Şura surəsi 42:14 الشورى
Bu, Şura surəsinin 53 ayəsindən 14 nömrəli ayəsidir, Quranda 6236 ayədən 4286 nömrəlidir, cüz 25. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 484.
وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ
Onlar, özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. Əgər Rəbbindən müəyyən bir vaxtadək (əzabın qiyamət gününə qədər gecikdirilməsi barədə) Söz verilmiş olmasaydı, onların arasında artıq hökm verilərdi. Onlardan sonra Kitaba varis olanlar (yəhudilər və nəsranilər) da onun (Quran) barəsində anlaşılmaz bir şübhə içindədirlər.
42:14 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 42:14
Al-Mukhtasar
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilib kafirlərin və müşriklərin əleyhinə dəlil-sübut göstərdikdən sonra, onlar firqələrə ayrıldılar. Onların firqələrə bölünmələrin səbəbi isə haqsızlıq və zülm etmək oldu. Əgər Allahın əzəli elmində, onlara verəcək əzabın müəyyən edilmiş vaxtadək - qiyamət gününədək təxirə salacağına dair söz verilmiş olmasaydı, Allah onların arasında hökm verər və Allah küfr etdiklərinə, həmçinin, Onun peyğəmbərlərini yalançı saydıqlarına görə onları dərhal əzaba düçar edərdi. Müşriklərdən və öz sələflərindən sonra Tövrata varis olan yəhudilər və İncilə varis olan nəsranilər Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Qurana şəkk edir və yalan sayırlar.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 25
- Söz sayı
- 30
- Mədinə müshəfi (604 səhifə)
- 484
- İndoPak müshəfi (610 səhifə)
- 484
- Nəsx müshəfi (612 səhifə)
- 485
Ayə 42:14 hansı surədədir?
Şura surəsi (الشورى). Surə 42 / 114 · 53 ayə.
Ayə 42:14 hansı cüzdədir?
Cüz: 25.
Ayə 42:14 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 484 · İndoPak müshəfi (610 səhifə): 484 · Nəsx müshəfi (612 səhifə): 485.
Ayə 42:14 neçə sözdən ibarətdir?
Söz sayı: 30.
Ayə 42:14 neçə ərəb hərfindən ibarətdir?
Ayə 42:14: 113 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 42:14 Quranda harada yerləşir?
Ayə 42:14 Quranın 6,236 ayəsindən 4,286 nömrəlisidir.
Şura surəsi neçə ayədir?
Şura surəsi 53 ayədən ibarətdir. Quranda 114 surədən 42 nömrəlisidir.
Şura surəsi Məkki, yoxsa Mədəni surədir?
Şura surəsi Məkki kimi təsnif olunur.
Ayə 42:14 dinlənilə bilərmi?
Bəli. Ayə 42:14 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Şura surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 53 ayə və 860 söz, həmin mətndən yaradılır.