Nur surəsi 24:31 النور
Bu, Nur surəsinin 64 ayəsindən 31 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2822 nömrəlidir, cüz 18. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 353.
وَقُل لِّلۡمُؤۡمِنَٰتِ يَغۡضُضۡنَ مِنۡ أَبۡصَٰرِهِنَّ وَيَحۡفَظۡنَ فُرُوجَهُنَّ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنۡهَاۖ وَلۡيَضۡرِبۡنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّۖ وَلَا يُبۡدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوۡ ءَابَآئِهِنَّ أَوۡ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوۡ أَبۡنَآئِهِنَّ أَوۡ أَبۡنَآءِ بُعُولَتِهِنَّ أَوۡ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ إِخۡوَٰنِهِنَّ أَوۡ بَنِيٓ أَخَوَٰتِهِنَّ أَوۡ نِسَآئِهِنَّ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّ أَوِ ٱلتَّٰبِعِينَ غَيۡرِ أُوْلِي ٱلۡإِرۡبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفۡلِ ٱلَّذِينَ لَمۡ يَظۡهَرُواْ عَلَىٰ عَوۡرَٰتِ ٱلنِّسَآءِۖ وَلَا يَضۡرِبۡنَ بِأَرۡجُلِهِنَّ لِيُعۡلَمَ مَا يُخۡفِينَ مِن زِينَتِهِنَّۚ وَتُوبُوٓاْ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلۡمُؤۡمِنُونَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirmiş kişi xidmətçilərdən, yaxud qadınların ayıb yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vurmasınlar. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.
24:31 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 24:31
Al-Mukhtasar
Mömin qadınlara da de ki, baxışlarını özlərinə halal olmayan kimsələrə baxmaqdan çəkindirsinlər və ayıb yerlərini fahişə əməllərdən uzaq turaraq və örtərək qorusunlar. Qoy onlar üst paltarı kimi görünən və örtülməsi mümkün olmayan zinət əşyalarını yad kişilərə göstərməsinlər. Baş örtüklərini saçlarının, üzlərinin və boyun-boğazlarının üstünə salsınlar. Gizlində olan zinət əşlayarını ərlərindən, yaxud atalarından, yaxud qayınatalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud müsəlman və ya kafir olmasından aslı olmayaraq etibarlı qadınlardan, yaxud sahib olduqları kişi və ya qadın kölələrdən, yaxud qadınlara ehtiyacı qalmayan kişi xidmətçilərdən, yaxud kiçikliyinə görə qadınların ayıb yerlərini hələ dərk etməyən uşaqlardan başqasına göstərməsinlər. Qadınlar, xalxallarını və gizlətdikləri başqa zinət əşyalarının bilinməsi üçün ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Mətləbinizə yetişmək, qorxduğunuz şeydən əmin olmaq üçün haram baxışlardan və bundan başqa olan günahlardan hamılıqla Allaha tövbə edin!
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 18
- Söz sayı
- 78
- Mədinə müshəfi (604 səhifə)
- 353
- İndoPak müshəfi (610 səhifə)
- 353
- Nəsx müshəfi (612 səhifə)
- 354
Ayə 24:31 hansı surədədir?
Nur surəsi (النور). Surə 24 / 114 · 64 ayə.
Ayə 24:31 hansı cüzdədir?
Cüz: 18.
Ayə 24:31 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 353 · İndoPak müshəfi (610 səhifə): 353 · Nəsx müshəfi (612 səhifə): 354.
Ayə 24:31 neçə sözdən ibarətdir?
Söz sayı: 78.
Ayə 24:31 neçə ərəb hərfindən ibarətdir?
Ayə 24:31: 344 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 24:31 Quranda harada yerləşir?
Ayə 24:31 Quranın 6,236 ayəsindən 2,822 nömrəlisidir.
Nur surəsi neçə ayədir?
Nur surəsi 64 ayədən ibarətdir. Quranda 114 surədən 24 nömrəlisidir.
Nur surəsi Məkki, yoxsa Mədəni surədir?
Nur surəsi Mədəni kimi təsnif olunur.
Ayə 24:31 dinlənilə bilərmi?
Bəli. Ayə 24:31 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nur surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 64 ayə və 1,316 söz, həmin mətndən yaradılır.