Müzzəmmil surəsi 73:20 المزمل
Bu, Müzzəmmil surəsinin 20 ayəsindən 20 nömrəli ayəsidir, Quranda 6236 ayədən 5495 nömrəlidir, cüz 29. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 575.
۞ إِنَّ رَبَّكَ يَعۡلَمُ أَنَّكَ تَقُومُ أَدۡنَىٰ مِن ثُلُثَيِ ٱلَّيۡلِ وَنِصۡفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٞ مِّنَ ٱلَّذِينَ مَعَكَۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيۡلَ وَٱلنَّهَارَۚ عَلِمَ أَن لَّن تُحۡصُوهُ فَتَابَ عَلَيۡكُمۡۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلۡقُرۡءَانِۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرۡضَىٰ وَءَاخَرُونَ يَضۡرِبُونَ فِي ٱلۡأَرۡضِ يَبۡتَغُونَ مِن فَضۡلِ ٱللَّهِ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنۡهُۚ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَأَقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗاۚ وَمَا تُقَدِّمُواْ لِأَنفُسِكُم مِّنۡ خَيۡرٖ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيۡرٗا وَأَعۡظَمَ أَجۡرٗاۚ وَٱسۡتَغۡفِرُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمُۢ
(Ey Peyğəmbər!) Rəbbin, sənin və səninlə birlikdə olanların (səhabələrin) bir qismi (bəzən) gecənin üçdə ikisindən azını, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) qalxdığınızı bilir. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi (yaxud gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan sizə müyəssər olanı oxuyun! O, bəzilərinizin xəstə olacağını, digərlərinizin Allahın lütfündən (ruzi) axtarmaq üçün səfərə çıxacağını, bir qisminizin də Allah yolunda vuruşacağını bilir. Buna görə (namaz qılarkən) ondan (Qurandan) sizə müyəssər olanı oxuyun! Namaz qılın, zəkat verin və Allaha gözəl (könül xoşluğu ilə) bir borc verin. (Dünyada) özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Allahdan bağışlanma diləyin! Allah Bağışlayandır, Rəhmlidir!
73:20 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 73:20
Al-Mukhtasar
Ey Peyğəmbər! Həqiqətən, Rəbbin, sən və səninlə olan möminlərdən bir dəstə bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün qalxdığınızı bilir. Gecə və gündüzün saatlarını Allah ölçüb müəyyənləşdirir. Pak və müqəddəs Allah bilir ki, siz bu saatları hesablayıb dəqiqləşdirə bilmirsiniz deyə, tələb olunanı yerinə yetirəmək üçün gecənin çox hissəsini namazda keçirmək sizə çətin gəlir. Odur ki, O, sizin tövbələrinizi qəbul etdi. Elə isə sizə asan gələcək qədər namaz qılın. Ey möminlər! Allah bilir ki, sizlərdən bəziləri xəstə olacaq və xəstəlik onları əldən salacaq, digərləri Allahın verdiyi ruzini əldə etmək üçün səfərə çıxacaq, bir qisminiz də Allahın razılığını qazanmaq və Onun kəlməsini ucaltmaq məqsədilə kafirlərlə vuruşacaq. Bu səbədən də, gecə namazını qılmaq onları məşəqqətə salacaq. Elə isə sizə asan gələcək qədər namaz qılın. Vacib namazları kamil şəkildə qılın, malınızın zəkatını verin və malınızdan Allah yolunda xərcləyin. Əvvəlcədən özünüz üçün nə xeyir tədarük etsəniz, onun daha xeyirlisilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan bağışlanma diləyin! Şübhəsiz ki, Allah tövbə edən qullarını bağışlayar və onlara rəhm edər!
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 29
- Söz sayı
- 78
- Mədinə müshəfi (604 səhifə)
- 575
- İndoPak müshəfi (610 səhifə)
- 577
- Nəsx müshəfi (612 səhifə)
- 578
Ayə 73:20 hansı surədədir?
Müzzəmmil surəsi (المزمل). Surə 73 / 114 · 20 ayə.
Ayə 73:20 hansı cüzdədir?
Cüz: 29.
Ayə 73:20 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 575 · İndoPak müshəfi (610 səhifə): 577 · Nəsx müshəfi (612 səhifə): 578.
Ayə 73:20 neçə sözdən ibarətdir?
Söz sayı: 78.
Ayə 73:20 neçə ərəb hərfindən ibarətdir?
Ayə 73:20: 330 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 73:20 Quranda harada yerləşir?
Ayə 73:20 Quranın 6,236 ayəsindən 5,495 nömrəlisidir.
Müzzəmmil surəsi neçə ayədir?
Müzzəmmil surəsi 20 ayədən ibarətdir. Quranda 114 surədən 73 nömrəlisidir.
Müzzəmmil surəsi Məkki, yoxsa Mədəni surədir?
Müzzəmmil surəsi Məkki kimi təsnif olunur.
Ayə 73:20 dinlənilə bilərmi?
Bəli. Ayə 73:20 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Müzzəmmil surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 20 ayə və 199 söz, həmin mətndən yaradılır.