Nur surəsi 24:33 النور
Bu, Nur surəsinin 64 ayəsindən 33 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2824 nömrəlidir, cüz 18. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 354.
وَلۡيَسۡتَعۡفِفِ ٱلَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغۡنِيَهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَٱلَّذِينَ يَبۡتَغُونَ ٱلۡكِتَٰبَ مِمَّا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡ فَكَاتِبُوهُمۡ إِنۡ عَلِمۡتُمۡ فِيهِمۡ خَيۡرٗاۖ وَءَاتُوهُم مِّن مَّالِ ٱللَّهِ ٱلَّذِيٓ ءَاتَىٰكُمۡۚ وَلَا تُكۡرِهُواْ فَتَيَٰتِكُمۡ عَلَى ٱلۡبِغَآءِ إِنۡ أَرَدۡنَ تَحَصُّنٗا لِّتَبۡتَغُواْ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَن يُكۡرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعۡدِ إِكۡرَٰهِهِنَّ غَفُورٞ رَّحِيمٞ
Qoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən köləlikdən azad olması üçün bədəl vermək) istəyənlərlə – əgər onlarda bir xeyir görürsünüzsə – onlarla mükatəbə edin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları (bu işə) məcbur etsə, (bilsin ki,) onlar məcbur edildikdən sonra Allah (onları) bağışlayar və (onlara) rəhm edər.
24:33 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 24:33
Al-Mukhtasar
Uca Allah möminlərə subay kişiləri və ərsiz qadınları evləndirməyi əmr etdikdən sonra maddi və fiziki cəhətdən evlənməyə imkanı olmayan kimsələrə iffətli olmağı əmr edərək belə buyurur:
Yoxsulluq səbəbindən evlənməyə imkanı olmayanlar, Allah Öz geniş lütfü ilə onları varlandırana qədər, ismətlərini zinadan qoruyub saxlasınlar. Özlərini köləlikdən xilas edib, azadlığa qovuşmaq üçün mal verərək ağaları ilə mükatəbə (Mükatəbə sözü ərəb dilində: Qulun köləlikdən azad olması üçün ağası ilə müəyyən pul məbləği əsasında bağladığı bir sazişdir) etməyi tələb edənlər varsa, əgər ağaları onların dində saleh və bağlanan sazişi ödəyə biləcəyini zənn edərsə, bu zaman onlarla tələb etdikləri mükatəbə sazişini bağlasınlar. Qoy ağalar, kölələrin onlarla bağladıqları mükatəbənin bir qismini ödəmələri üçün Allahın onlara verdiyi maldan kölələrinə də versinlər. Nəbadə Abdullah bin Ubeyin, iffətli olub, zinadan uzaq duraraq, ismətlərini qorumaq istəyən iki cariyəsini zinaya məcbur etdirdiyi kimi, sizdə mal-dövlət əldə etməniz üçün öz cariyələrinizi zinakarlığa məcbur edəsiniz. Sizdən kim onları bu işə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra Allah onların günahlarını bağışlayar və onlara rəhm edər. Çünki onlar bu işi öz xoşları ilə deyil, əksinə, məcbur edilərək görmüşdülər, elə bu görə də günah onları bu işə məcbur edənin boynunadır.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 18
- Söz sayı
- 48
- Mədinə müshəfi (604 səhifə)
- 354
- İndoPak müshəfi (610 səhifə)
- 354
- Nəsx müshəfi (612 səhifə)
- 355
Ayə 24:33 hansı surədədir?
Nur surəsi (النور). Surə 24 / 114 · 64 ayə.
Ayə 24:33 hansı cüzdədir?
Cüz: 18.
Ayə 24:33 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 354 · İndoPak müshəfi (610 səhifə): 354 · Nəsx müshəfi (612 səhifə): 355.
Ayə 24:33 neçə sözdən ibarətdir?
Söz sayı: 48.
Ayə 24:33 neçə ərəb hərfindən ibarətdir?
Ayə 24:33: 215 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 24:33 Quranda harada yerləşir?
Ayə 24:33 Quranın 6,236 ayəsindən 2,824 nömrəlisidir.
Nur surəsi neçə ayədir?
Nur surəsi 64 ayədən ibarətdir. Quranda 114 surədən 24 nömrəlisidir.
Nur surəsi Məkki, yoxsa Mədəni surədir?
Nur surəsi Mədəni kimi təsnif olunur.
Ayə 24:33 dinlənilə bilərmi?
Bəli. Ayə 24:33 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nur surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 64 ayə və 1,316 söz, həmin mətndən yaradılır.