Nəml surəsi 27:40 النمل
Bu, Nəml surəsinin 93 ayəsindən 40 nömrəli ayəsidir, Quranda 6236 ayədən 3199 nömrəlidir, cüz 19. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 380.
قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ
Kitabdan bilgisi olan birisi isə belə dedi: “Mən onu sənə gözünü yumub açmadan öncə gətirərəm!” (Süleyman o) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görsün şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki,) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil, Səxavətlidir!”
27:40 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 27:40
Al-Mukhtasar
Süleymanın yanında, kitabdan elmi olan və həmçinin Allahın əzəmətli adı ilə dua etdikdə dua dərhal qəbul olan o əzəmətli adını bilən saleh və bilikli bir kişi isə belə dedi: "Mən onun taxtını gözünü açıb yumanadək, Allaha dua edərək sənə gətirərəm!". Bunun ardından o Allaha dua etdi, Allah da onun duasına dərhal icabət etdi. Süleyman o taxtı yanında hazır durmuş görən kimi belə dedi: "Bu, mənə bəxş edilən nemətlərə şükürmü yoxsa nankorluqmu edəcəyimi imtahan etmək üçün uca Rəbbimin mənə olan bir lütfündəndir! Kim Allaha şükr etsə, ancaq öz xeyrinə şükr etmiş olar. Çünki Allah zəngindir, kiminsə Ona şükr etməsi Allaha heç bir fayda verməz. Kim də nankorluq edib, Allahın nemətlərinə şükr etməzsə, bilisin ki, Rəbbimin onun şükrünə ehtiyacı yoxdur və O kərəm sahibidir. Nankorluq edən kimsələrə nemətlər verməsi də, Onun kərəmindəndir!"
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 19
- Söz sayı
- 38
- Mədinə müshəfi (604 səhifə)
- 380
- İndoPak müshəfi (610 səhifə)
- 380
- Nəsx müshəfi (612 səhifə)
- 381
Ayə 27:40 hansı surədədir?
Nəml surəsi (النمل). Surə 27 / 114 · 93 ayə.
Ayə 27:40 hansı cüzdədir?
Cüz: 19.
Ayə 27:40 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 380 · İndoPak müshəfi (610 səhifə): 380 · Nəsx müshəfi (612 səhifə): 381.
Ayə 27:40 neçə sözdən ibarətdir?
Söz sayı: 38.
Ayə 27:40 neçə ərəb hərfindən ibarətdir?
Ayə 27:40: 137 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 27:40 Quranda harada yerləşir?
Ayə 27:40 Quranın 6,236 ayəsindən 3,199 nömrəlisidir.
Nəml surəsi neçə ayədir?
Nəml surəsi 93 ayədən ibarətdir. Quranda 114 surədən 27 nömrəlisidir.
Nəml surəsi Məkki, yoxsa Mədəni surədir?
Nəml surəsi Məkki kimi təsnif olunur.
Ayə 27:40 dinlənilə bilərmi?
Bəli. Ayə 27:40 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nəml surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 93 ayə və 1,151 söz, həmin mətndən yaradılır.