Qəmər القمر · Khalid Abdullah al-Qahtani
Qari: Khalid Abdullah al-Qahtani 55 ayə Həfs ən Asim Murattal
tərcümə: Əlixan Musayev
Oxu tənzimləmələri
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
-
وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ
Əgər (müşriklər) bir möcüzə görsələr, üz döndərib: “Bu, davam edən bir sehrdir”– deyərlər.
-
وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٖ مُّسۡتَقِرّٞ
Onlar (haqqı) yalan saydılar və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır.
-
وَلَقَدۡ جَآءَهُم مِّنَ ٱلۡأَنۢبَآءِ مَا فِيهِ مُزۡدَجَرٌ
Onlara (küfrdən) çəkindirən (neçə-neçə) xəbərlər gəldi.
-
حِكۡمَةُۢ بَٰلِغَةٞۖ فَمَا تُغۡنِ ٱلنُّذُرُ
Bu (Quran) böyük bir hikmətdir. (Üz çevirənlərə) təhdidlər heç bir fayda verməz.
-
فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ ٱلدَّاعِ إِلَىٰ شَيۡءٖ نُّكُرٍ
(Ey Peyğəmbər!) Sən onlardan üz çevir. Carçının (İsrafilin) onları dəhşətli bir şeyə çağıracağı gün
-
خُشَّعًا أَبۡصَٰرُهُمۡ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ كَأَنَّهُمۡ جَرَادٞ مُّنتَشِرٞ
onlar zəlilanə baxışlarla, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
-
مُّهۡطِعِينَ إِلَى ٱلدَّاعِۖ يَقُولُ ٱلۡكَٰفِرُونَ هَٰذَا يَوۡمٌ عَسِرٞ
Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.
-
۞ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ فَكَذَّبُواْ عَبۡدَنَا وَقَالُواْ مَجۡنُونٞ وَٱزۡدُجِرَ
Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.
-
فَدَعَا رَبَّهُۥٓ أَنِّي مَغۡلُوبٞ فَٱنتَصِرۡ
(Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum! Mənə yardım et!”– dedi.
-
فَفَتَحۡنَآ أَبۡوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٖ مُّنۡهَمِرٖ
Biz göyün qapılarını leysan bir yağışla açdıq.
-
وَفَجَّرۡنَا ٱلۡأَرۡضَ عُيُونٗا فَٱلۡتَقَى ٱلۡمَآءُ عَلَىٰٓ أَمۡرٖ قَدۡ قُدِرَ
Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan hər iki) su əzəldən (Lövhi-məhfuzda) təqdir edilmiş bir iş üçün bir-birinə qovuşdu.
-
وَحَمَلۡنَٰهُ عَلَىٰ ذَاتِ أَلۡوَٰحٖ وَدُسُرٖ
Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
-
تَجۡرِي بِأَعۡيُنِنَا جَزَآءٗ لِّمَن كَانَ كُفِرَ
İnkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.
-
وَلَقَد تَّرَكۡنَٰهَآ ءَايَةٗ فَهَلۡ مِن مُّدَّكِرٖ
Biz onu (Nuhun hekayəsini nəsillərə) ibrət üçün saxladıq. Heç ibrət alan varmı?!
-
وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ
Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?
-
كَذَّبَتۡ عَادٞ فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ
Ad (qövmü) də (elçiləri) yalan saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!
-
إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِي يَوۡمِ نَحۡسٖ مُّسۡتَمِرّٖ
Biz onların üstünə uğursuzluğu davamlı bir gündə çox soyuq külək göndərdik.
-
تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٖ مُّنقَعِرٖ
O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
-
وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ
Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?
-
فَقَالُوٓاْ أَبَشَرٗا مِّنَّا وَٰحِدٗا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذٗا لَّفِي ضَلَٰلٖ وَسُعُرٍ
Onlar dedilər: “Özümüzdən olan bir adama tabe olacağıq?! Elə isə biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
-
أَءُلۡقِيَ ٱلذِّكۡرُ عَلَيۡهِ مِنۢ بَيۡنِنَا بَلۡ هُوَ كَذَّابٌ أَشِرٞ
Yoxsa zikir (vəhy) aramızdan yalnız ona nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”
-
سَيَعۡلَمُونَ غَدٗا مَّنِ ٱلۡكَذَّابُ ٱلۡأَشِرُ
Sabah (Qiyamət günü) onlar kimin yalançı və lovğa olduğunu biləcəklər.
-
إِنَّا مُرۡسِلُواْ ٱلنَّاقَةِ فِتۡنَةٗ لَّهُمۡ فَٱرۡتَقِبۡهُمۡ وَٱصۡطَبِرۡ
Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. (Ey Saleh!) Onların (nə edəcəklərini) gözlə və (əziyyətlərinə) səbir et!
-
وَنَبِّئۡهُمۡ أَنَّ ٱلۡمَآءَ قِسۡمَةُۢ بَيۡنَهُمۡۖ كُلُّ شِرۡبٖ مُّحۡتَضَرٞ
Onlara xəbər ver ki, su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
-
فَنَادَوۡاْ صَاحِبَهُمۡ فَتَعَاطَىٰ فَعَقَرَ
Onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da dəvəni tutub kəsdi.
-
إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ صَيۡحَةٗ وَٰحِدَةٗ فَكَانُواْ كَهَشِيمِ ٱلۡمُحۡتَظِرِ
Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
-
وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ
Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?
-
إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٖۖ نَّجَّيۡنَٰهُم بِسَحَرٖ
Biz, Lutun ailəsi müstəsna olmaqla onların üstünə daş (yağdıran külək) göndərdik. Onları sübh çağı xilas etdik –
-
نِّعۡمَةٗ مِّنۡ عِندِنَاۚ كَذَٰلِكَ نَجۡزِي مَن شَكَرَ
Bizdən bir nemət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
-
وَلَقَدۡ أَنذَرَهُم بَطۡشَتَنَا فَتَمَارَوۡاْ بِٱلنُّذُرِ
(Lut) onları əzabımızla qorxutdu, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
-
وَلَقَدۡ رَٰوَدُوهُ عَن ضَيۡفِهِۦ فَطَمَسۡنَآ أَعۡيُنَهُمۡ فَذُوقُواْ عَذَابِي وَنُذُرِ
Onlar Lutdan onun qonaqlarını (mələkləri) tələb etdilər. Biz də onların gözlərini kor etdik (və:) “Əzabımı və təhdidlərimi dadın!”– (dedik).
-
وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ
Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?
-
كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٖ مُّقۡتَدِرٍ
Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
-
أَكُفَّارُكُمۡ خَيۡرٞ مِّنۡ أُوْلَٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةٞ فِي ٱلزُّبُرِ
(Ey Məkkə əhli!) Sizin kafirləriniz onlardan (Nuhun, Adın, Səmudun, Lutun, Firon və onun qövmündən) xeyirlidirmi?! Yoxsa kitablarda sizin üçün bəraət vardır?!
-
أَمۡ يَقُولُونَ نَحۡنُ جَمِيعٞ مُّنتَصِرٞ
Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?!
-
بَلِ ٱلسَّاعَةُ مَوۡعِدُهُمۡ وَٱلسَّاعَةُ أَدۡهَىٰ وَأَمَرُّ
Xeyr! Onlara vəd edilmiş vaxt Qiyamət saatıdır. Qiyamət saatı isə daha ağır, daha acıdır.
-
إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي ضَلَٰلٖ وَسُعُرٖ
Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
-
يَوۡمَ يُسۡحَبُونَ فِي ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمۡ ذُوقُواْ مَسَّ سَقَرَ
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin toxunmasını (əzabını) dadın!”– (deyiləcəkdir).
-
إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ
Biz hər şeyi (əzəldən təqdir etdiyimiz) bir qədər ilə yaratdıq.
-
وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ
Biz yalnız bir dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetər.
-
وَلَقَدۡ أَهۡلَكۡنَآ أَشۡيَاعَكُمۡ فَهَلۡ مِن مُّدَّكِرٖ
Biz (küfür etməkdə neçə-neçə) sizə oxşayanları məhv etdik. Heç ibrət alan varmı?!
-
وَكُلُّ شَيۡءٖ فَعَلُوهُ فِي ٱلزُّبُرِ
Onların etdiyi hər bir əməl (əməllərinin yazıldığı) kitablardadır.
-
وَكُلُّ صَغِيرٖ وَكَبِيرٖ مُّسۡتَطَرٌ
Hər bir kiçik və böyük (əməl lövhi-məhfuzda) yazılmışdır.
-
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَنَهَرٖ
Şübhəsiz ki, müttəqilər cənnətlərdə və çaylar kənarında,
-
فِي مَقۡعَدِ صِدۡقٍ عِندَ مَلِيكٖ مُّقۡتَدِرِۭ
Qadir Hökmdarın hüzurunda, haqq məclisində olacaqlar!
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Khalid Abdullah al-Qahtani ifasında digər surələr
Digər qarilər
- Qəmər · Mishary Alafasy
- Qəmər · AbdulBaset (Murattal)
- Qəmər · AbdulBaset AbdulSamad
- Qəmər · Minshawi (Murattal)
- Qəmər · As-Sudais
- Qəmər · Abu Bakr ash-Shatri
- Qəmər · Hani ar-Rifai
- Qəmər · Mahmoud Khalil al-Husary
- Qəmər · Maher al-Muaiqly
- Qəmər · Saud ash-Shuraym
- Qəmər · Saad al-Ghamdi
- Qəmər · Ali Abdur-Rahman al-Hudhaify
- Qəmər · Abdullah Basfar
- Qəmər · Ahmed ibn Ali al-Ajamy
- Qəmər · Muhammad Ayyoub
- Qəmər · Muhammad Jibreel
- Qəmər · Ibrahim al-Akhdar
- Qəmər · Ayman Suwaid
- Qəmər · Mahmoud Khalil al-Husary
- Qəmər · Shahriar Parhizgar
- Qəmər · Mahmoud Khalil al-Husary
- Qəmər · Muhammad Siddiq al-Minshawi
- Qəmər · Mohammad al-Tablawi
- Qəmər · Khalifa al-Tunaiji
- Qəmər · Abdullah Awad al-Juhani
- Qəmər · Nasser al-Qatami
- Qəmər · Fares Abbad
- Qəmər · Salah al-Budair
- Qəmər · Salah Bukhatir
- Qəmər · Abdullah al-Matroud
- Qəmər · Abdul Mohsen al-Qasim
- Qəmər · Ali Jaber
- Qəmər · Mahmoud Ali al-Banna
- Qəmər · Sahl Yasin
- Qəmər · Ahmad Nauina
- Qəmər · Akram al-Alaqmi
- Qəmər · Ali Hajjaj al-Suwaisi
- Qəmər · Aziz Alili
- Qəmər · Yasser Salamah
- Qəmər · Nabil ar-Rifai
- Qəmər · Muhammad AbdulKareem
- Qəmər · Karim Mansoori