Məzmuna keç

Ali-İmran surəsi 3:73 آل عمران

Bu, Ali-İmran surəsinin 200 ayəsindən 73 nömrəli ayəsidir, Quranda 6236 ayədən 366 nömrəlidir, cüz 3. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 59.

وَلَا تُؤۡمِنُوٓاْ إِلَّا لِمَن تَبِعَ دِينَكُمۡ قُلۡ إِنَّ ٱلۡهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤۡتَىٰٓ أَحَدٞ مِّثۡلَ مَآ أُوتِيتُمۡ أَوۡ يُحَآجُّوكُمۡ عِندَ رَبِّكُمۡۗ قُلۡ إِنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ

Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Şübhəsiz ki, doğru yol, Allahın yoludur!” Onlar yenə (bir-birilərinə) dedilər: “Sizə verilənin bənzərinin başqa bir kimsəyə verildiyinə və ya Rəbbiniz yanında (müsəlmanların) sizə dəlil gətirəcəyinə inanmayın.” De: “Şübhəsiz ki, lütf Allahın əlindədir və onu istədiyinə verir! Allahın lütfü genişdir, O (hər şeyi) biləndir”.

3:73 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Ali-İmran surəsi
0/200
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Ali-İmran 3:73 0:00 0:00 Oxundu, davam et

Təfsir · 3:73

Al-Mukhtasar

Yəhudilər dedilər: "Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!" Ey Peyğəmbər, de: "Şübhəsiz ki, haqqa aparan doğru yol, Uca Allahın yoludur. Bu yol, heç də, sizə verilən lütfün mislini başqa bir kimsəyə veriləcəyindən, yaxud müsəlmanlara nazil ediləni təsdiqləsəniz, Rəbbiniz yanında onların sizə dəlil gətirəcəyinə qorxaraq, yalan və inadkarlıq yolu deyildir." Ey Peyğəmbər, de: "Şübhəsiz ki, lütf Allahın əlindədir və onu istədiyi quluna bəxş edir. Allah Öz lütfünü bir ümmətə verib başqa bir ümməti ondan məhrum etməz. Allahın lütfü genişdir və O, kimin, Allahın lütfünə layiq olduğunu daha yaxşı biləndir!"

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
3
Söz sayı
32
Mədinə müshəfi (604 səhifə)
59
İndoPak müshəfi (610 səhifə)
59
Nəsx müshəfi (612 səhifə)
60
Ayə 3:73 hansı surədədir?

Ali-İmran surəsi (آل عمران). Surə 3 / 114 · 200 ayə.

Ayə 3:73 hansı cüzdədir?

Cüz: 3.

Ayə 3:73 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 59 · İndoPak müshəfi (610 səhifə): 59 · Nəsx müshəfi (612 səhifə): 60.

Ayə 3:73 neçə sözdən ibarətdir?

Söz sayı: 32.

Ayə 3:73 neçə ərəb hərfindən ibarətdir?

Ayə 3:73: 114 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 3:73 Quranda harada yerləşir?

Ayə 3:73 Quranın 6,236 ayəsindən 366 nömrəlisidir.

Ali-İmran surəsi neçə ayədir?

Ali-İmran surəsi 200 ayədən ibarətdir. Quranda 114 surədən 3 nömrəlisidir.

Ali-İmran surəsi Məkki, yoxsa Mədəni surədir?

Ali-İmran surəsi Mədəni kimi təsnif olunur.

Ayə 3:73 dinlənilə bilərmi?

Bəli. Ayə 3:73 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Ali-İmran surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 200 ayə və 3,481 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play