyada) cah-calal içində idilər,

  46. وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ

    böyük günah işləməkdə (Allaha şərik qoşmaqda) israr edirdilər

  47. وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ

    və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyik?

  48. أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ

    Yaxud əvvəlki atalarımızda (dirildiləcəklərmi)?!”

  49. قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ

    (Ey Peyğəmbər!) De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,

  50. لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ

    bəlli bir günün (Qiyamət gününün) müəyyən vaxtında mütləq cəm ediləcəklər.

  51. ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ

    Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!

  52. لَأٓكِلُونَ مِن شَجَرٖ مِّن زَقُّومٖ

    Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,

  53. فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ

    qarınlarınızı onunla dolduracaqsınız,

  54. فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ

    üstündən də qaynar su içəcəksiniz.

  55. فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ

    Siz (onu) susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz”.

  56. هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ

    Bu, onların Din günündəki ziyafətidir.

  57. نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ

    Sizi Biz yaratdıq. Kaş ki (dirildiləcəyinizi) təsdiq etsəniz!

  58. أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ

    Axıtdığınız nütfəni gördünüzmü?!

  59. ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ

    Onu siz yaradırsınız, yoxsa Bizik yaradan?!

  60. نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ

    Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

  61. عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ

    Sizin yerinizə bənzərlərinizi gətirmək və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yenidən yaratmağa (Bizə mane olan tapılmaz).

  62. وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ

    Siz ilk yaradılışı bilirsiniz. Kaş ki (dirildiləcəyiniz barədə) düşünsəniz!

  63. أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ

    Əkdiyinizi gördünüzmü?!

  64. ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّٰرِعُونَ

    Onu siz bitirirsiniz, yoxsa Bizik bitirən?!

  65. لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمٗا فَظَلۡتُمۡ تَفَكَّهُونَ

    Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də təəccüb edərdiniz,

  66. إِنَّا لَمُغۡرَمُونَ

    (və deyərdiniz:) “Biz ziyana uğradıq.

  67. بَلۡ نَحۡنُ مَحۡرُومُونَ

    Xeyr, biz (ruzidən) məhrum olanlardanıq!”

  68. أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ

    İçdiyiniz suyu gördünüzmü?!

  69. ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ

    Onu buluddan siz endirirsiniz, yoxsa Bizik endirən!

  70. لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجٗا فَلَوۡلَا تَشۡكُرُونَ

    Əgər istəsəydik, onu acı edərdik. Kaş ki şükür etsəniz!

  71. أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ

    Yandırdığınız odu gördünüzmü?!

  72. ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ

    Onun ağacını siz yaradırsınız, yoxsa Bizik yaradan!

  73. نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةٗ وَمَتَٰعٗا لِّلۡمُقۡوِينَ

    Biz onu (Cəhənnəmi) xatırlamaq və müsafirlərin faydalanması üçün yaratdıq.

  74. فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

    (Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!

  75. ۞ فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ

    Ulduzların batdığı yerlərə and olsun!

  76. وَإِنَّهُۥ لَقَسَمٞ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ

    Şübhəsiz ki, bu, böyük bir anddır. Kaş ki biləydiniz.

  77. إِنَّهُۥ لَقُرۡءَانٞ كَرِيمٞ

    Həqiqətən, o, çox dəyərli Qurandır,

  78. فِي كِتَٰبٖ مَّكۡنُونٖ

    qorunub saxlanılan kitabdadır (lövhi-məhfuzdadır).

  79. لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلۡمُطَهَّرُونَ

    Ona yalnız pak olanlar toxunar.

  80. تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

    O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

  81. أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ

    (Ey müşriklər!) Siz bu kəlamı yalanmı sayırsınız?!

  82. وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ

    Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqlamı edirsiniz?!

  83. فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ

    (Can) boğaza yetişdiyi zaman –

  84. وَأَنتُمۡ حِينَئِذٖ تَنظُرُونَ

    həmin an siz (qarşınızda can verən kimsəyə) baxırsınız.

  85. وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ

    Biz ona (elmimiz və ya mələklərimizlə) sizdən daha yaxınıq, lakin siz isə (bunu) görmürsünüz.

  86. فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ

    Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız

  87. تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ

    əgər doğru danışanlarsınızsa, onda, o canı geri qaytarın.

  88. فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ

    Amma əgər o, (ölən kimsə Allaha) yaxın olanlardandırsa,

  89. فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ

    onda rahatlıq, gözəl ruzi və Nəim Cənnəti vardır.

  90. وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ

    Əgər o, sağ tərəf sahiblərindəndirsə,

  91. فَسَلَٰمٞ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ

    (ona:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir).

  92. وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ

    Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,

  93. فَنُزُلٞ مِّنۡ حَمِيمٖ

    (onun) ziyafəti qaynar su olacaq,

  94. وَتَصۡلِيَةُ جَحِيمٍ

    özü də Cəhənnəmdə yanacaqdır.

  95. إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلۡيَقِينِ

    Həqiqətən, bu (qullara əməllərinin əvəzi verilməsi), açıq-aydın bir haqqdır.

  96. فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

    (Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!

0/96
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Vaqiə 0:00 0:00

Müshəfdə Vaqiə surəsi

Nazil olması
Məkki
Cüz
27
Söz sayı
379
Mədinə müshəfi (604 səhifə)
534-537
İndoPak müshəfi (610 səhifə)
534-537
Nəsx müshəfi (612 səhifə)
535-538

Vaqiə surəsi haqqında suallar

Vaqiə surəsi neçə ayədir?

Vaqiə surəsi 96 ayədən ibarətdir. Quranda 114 surədən 56 nömrəlisidir.

Vaqiə surəsi hansı cüzdədir?

Vaqiə surəsi: cüz 27 (30 cüzdən).

Vaqiə surəsi Məkki, yoxsa Mədəni surədir?

Vaqiə surəsi Məkki kimi təsnif olunur.

Vaqiə surəsi hansı səhifədədir?

Vaqiə surəsi Mədinə müshəfində (604 səhifə): 534-537. İndoPak müshəfində (610 səhifə): 534-537. Nəsx müshəfində (612 səhifə): 535-538.

Vaqiə surəsi neçə sözdən ibarətdir?

Vaqiə surəsi: 379 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.

Vaqiə surəsi neçə ərəb hərfindən ibarətdir?

Vaqiə surəsi: 1,715 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Vaqiə surəsi Quranda harada yerləşir?

Vaqiə surəsi Quranın 6,236 ayəsi içərisində 4,980 nömrəli ayədən 5,075 nömrəli ayəyə qədər uzanır.

Vaqiə surəsində səcdə ayəsi varmı?

Xeyr. Vaqiə surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.

Vaqiə surəsi dinlənilə bilərmi?

Bəli. Vaqiə surəsinin 96 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Vaqiə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 96 ayə və 379 söz, həmin mətndən yaradılır.

Vaqiə surəsini dinlə

Quran qariləri

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play