Həcc surəsi 22:36 الحج
Bu, Həcc surəsinin 78 ayəsindən 36 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2631 nömrəlidir, cüz 17. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 336.
وَٱلۡبُدۡنَ جَعَلۡنَٰهَا لَكُم مِّن شَعَٰٓئِرِ ٱللَّهِ لَكُمۡ فِيهَا خَيۡرٞۖ فَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا صَوَآفَّۖ فَإِذَا وَجَبَتۡ جُنُوبُهَا فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡقَانِعَ وَٱلۡمُعۡتَرَّۚ كَذَٰلِكَ سَخَّرۡنَٰهَا لَكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
Biz qurbanlıq dəvələri də sizin üçün Allahın (dininin) ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. (Onları) səf-səf düzülmüş (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Qurbanlıq heyvanları sizə beləcə ram etdik ki, bəlkə şükür edəsiniz.
22:36 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 22:36
Al-Mukhtasar
Məscidulharama qurbanlıq olaraq göndərdiyiniz dəvə və inəyi də sizin üçün dinin ayinlərindən və əlamətlərindən biri etdik. Bu heyvanlarda sizin üçün dini və dünyəvi mənfəətlər vardır. Dəvənin qaçmaması üçün iki əlindən birini bağlı, ayaq üstə durmuş vəziyyətdə kəsmək istədiyinizdə Bismilləh deyin. Ey qurban kəsən kimsələr! Kəsdikdən sonra heyvan böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, istəməkdən çəkinən fəqirə və ondan özünə verilməsini istəyən kasıba və dilənçiyə də verin. Bu heyvanlara minməyi və onlar üzərində ağır yüklərinizi daşımağı sizə ram etdiyimiz kimi, onları Allah üçün kəsmək istədiyiniz yerə aparmanızı da sizə asanlaşdırdıq ki, bəlkə Uca Allah bu heyvanları sizin ixtiyarınıza buraxdığına görə Ona şükr edəsiniz!
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 17
- Söz sayı
- 27
- Mədinə müshəfi (604 səhifə)
- 336
- İndoPak müshəfi (610 səhifə)
- 336
- Nəsx müshəfi (612 səhifə)
- 337
Ayə 22:36 hansı surədədir?
Həcc surəsi (الحج). Surə 22 / 114 · 78 ayə.
Ayə 22:36 hansı cüzdədir?
Cüz: 17.
Ayə 22:36 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 336 · İndoPak müshəfi (610 səhifə): 336 · Nəsx müshəfi (612 səhifə): 337.
Ayə 22:36 neçə sözdən ibarətdir?
Söz sayı: 27.
Ayə 22:36 neçə ərəb hərfindən ibarətdir?
Ayə 22:36: 125 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 22:36 Quranda harada yerləşir?
Ayə 22:36 Quranın 6,236 ayəsindən 2,631 nömrəlisidir.
Həcc surəsi neçə ayədir?
Həcc surəsi 78 ayədən ibarətdir. Quranda 114 surədən 22 nömrəlisidir.
Həcc surəsi Məkki, yoxsa Mədəni surədir?
Həcc surəsi Mədəni kimi təsnif olunur.
Ayə 22:36 dinlənilə bilərmi?
Bəli. Ayə 22:36 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Həcc surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 78 ayə və 1,274 söz, həmin mətndən yaradılır.