Məzmuna keç
Ayə-ayə

Surə haqqında

Talaq surəsi Quranda 65 nömrəli surədir, Mədəni kimi təsnif olunur və 12 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 558.

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

  1. يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحۡصُواْ ٱلۡعِدَّةَۖ وَٱتَّقُواْ ٱللَّهَ رَبَّكُمۡۖ لَا تُخۡرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخۡرُجۡنَ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ لَا تَدۡرِي لَعَلَّ ٱللَّهَ يُحۡدِثُ بَعۡدَ ذَٰلِكَ أَمۡرٗا

    Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə (iddə) müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın. Gözləmə (iddə) müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri müstəsna olmaqla, evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa artıq özünə zülm etmiş olar. Bilmirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin qəlbinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar). .

  2. فَإِذَا بَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ فَارِقُوهُنَّ بِمَعۡرُوفٖ وَأَشۡهِدُواْ ذَوَيۡ عَدۡلٖ مِّنكُمۡ وَأَقِيمُواْ ٱلشَّهَٰدَةَ لِلَّهِۚ ذَٰلِكُمۡ يُوعَظُ بِهِۦ مَن كَانَ يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مَخۡرَجٗا

    Gözləmə (iddə) vaxtı bitdikdə onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan şəriətə müvafiq qaydada ayrılın. (Zövcələrinizi saxlamaq və ya onlardan ayrılmaq istədikdə sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Ey şahidlər! Siz də) Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən öyüd-nəsihət budur. Kim Allahdan qorxarsa, Allah ona (hər sıxıntıdan) bir çıxış yolu açar

  3. وَيَرۡزُقۡهُ مِنۡ حَيۡثُ لَا يَحۡتَسِبُۚ وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَهُوَ حَسۡبُهُۥٓۚ إِنَّ ٱللَّهَ بَٰلِغُ أَمۡرِهِۦۚ قَدۡ جَعَلَ ٱللَّهُ لِكُلِّ شَيۡءٖ قَدۡرٗا

    və ona gözləmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün (müəyyən) bir ölçü qoymuşdur.

  4. وَٱلَّٰٓـِٔي يَئِسۡنَ مِنَ ٱلۡمَحِيضِ مِن نِّسَآئِكُمۡ إِنِ ٱرۡتَبۡتُمۡ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشۡهُرٖ وَٱلَّٰٓـِٔي لَمۡ يَحِضۡنَۚ وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا

    Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın gözləmə (iddə) müddəti barədə şübhə etsəniz, onların, eləcə də (yaşlarının azlığı üçün) hələ heyz görməmiş olanların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə (iddə) müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.

  5. ذَٰلِكَ أَمۡرُ ٱللَّهِ أَنزَلَهُۥٓ إِلَيۡكُمۡۚ وَمَن يَتَّقِ ٱللَّهَ يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُعۡظِمۡ لَهُۥٓ أَجۡرًا

    Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar.

  6. أَسۡكِنُوهُنَّ مِنۡ حَيۡثُ سَكَنتُم مِّن وُجۡدِكُمۡ وَلَا تُضَآرُّوهُنَّ لِتُضَيِّقُواْ عَلَيۡهِنَّۚ وَإِن كُنَّ أُوْلَٰتِ حَمۡلٖ فَأَنفِقُواْ عَلَيۡهِنَّ حَتَّىٰ يَضَعۡنَ حَمۡلَهُنَّۚ فَإِنۡ أَرۡضَعۡنَ لَكُمۡ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ وَأۡتَمِرُواْ بَيۡنَكُم بِمَعۡرُوفٖۖ وَإِن تَعَاسَرۡتُمۡ فَسَتُرۡضِعُ لَهُۥٓ أُخۡرَىٰ

    Onlara (boşadığınız qadınlara gözləmə müddətləri bitənədək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Əgər sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Əgər (bu işdə) razılığa gələ bilməsəniz, (bu zaman) uşağı ata üçün başqa bir qadın əmizdirməlidir.

  7. لِيُنفِقۡ ذُو سَعَةٖ مِّن سَعَتِهِۦۖ وَمَن قُدِرَ عَلَيۡهِ رِزۡقُهُۥ فَلۡيُنفِقۡ مِمَّآ ءَاتَىٰهُ ٱللَّهُۚ لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا مَآ ءَاتَىٰهَاۚ سَيَجۡعَلُ ٱللَّهُ بَعۡدَ عُسۡرٖ يُسۡرٗا

    Qoy var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə ona verdiyindən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq edəcəkdir.

  8. وَكَأَيِّن مِّن قَرۡيَةٍ عَتَتۡ عَنۡ أَمۡرِ رَبِّهَا وَرُسُلِهِۦ فَحَاسَبۡنَٰهَا حِسَابٗا شَدِيدٗا وَعَذَّبۡنَٰهَا عَذَابٗا نُّكۡرٗا

    Neçə-neçə məmləkət əhli öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onları şiddətli haqq-hesaba çəkib dəhşətli əzaba düçar etdik.

  9. فَذَاقَتۡ وَبَالَ أَمۡرِهَا وَكَانَ عَٰقِبَةُ أَمۡرِهَا خُسۡرًا

    Onlar əməllərinin cəzasını daddılar və aqibətləri ziyana uğramaq oldu.

  10. أَعَدَّ ٱللَّهُ لَهُمۡ عَذَابٗا شَدِيدٗاۖ فَٱتَّقُواْ ٱللَّهَ يَٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٱلَّذِينَ ءَامَنُواْۚ قَدۡ أَنزَلَ ٱللَّهُ إِلَيۡكُمۡ ذِكۡرٗا

    Allah onlar üçün şiddətli əzab hazırlamışdır. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etdi.

  11. رَّسُولٗا يَتۡلُواْ عَلَيۡكُمۡ ءَايَٰتِ ٱللَّهِ مُبَيِّنَٰتٖ لِّيُخۡرِجَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُدۡخِلۡهُ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ قَدۡ أَحۡسَنَ ٱللَّهُ لَهُۥ رِزۡقًا

    İman gətirib saleh əməllər edənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi göndərdi. Kim Allaha iman gətirib saleh əməl etsə, Allah onu (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Allah ona gözəl ruzi bəxş etmişdir.

  12. ٱللَّهُ ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ وَمِنَ ٱلۡأَرۡضِ مِثۡلَهُنَّۖ يَتَنَزَّلُ ٱلۡأَمۡرُ بَيۡنَهُنَّ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ وَأَنَّ ٱللَّهَ قَدۡ أَحَاطَ بِكُلِّ شَيۡءٍ عِلۡمَۢا

    Yeddi (qat) göyü və yeri də onun misli qədər (yeddi qat) yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın elminin hər şeyi əhatə etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında nazil olar.

0/12
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Talaq 0:00 0:00

Müshəfdə Talaq surəsi

Nazil olması
Mədəni
Cüz
28
Söz sayı
287
Mədinə müshəfi (604 səhifə)
558-559
İndoPak müshəfi (610 səhifə)
558-559
Nəsx müshəfi (612 səhifə)
559-560

Talaq surəsi haqqında suallar

Talaq surəsi neçə ayədir?

Talaq surəsi 12 ayədən ibarətdir. Quranda 114 surədən 65 nömrəlisidir.

Talaq surəsi hansı cüzdədir?

Talaq surəsi: cüz 28 (30 cüzdən).

Talaq surəsi Məkki, yoxsa Mədəni surədir?

Talaq surəsi Mədəni kimi təsnif olunur.

Talaq surəsi hansı səhifədədir?

Talaq surəsi Mədinə müshəfində (604 səhifə): 558-559. İndoPak müshəfində (610 səhifə): 558-559. Nəsx müshəfində (612 səhifə): 559-560.

Talaq surəsi neçə sözdən ibarətdir?

Talaq surəsi: 287 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.

Talaq surəsi neçə ərəb hərfindən ibarətdir?

Talaq surəsi: 1,183 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Talaq surəsi Quranda harada yerləşir?

Talaq surəsi Quranın 6,236 ayəsi içərisində 5,218 nömrəli ayədən 5,229 nömrəli ayəyə qədər uzanır.

Talaq surəsində səcdə ayəsi varmı?

Xeyr. Talaq surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.

Talaq surəsi dinlənilə bilərmi?

Bəli. Talaq surəsinin 12 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Talaq surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 12 ayə və 287 söz, həmin mətndən yaradılır.

Talaq surəsini dinlə

Quran qariləri

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play