Nisa surəsi 4:102 النساء
Bu, Nisa surəsinin 176 ayəsindən 102 nömrəli ayəsidir, Quranda 6236 ayədən 595 nömrəlidir, cüz 5. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 95.
وَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ وَلۡيَأۡخُذُوٓاْ أَسۡلِحَتَهُمۡۖ فَإِذَا سَجَدُواْ فَلۡيَكُونُواْ مِن وَرَآئِكُمۡ وَلۡتَأۡتِ طَآئِفَةٌ أُخۡرَىٰ لَمۡ يُصَلُّواْ فَلۡيُصَلُّواْ مَعَكَ وَلۡيَأۡخُذُواْ حِذۡرَهُمۡ وَأَسۡلِحَتَهُمۡۗ وَدَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ تَغۡفُلُونَ عَنۡ أَسۡلِحَتِكُمۡ وَأَمۡتِعَتِكُمۡ فَيَمِيلُونَ عَلَيۡكُم مَّيۡلَةٗ وَٰحِدَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِن كَانَ بِكُمۡ أَذٗى مِّن مَّطَرٍ أَوۡ كُنتُم مَّرۡضَىٰٓ أَن تَضَعُوٓاْ أَسۡلِحَتَكُمۡۖ وَخُذُواْ حِذۡرَكُمۡۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا
(Ey Muhamməd!) Sən onların (səhabələrinin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birgə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. (Sonra) namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını tutsunlar və silahlarını da (özləri ilə) götürsünlər. Kafirlər istərlər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər – (bir həmlədə sizi məğlub etsinlər). Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız, silahlarınızı yerə qoymaqda sizə günah yoxdur, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
4:102 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 4:102
Al-Mukhtasar
Ey Peyğəmbər! Düşmənlə döyüş vaxtı ordunun içərisində olub onlara namaz qıldırmaq istədikdə, ordunu iki qisimə böl: onlardan bir dəstə səninlə birlikdə namaz qılsın, namazda silahlarını da özləri ilə götürsünlər. İkinci dəstə isə sizin müdafiənizdə dursun. Birinci dəstə imamla birgə bir rükət qıldıqdan sonra, namazın qalan rükərlərini özləri ayrıca tamamlasınlar. Bunlar namaz qıldıqları zaman o biri dəstə düşmən tərəfdə arxanızda olsun. Sonra müdafiədə duran, namazını qılmamış digər dəstə gəlib imamla birlikdə bir rükət namaz qılsın, imam salam verdikdən sonra isə namazlarının qalan hissəsini özləri tamamlasınlar, düşmənlərindən ehtiyatlarını tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafirlər istərlər ki, siz namaz qıldığınız zaman silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə həmlə etsinlər və siz xəbərsiz ikən sizi məğlub etsinlər. Yağış, xəstəlik və s. bu kimi səbəblərdən əziyyət çəkdiyiniz zaman silahlarınızı özünüzlə götürməyib yerə qoymaqda sizə günah yoxdur. Bacardığınız qədər düşməninizdən ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün onları alçaldan bir əzab hazırlamışdır.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 5
- Söz sayı
- 62
- Mədinə müshəfi (604 səhifə)
- 95
- İndoPak müshəfi (610 səhifə)
- 95
- Nəsx müshəfi (612 səhifə)
- 96
Ayə 4:102 hansı surədədir?
Nisa surəsi (النساء). Surə 4 / 114 · 176 ayə.
Ayə 4:102 hansı cüzdədir?
Cüz: 5.
Ayə 4:102 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 95 · İndoPak müshəfi (610 səhifə): 95 · Nəsx müshəfi (612 səhifə): 96.
Ayə 4:102 neçə sözdən ibarətdir?
Söz sayı: 62.
Ayə 4:102 neçə ərəb hərfindən ibarətdir?
Ayə 4:102: 279 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 4:102 Quranda harada yerləşir?
Ayə 4:102 Quranın 6,236 ayəsindən 595 nömrəlisidir.
Nisa surəsi neçə ayədir?
Nisa surəsi 176 ayədən ibarətdir. Quranda 114 surədən 4 nömrəlisidir.
Nisa surəsi Məkki, yoxsa Mədəni surədir?
Nisa surəsi Mədəni kimi təsnif olunur.
Ayə 4:102 dinlənilə bilərmi?
Bəli. Ayə 4:102 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nisa surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 176 ayə və 3,747 söz, həmin mətndən yaradılır.