Fussilət surəsi 41:39 فصلت
Bu, Fussilət surəsinin 54 ayəsindən 39 nömrəli ayəsidir, Quranda 6236 ayədən 4257 nömrəlidir, cüz 24. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 481.
وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
Yer üzünü qupquru görməyin də Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır (müxtəlif növ bitkilər yetişdirər). Şübhəsiz ki, onu canlandıran (Allah), ölüləri də mütləq dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.
41:39 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 41:39
Al-Mukhtasar
Allahın əzəmətinə, vəhdaniyyətinə və ölüləri dirltməyə qadir olduğuna dəlalət edən dəlillətrdəndir ki, sən yer üzünün qupquru olduğunu, orada heç bir bitki olmadığını görürsən. Biz onun üzərinə yağış endirdikdə isə, içindəki toxumların cücərməsindən dolayı o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, o ölü torpağı bitkilərlə dirildən Allah, ölüləri də hökmən dirildib, haqq-hesaba çəkilmələri və etdikləri əməllərin əvəzini almaq üçün məhşərə toplayacaq. Həqiqətən, O, hər şeyə qadirdir. O, nə ölü torpağı canlandırmaqdan, nə də ölüləri dirildib qəbirlərindən çıxartmaqdan acizdir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 24
- Söz sayı
- 22
- Mədinə müshəfi (604 səhifə)
- 481
- İndoPak müshəfi (610 səhifə)
- 481
- Nəsx müshəfi (612 səhifə)
- 482
Ayə 41:39 hansı surədədir?
Fussilət surəsi (فصلت). Surə 41 / 114 · 54 ayə.
Ayə 41:39 hansı cüzdədir?
Cüz: 24.
Ayə 41:39 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 481 · İndoPak müshəfi (610 səhifə): 481 · Nəsx müshəfi (612 səhifə): 482.
Ayə 41:39 neçə sözdən ibarətdir?
Söz sayı: 22.
Ayə 41:39 neçə ərəb hərfindən ibarətdir?
Ayə 41:39: 89 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 41:39 Quranda harada yerləşir?
Ayə 41:39 Quranın 6,236 ayəsindən 4,257 nömrəlisidir.
Fussilət surəsi neçə ayədir?
Fussilət surəsi 54 ayədən ibarətdir. Quranda 114 surədən 41 nömrəlisidir.
Fussilət surəsi Məkki, yoxsa Mədəni surədir?
Fussilət surəsi Məkki kimi təsnif olunur.
Ayə 41:39 dinlənilə bilərmi?
Bəli. Ayə 41:39 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Fussilət surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 54 ayə və 794 söz, həmin mətndən yaradılır.