Məzmuna keç

Əraf surəsi 7:137 الأعراف

Bu, Əraf surəsinin 206 ayəsindən 137 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1091 nömrəlidir, cüz 9. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 166.

وَأَوۡرَثۡنَا ٱلۡقَوۡمَ ٱلَّذِينَ كَانُواْ يُسۡتَضۡعَفُونَ مَشَٰرِقَ ٱلۡأَرۡضِ وَمَغَٰرِبَهَا ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۖ وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ ٱلۡحُسۡنَىٰ عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ بِمَا صَبَرُواْۖ وَدَمَّرۡنَا مَا كَانَ يَصۡنَعُ فِرۡعَوۡنُ وَقَوۡمُهُۥ وَمَا كَانُواْ يَعۡرِشُونَ

(Musa ilə olan) zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə (Şam diyarına) varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını isə viran qoyduq.

7:137 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Əraf surəsi
0/206
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Əraf 7:137 0:00 0:00 Oxundu, davam et

Təfsir · 7:137

Al-Mukhtasar

Firon və əyanlarının alçatdıqları İsrail oğullarını yer üzünün şərq və qərb bölgələrinə varislər təyin etdik. Şərq və qərb bölgələri dedikdə burada qəsd olunan, Şam diyarıdır. Allah bu diyarın torpağından çıxan bitkisinə və meyvəsinə bol-bol bərəkət vermişdir. Ey Peyğəmbər! Beləliklə də, Rəbbinin İsrail oğulları barəsindəki: (وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ فِي ٱلۡأَرۡضِ وَنَجۡعَلَهُمۡ أَئِمَّةٗ وَنَجۡعَلَهُمُ ٱلۡوَٰرِثِينَ) ﴾Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək﴿ [Qasas: 5] – dediyi gözəl sözü tam yerinə yetdi və nəhayət, Allah onları, Firon və onun qövmünün əziyyətlərinə səbr etdikləri üçün yer üzündə bərqərar etdi, Fironun qurduğu yurd-yuvanı, əkin sahələrini və onların tikib ucaltdıqları qəsirləri darmad­ğın etdi.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
9
Söz sayı
29
Mədinə müshəfi (604 səhifə)
166
İndoPak müshəfi (610 səhifə)
166
Nəsx müshəfi (612 səhifə)
167
Ayə 7:137 hansı surədədir?

Əraf surəsi (الأعراف). Surə 7 / 114 · 206 ayə.

Ayə 7:137 hansı cüzdədir?

Cüz: 9.

Ayə 7:137 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 166 · İndoPak müshəfi (610 səhifə): 166 · Nəsx müshəfi (612 səhifə): 167.

Ayə 7:137 neçə sözdən ibarətdir?

Söz sayı: 29.

Ayə 7:137 neçə ərəb hərfindən ibarətdir?

Ayə 7:137: 135 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 7:137 Quranda harada yerləşir?

Ayə 7:137 Quranın 6,236 ayəsindən 1,091 nömrəlisidir.

Əraf surəsi neçə ayədir?

Əraf surəsi 206 ayədən ibarətdir. Quranda 114 surədən 7 nömrəlisidir.

Əraf surəsi Məkki, yoxsa Mədəni surədir?

Əraf surəsi Məkki kimi təsnif olunur.

Ayə 7:137 dinlənilə bilərmi?

Bəli. Ayə 7:137 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Əraf surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 206 ayə və 3,320 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play