Əraf surəsi 7:85 الأعراف
Bu, Əraf surəsinin 206 ayəsindən 85 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1039 nömrəlidir, cüz 8. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 161.
وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ فَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ
Mədyən qövmünə də qardaşları Şueybi (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü (peyğəmbərlərin sayəsində) islah olunduqdan sonra orada fitnə-fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.
7:85 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 7:85
Al-Mukhtasar
Biz Mədyən qəbiləsinə də qardaşları Şueybi - əleyhissalam - peyğəmbər göndərdik. Şueyb - əleyhissalam - onlara dedi: "Ey qövmüm! Tək Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan haqq məbudunuz yoxdur. Artıq Allahdan sizə açıq-aydın bir dəlil və Rəbbimdən sizə gətirdiyimin doğru olduğunu təsdiq edən sübut gəldi. Elə isə ölçüdə və çəkidə naqislik etmədən insanların haqqını verin. Malın eybinə görə insanların haqqını kəsməyin və ya buna görə mal sahibini aldatmayın. Bundan öncə peyğəmbərlərin gəlişi ilə yer üzü islah olunduqdan sonra bir daha orada günahlar edərək fəsad törətməyin. Əgər möminsinizsə, bu deyilənlər sizin üçün daha xeyirli və daha faydalıdır. Çünki bu, sizi Allahın qadağan etdiyi günahları tərk etməyə və Onun əmrini yerinə yetirərək Allaha yaxınlaşdırmağa sövq edər".
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 8
- Söz sayı
- 37
- Mədinə müshəfi (604 səhifə)
- 161
- İndoPak müshəfi (610 səhifə)
- 161
- Nəsx müshəfi (612 səhifə)
- 162
Ayə 7:85 hansı surədədir?
Əraf surəsi (الأعراف). Surə 7 / 114 · 206 ayə.
Ayə 7:85 hansı cüzdədir?
Cüz: 8.
Ayə 7:85 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 161 · İndoPak müshəfi (610 səhifə): 161 · Nəsx müshəfi (612 səhifə): 162.
Ayə 7:85 neçə sözdən ibarətdir?
Söz sayı: 37.
Ayə 7:85 neçə ərəb hərfindən ibarətdir?
Ayə 7:85: 154 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 7:85 Quranda harada yerləşir?
Ayə 7:85 Quranın 6,236 ayəsindən 1,039 nömrəlisidir.
Əraf surəsi neçə ayədir?
Əraf surəsi 206 ayədən ibarətdir. Quranda 114 surədən 7 nömrəlisidir.
Əraf surəsi Məkki, yoxsa Mədəni surədir?
Əraf surəsi Məkki kimi təsnif olunur.
Ayə 7:85 dinlənilə bilərmi?
Bəli. Ayə 7:85 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Əraf surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 206 ayə və 3,320 söz, həmin mətndən yaradılır.