Fəth surəsi 48:15 الفتح
Bu, Fəth surəsinin 29 ayəsindən 15 nömrəli ayəsidir, Quranda 6236 ayədən 4598 nömrəlidir, cüz 26. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 512.
سَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلٗا
(Ey Möminlər!) Siz (Xeybərə) qənimətləri götürməyə getdiyiniz zaman (Hüdeybiyyə sülhündən) geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!”– deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir.
48:15 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 48:15
Al-Mukhtasar
Ey möminlər! Siz Hüdeybiyyə sülhündən sonra Allahın sizə vəd verdiyi Xeybər qənimətlərini götürməyə getdiyiniz zaman geri qalanlar: “Qoyun biz də sizinlə birlikdə gedək ki, o qənimətlərdən əldə edək!” – deyəcəklər. Döyüşdən geri qalanlar özlərinin bu tələbi ilə Allahın Hudeybiyyə sülhündən sonra yalnız möminlərə Xeybər qənimətlərini əldə edəcəklərinə dair verdiyi vədi dəyişdirmək istəyirlər. Ey Peyğəmbər! De: “Siz əsla bizim arxamızca o qənimətləri götürməyə gəlməyəcəksiniz. Allah bizə, Xeybər qənimətlərinin Hudeybiyyə sülhündə iştirak edənlərə məxsus olduğuna dair vəd etmişdir.” Onlar deyəcəklər: “Sizin bizə, sizinlə birlikdə Xeybərə getməyimizə mane olmağınız heç də Allahın əmri ilə deyil, əksinə, bunun səbəbi sizin bizə həsəd aparmağınızdır”. Bu iş heç də döyüşdən yayınan o kimsələrin iddia etdiyi kimi deyil, əksinə, onlar Allahın əmrlərindən və qadağalarından sadəcə az bir şey anlayırlar. Elə buna görə də günaha batmışlar.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 26
- Söz sayı
- 31
- Mədinə müshəfi (604 səhifə)
- 512
- İndoPak müshəfi (610 səhifə)
- 512
- Nəsx müshəfi (612 səhifə)
- 513
Ayə 48:15 hansı surədədir?
Fəth surəsi (الفتح). Surə 48 / 114 · 29 ayə.
Ayə 48:15 hansı cüzdədir?
Cüz: 26.
Ayə 48:15 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 512 · İndoPak müshəfi (610 səhifə): 512 · Nəsx müshəfi (612 səhifə): 513.
Ayə 48:15 neçə sözdən ibarətdir?
Söz sayı: 31.
Ayə 48:15 neçə ərəb hərfindən ibarətdir?
Ayə 48:15: 140 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 48:15 Quranda harada yerləşir?
Ayə 48:15 Quranın 6,236 ayəsindən 4,598 nömrəlisidir.
Fəth surəsi neçə ayədir?
Fəth surəsi 29 ayədən ibarətdir. Quranda 114 surədən 48 nömrəlisidir.
Fəth surəsi Məkki, yoxsa Mədəni surədir?
Fəth surəsi Mədəni kimi təsnif olunur.
Ayə 48:15 dinlənilə bilərmi?
Bəli. Ayə 48:15 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Fəth surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 29 ayə və 560 söz, həmin mətndən yaradılır.