Nisa surəsi 4:153 النساء
Bu, Nisa surəsinin 176 ayəsindən 153 nömrəli ayəsidir, Quranda 6236 ayədən 646 nömrəlidir, cüz 6. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 102.
يَسۡـَٔلُكَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَن تُنَزِّلَ عَلَيۡهِمۡ كِتَٰبٗا مِّنَ ٱلسَّمَآءِۚ فَقَدۡ سَأَلُواْ مُوسَىٰٓ أَكۡبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓاْ أَرِنَا ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡهُمُ ٱلصَّٰعِقَةُ بِظُلۡمِهِمۡۚ ثُمَّ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ فَعَفَوۡنَا عَن ذَٰلِكَۚ وَءَاتَيۡنَا مُوسَىٰ سُلۡطَٰنٗا مُّبِينٗا
Kitab əhli səndən onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!”– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.
4:153 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 4:153
Al-Mukhtasar
Ey Peyğəmbər! Yəhudilər səndən, sənin sadiqliyinin əlaməti olaraq, Musaya nazil edildiyi kimi onlara bir dəfədə göydən bir kitab endirməyini istəyirlər. Sən buna təəccüb etmə, çünki onların ata-babaları Musadan, səndən istədiklərindən də daha böyüyünü tələb edərək, onlara Allahı açıq-aşkar göstərməsini istəmişdilər. Etdikləri günahın cəzası olaraq onları ildırım vurmuşdu. Sonra Allah onları diriltdi. Sonra da onlara Allahın təkliyinə, rübubiyyətin və üluhiyyətin yalnız Allaha aid olduğuna dəlalət edən açıq-aydın dəlillər gəldikdən sonra Allahı qoyub özlərinə buzovu məbud qəbul etdilər. Biz onların bu günahını da əfv etdik və Musaya qövmünə qarşı açıq-aşkar dəlil verdik.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 6
- Söz sayı
- 37
- Mədinə müshəfi (604 səhifə)
- 102
- İndoPak müshəfi (610 səhifə)
- 102
- Nəsx müshəfi (612 səhifə)
- 103
Ayə 4:153 hansı surədədir?
Nisa surəsi (النساء). Surə 4 / 114 · 176 ayə.
Ayə 4:153 hansı cüzdədir?
Cüz: 6.
Ayə 4:153 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 102 · İndoPak müshəfi (610 səhifə): 102 · Nəsx müshəfi (612 səhifə): 103.
Ayə 4:153 neçə sözdən ibarətdir?
Söz sayı: 37.
Ayə 4:153 neçə ərəb hərfindən ibarətdir?
Ayə 4:153: 158 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 4:153 Quranda harada yerləşir?
Ayə 4:153 Quranın 6,236 ayəsindən 646 nömrəlisidir.
Nisa surəsi neçə ayədir?
Nisa surəsi 176 ayədən ibarətdir. Quranda 114 surədən 4 nömrəlisidir.
Nisa surəsi Məkki, yoxsa Mədəni surədir?
Nisa surəsi Mədəni kimi təsnif olunur.
Ayə 4:153 dinlənilə bilərmi?
Bəli. Ayə 4:153 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nisa surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 176 ayə və 3,747 söz, həmin mətndən yaradılır.