Tövbə surəsi 9:120 التوبة
Bu, Tövbə surəsinin 129 ayəsindən 120 nömrəli ayəsidir, Quranda 6236 ayədən 1355 nömrəlidir, cüz 11. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 206.
مَا كَانَ لِأَهۡلِ ٱلۡمَدِينَةِ وَمَنۡ حَوۡلَهُم مِّنَ ٱلۡأَعۡرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرۡغَبُواْ بِأَنفُسِهِمۡ عَن نَّفۡسِهِۦۚ ذَٰلِكَ بِأَنَّهُمۡ لَا يُصِيبُهُمۡ ظَمَأٞ وَلَا نَصَبٞ وَلَا مَخۡمَصَةٞ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوۡطِئٗا يَغِيظُ ٱلۡكُفَّارَ وَلَا يَنَالُونَ مِنۡ عَدُوّٖ نَّيۡلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٞ صَٰلِحٌۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ
Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşə çıxarkən) Allahın Rəsulundan geri qalmaq, öz canlarını onun canından üstün tutmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.
9:120 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 9:120
Al-Mukhtasar
Mədinə əhalisinə və onların ətrafında yaşayan bədəvilərə Allahın elçisi (sallallahu aleyhi və səlləm) döyüşə çıxdığı zaman ondan geri qalıb, öz canlarının hayına qalaraq, belə bir çətin gündə Allahın elçisini (sallallahu aleyhi və səlləm) tək buraxmaq yaraşmaz. Əksinə, onlar belə bir gündə onun canını qoruyaraq öz canlarını fəda etməlidirlər. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirlərin qəzəbinə səbəb ola biləcək zəbt edilən elə bir yer, onları ölüdrmək, əsir götürmək və ya onlardan qənimət əldə etmək kimi düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində Allah onlara yaxşı bir əməlin savabını yazıb, bunu onlardan qəbul etməsin. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Əksinə onların mükafatını kamil şəkildə verər və onlar üçün bu mükafatı daha da artırar.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 11
- Söz sayı
- 52
- Mədinə müshəfi (604 səhifə)
- 206
- İndoPak müshəfi (610 səhifə)
- 206
- Nəsx müshəfi (612 səhifə)
- 207
Ayə 9:120 hansı surədədir?
Tövbə surəsi (التوبة). Surə 9 / 114 · 129 ayə.
Ayə 9:120 hansı cüzdədir?
Cüz: 11.
Ayə 9:120 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 206 · İndoPak müshəfi (610 səhifə): 206 · Nəsx müshəfi (612 səhifə): 207.
Ayə 9:120 neçə sözdən ibarətdir?
Söz sayı: 52.
Ayə 9:120 neçə ərəb hərfindən ibarətdir?
Ayə 9:120: 198 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 9:120 Quranda harada yerləşir?
Ayə 9:120 Quranın 6,236 ayəsindən 1,355 nömrəlisidir.
Tövbə surəsi neçə ayədir?
Tövbə surəsi 129 ayədən ibarətdir. Quranda 114 surədən 9 nömrəlisidir.
Tövbə surəsi Məkki, yoxsa Mədəni surədir?
Tövbə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 9:120 dinlənilə bilərmi?
Bəli. Ayə 9:120 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Tövbə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 129 ayə və 2,498 söz, həmin mətndən yaradılır.