Bəqərə surəsi 2:85 البقرة
Bu, Bəqərə surəsinin 286 ayəsindən 85 nömrəli ayəsidir, Quranda 6236 ayədən 92 nömrəlidir, cüz 1. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 13.
ثُمَّ أَنتُمۡ هَٰٓؤُلَآءِ تَقۡتُلُونَ أَنفُسَكُمۡ وَتُخۡرِجُونَ فَرِيقٗا مِّنكُم مِّن دِيَٰرِهِمۡ تَظَٰهَرُونَ عَلَيۡهِم بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَإِن يَأۡتُوكُمۡ أُسَٰرَىٰ تُفَٰدُوهُمۡ وَهُوَ مُحَرَّمٌ عَلَيۡكُمۡ إِخۡرَاجُهُمۡۚ أَفَتُؤۡمِنُونَ بِبَعۡضِ ٱلۡكِتَٰبِ وَتَكۡفُرُونَ بِبَعۡضٖۚ فَمَا جَزَآءُ مَن يَفۡعَلُ ذَٰلِكَ مِنكُمۡ إِلَّا خِزۡيٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يُرَدُّونَ إِلَىٰٓ أَشَدِّ ٱلۡعَذَابِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ
Siz yəhudilər o kəslərsiniz ki, bu əhddən sonra (yenə də) bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarır, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdir. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qisminə küfr edirsiniz?! Sizlərdən bunu edənin cəzası dünya həyatında ancaq rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba düçar olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir.
2:85 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 2:85
Al-Mukhtasar
Bundan sonra siz bu əhd-peymana müxalif olub bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni, düşmənlərlə əlbir olub onlara düşmənçilik və zülm edərək öz yurdundan çıxarırsınız. Düşmənlər onları əsir tutub yanınıza gətirəndə, fidyə verib onları əsirlikdən azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Tövratda əsir azad etmək kimi hökmü vacib olan bir qisim əməllərə iman edib, haqsız yerə qan tökmək və bir-birinizi öz yurdundan çıxarmaq kimi hökmü haram olan digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında zəlil və rüsvay olmaq, qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir. Əksinə O, sizin nə etdiklərinizi görür və qiyamət günü sizə əməllərinizin müqabilini verəcəkdir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 1
- Söz sayı
- 49
- Mədinə müshəfi (604 səhifə)
- 13
- İndoPak müshəfi (610 səhifə)
- 13
- Nəsx müshəfi (612 səhifə)
- 14
Ayə 2:85 hansı surədədir?
Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.
Ayə 2:85 hansı cüzdədir?
Cüz: 1.
Ayə 2:85 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 13 · İndoPak müshəfi (610 səhifə): 13 · Nəsx müshəfi (612 səhifə): 14.
Ayə 2:85 neçə sözdən ibarətdir?
Söz sayı: 49.
Ayə 2:85 neçə ərəb hərfindən ibarətdir?
Ayə 2:85: 223 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 2:85 Quranda harada yerləşir?
Ayə 2:85 Quranın 6,236 ayəsindən 92 nömrəlisidir.
Bəqərə surəsi neçə ayədir?
Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.
Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?
Bəqərə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 2:85 dinlənilə bilərmi?
Bəli. Ayə 2:85 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.