Cümə الجمعة · Ali Abdur-Rahman al-Hudhaify
Qari: Ali Abdur-Rahman al-Hudhaify 11 ayə Həfs ən Asim Murattal
tərcümə: Əlixan Musayev
Oxu tənzimləmələri
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
-
يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ ٱلۡمَلِكِ ٱلۡقُدُّوسِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ
Göylərdə və yerdə olanların hamısı, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Əziz (yenilməz güc-qüvvət sahibi) və Hikmətli olan Allahı təsbih edirlər.
-
هُوَ ٱلَّذِي بَعَثَ فِي ٱلۡأُمِّيِّـۧنَ رَسُولٗا مِّنۡهُمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمۡ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَإِن كَانُواْ مِن قَبۡلُ لَفِي ضَلَٰلٖ مُّبِينٖ
Ummilərə (yazıb-oxumağı bilməyən ərəblərə) özlərindən onlara Allahın ayələrini oxuyan, onları pis əməllərdən təmizləyən, onlara Kitabı və Hikməti (Quran və Sünnəni) öyrədən bir Peyğəmbər göndərən Odur. Halbuki onlar bundan öncə açıq-aydın azğınlıq içində idilər.
-
وَءَاخَرِينَ مِنۡهُمۡ لَمَّا يَلۡحَقُواْ بِهِمۡۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(Allah səni) hələ onlara (yazıb-oxumağı bilməyən ərəblərə) qoşulmayan başqalarına da (elçi göndərmişdir). O, Qüdrətlidir, Hikmət sahibidir.
-
ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ
Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.
-
مَثَلُ ٱلَّذِينَ حُمِّلُواْ ٱلتَّوۡرَىٰةَ ثُمَّ لَمۡ يَحۡمِلُوهَا كَمَثَلِ ٱلۡحِمَارِ يَحۡمِلُ أَسۡفَارَۢاۚ بِئۡسَ مَثَلُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ
Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlərin məsəli, belində kitablar daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağın məsəlinə bənzəyir. Allahın ayələrini yalan sayan qövmün məsəli necə də pisdir. Allah zalım qövmü doğru yola yönəltməz.
-
قُلۡ يَٰٓأَيُّهَا ٱلَّذِينَ هَادُوٓاْ إِن زَعَمۡتُمۡ أَنَّكُمۡ أَوۡلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُاْ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ
(Ey Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda (Allahdan özünüzə) ölüm diləyin!”
-
وَلَا يَتَمَنَّوۡنَهُۥٓ أَبَدَۢا بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّٰلِمِينَ
Onlar öz əlləri ilə etdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları biləndir.
-
قُلۡ إِنَّ ٱلۡمَوۡتَ ٱلَّذِي تَفِرُّونَ مِنۡهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمۡۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
(Ey Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.
-
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نُودِيَ لِلصَّلَوٰةِ مِن يَوۡمِ ٱلۡجُمُعَةِ فَٱسۡعَوۡاْ إِلَىٰ ذِكۡرِ ٱللَّهِ وَذَرُواْ ٱلۡبَيۡعَۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
-
فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُواْ فِي ٱلۡأَرۡضِ وَٱبۡتَغُواْ مِن فَضۡلِ ٱللَّهِ وَٱذۡكُرُواْ ٱللَّهَ كَثِيرٗا لَّعَلَّكُمۡ تُفۡلِحُونَ
Namaz qurtardıqdan sonra yer üzünə dağılışıb Allahın lütfündən (ruzisindən) axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.
-
وَإِذَا رَأَوۡاْ تِجَٰرَةً أَوۡ لَهۡوًا ٱنفَضُّوٓاْ إِلَيۡهَا وَتَرَكُوكَ قَآئِمٗاۚ قُلۡ مَا عِندَ ٱللَّهِ خَيۡرٞ مِّنَ ٱللَّهۡوِ وَمِنَ ٱلتِّجَٰرَةِۚ وَٱللَّهُ خَيۡرُ ٱلرَّٰزِقِينَ
Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə xütbə oxuyarkən) ayaq üstə olduğun halda tərk etdilər. (Ey Peyğəmbər!) De: “Allah yanında olan savab əyləncədən və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən xeyirlisidir”.
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Ali Abdur-Rahman al-Hudhaify ifasında digər surələr
Digər qarilər
- Cümə · Mishary Alafasy
- Cümə · AbdulBaset (Murattal)
- Cümə · AbdulBaset AbdulSamad
- Cümə · Minshawi (Murattal)
- Cümə · As-Sudais
- Cümə · Abu Bakr ash-Shatri
- Cümə · Hani ar-Rifai
- Cümə · Mahmoud Khalil al-Husary
- Cümə · Maher al-Muaiqly
- Cümə · Saud ash-Shuraym
- Cümə · Saad al-Ghamdi
- Cümə · Abdullah Basfar
- Cümə · Ahmed ibn Ali al-Ajamy
- Cümə · Muhammad Ayyoub
- Cümə · Muhammad Jibreel
- Cümə · Ibrahim al-Akhdar
- Cümə · Ayman Suwaid
- Cümə · Mahmoud Khalil al-Husary
- Cümə · Shahriar Parhizgar
- Cümə · Mahmoud Khalil al-Husary
- Cümə · Muhammad Siddiq al-Minshawi
- Cümə · Mohammad al-Tablawi
- Cümə · Khalifa al-Tunaiji
- Cümə · Abdullah Awad al-Juhani
- Cümə · Nasser al-Qatami
- Cümə · Fares Abbad
- Cümə · Salah al-Budair
- Cümə · Salah Bukhatir
- Cümə · Abdullah al-Matroud
- Cümə · Abdul Mohsen al-Qasim
- Cümə · Ali Jaber
- Cümə · Khalid Abdullah al-Qahtani
- Cümə · Mahmoud Ali al-Banna
- Cümə · Sahl Yasin
- Cümə · Ahmad Nauina
- Cümə · Akram al-Alaqmi
- Cümə · Ali Hajjaj al-Suwaisi
- Cümə · Aziz Alili
- Cümə · Yasser Salamah
- Cümə · Nabil ar-Rifai
- Cümə · Muhammad AbdulKareem
- Cümə · Karim Mansoori