Ali-İmran surəsi 3:118 آل عمران
Bu, Ali-İmran surəsinin 200 ayəsindən 118 nömrəli ayəsidir, Quranda 6236 ayədən 411 nömrəlidir, cüz 4. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 65.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ بِطَانَةٗ مِّن دُونِكُمۡ لَا يَأۡلُونَكُمۡ خَبَالٗا وَدُّواْ مَا عَنِتُّمۡ قَدۡ بَدَتِ ٱلۡبَغۡضَآءُ مِنۡ أَفۡوَٰهِهِمۡ وَمَا تُخۡفِي صُدُورُهُمۡ أَكۡبَرُۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ
Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş tutmayın. (Çünki) onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Qəlblərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.
3:118 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 3:118
Al-Mukhtasar
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Möminlərdən başqalarını, sirrinizi onlara bildirərək özünüzə sirdaş, dost tutmayın. Çünki onlar sizə zərər yetirməkdən, sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, əksinə sizə zərər verməyi və sizi sıxıntıya salmağı təmənna edərlər. Artıq onların sizə qarşı bəslədikləri düşmənçilik və nifrət hissiləri, həm dininizə tənə edib, arxanızca danışmaqla həm də ki, sirrlərinizi ifşa etməklə dillərindən çıxan sözləridən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə bundan daha böyükdür. Ey Möminlər! Əgər Rəbbinizdən sizə nazil edilən ayələri anlayırsınızsa, artıq Biz, dünya və axirətdə sizə faydalı olan şeyləri açıq-aydın bəyan etdik.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 4
- Söz sayı
- 30
- Mədinə müshəfi (604 səhifə)
- 65
- İndoPak müshəfi (610 səhifə)
- 65
- Nəsx müshəfi (612 səhifə)
- 66
Ayə 3:118 hansı surədədir?
Ali-İmran surəsi (آل عمران). Surə 3 / 114 · 200 ayə.
Ayə 3:118 hansı cüzdədir?
Cüz: 4.
Ayə 3:118 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 65 · İndoPak müshəfi (610 səhifə): 65 · Nəsx müshəfi (612 səhifə): 66.
Ayə 3:118 neçə sözdən ibarətdir?
Söz sayı: 30.
Ayə 3:118 neçə ərəb hərfindən ibarətdir?
Ayə 3:118: 123 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 3:118 Quranda harada yerləşir?
Ayə 3:118 Quranın 6,236 ayəsindən 411 nömrəlisidir.
Ali-İmran surəsi neçə ayədir?
Ali-İmran surəsi 200 ayədən ibarətdir. Quranda 114 surədən 3 nömrəlisidir.
Ali-İmran surəsi Məkki, yoxsa Mədəni surədir?
Ali-İmran surəsi Mədəni kimi təsnif olunur.
Ayə 3:118 dinlənilə bilərmi?
Bəli. Ayə 3:118 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Ali-İmran surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 200 ayə və 3,481 söz, həmin mətndən yaradılır.