Qələm القلم · AbdulBaset AbdulSamad
Qari: AbdulBaset AbdulSamad 52 ayə Həfs ən Asim Mujawwad
tərcümə: Əlixan Musayev
Oxu tənzimləmələri
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
-
مَآ أَنتَ بِنِعۡمَةِ رَبِّكَ بِمَجۡنُونٖ
(Ey Peyğəmbər!) Sən Rəbbinin neməti sayəsində dəli deyilsən.
-
إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ
Şübhəsiz ki, Rəbbin kimin Onun yolundan azdığını və (kimin də) haqq yolda olduğunu daha yaxşı bilir.
-
وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ
Onlar (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər.
-
وَلَا تُطِعۡ كُلَّ حَلَّافٖ مَّهِينٍ
(Ey Peyğəmbər!) İtaət etmə hər tez-tez and içənə, alçağa,
-
مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٍ أَثِيمٍ
xeyrə mane olana, (zülm etməklə) həddi aşana, günahkara,
-
عُتُلِّۭ بَعۡدَ ذَٰلِكَ زَنِيمٍ
daş ürəkliyə, bunlardan sonra da (özünü başqasının nəsəbinə sırıyan) fırıldaqçıya –
-
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– dedi.
-
إِنَّا بَلَوۡنَٰهُمۡ كَمَا بَلَوۡنَآ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ إِذۡ أَقۡسَمُواْ لَيَصۡرِمُنَّهَا مُصۡبِحِينَ
Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da (Məkkə mürşiklərini də) sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (miskinlər gəlməzdən öncə bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər.
-
فَطَافَ عَلَيۡهَا طَآئِفٞ مِّن رَّبِّكَ وَهُمۡ نَآئِمُونَ
Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.
-
أَنِ ٱغۡدُواْ عَلَىٰ حَرۡثِكُمۡ إِن كُنتُمۡ صَٰرِمِينَ
“Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”
-
فَٱنطَلَقُواْ وَهُمۡ يَتَخَٰفَتُونَ
Onlar (bağa) yollandılar, (yol boyu) da bir-birlərinə pıçıldayaraq belə deyirdilər:
-
أَن لَّا يَدۡخُلَنَّهَا ٱلۡيَوۡمَ عَلَيۡكُم مِّسۡكِينٞ
“Bu gün orada heç bir miskin yanınıza girməsin!”
-
وَغَدَوۡاْ عَلَىٰ حَرۡدٖ قَٰدِرِينَ
Onlar bu məqsədlə (miskinləri bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.
-
فَلَمَّا رَأَوۡهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ
Onlar bağı gördükdə (belə) dedilər: “(Deyəsən) biz səhv gəlmişik!
-
قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ
Onların ən yaxşısı dedi: “Məgər mən sizə (Allahı) təsbih etməli olduğunuzu demədimmi?”
-
قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz zalımlardan olmuşuq!”– dedilər.
-
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَلَٰوَمُونَ
Onlar dönüb bir-birlərini qınamağa başladılar
-
قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ
(belə) dedilər: “Vay halımıza! Biz həddi aşanlardan olduq!
-
عَسَىٰ رَبُّنَآ أَن يُبۡدِلَنَا خَيۡرٗا مِّنۡهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ
Ola bilsin ki, Rəbbimiz bizə onun əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
-
كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
(Dünyadakı) əzab da belədir. Axirət əzabı isə daha böyükdür! Kaş ki biləydilər!
-
إِنَّ لِلۡمُتَّقِينَ عِندَ رَبِّهِمۡ جَنَّٰتِ ٱلنَّعِيمِ
Şübhəsiz ki, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri vardır.
-
أَفَنَجۡعَلُ ٱلۡمُسۡلِمِينَ كَٱلۡمُجۡرِمِينَ
Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?!
-
أَمۡ لَكُمۡ كِتَٰبٞ فِيهِ تَدۡرُسُونَ
Yoxsa sizin elə bir kitab var ki, (günahkarla itaətkarın eyni olduğunu) oradan oxuyursunuz?!
-
إِنَّ لَكُمۡ فِيهِ لَمَا تَخَيَّرُونَ
(Ya da) orada bəyəndiyiniz hər bir şeyin sizin üçün olacağı vardır?!
-
أَمۡ لَكُمۡ أَيۡمَٰنٌ عَلَيۡنَا بَٰلِغَةٌ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ إِنَّ لَكُمۡ لَمَا تَحۡكُمُونَ
Yaxud Qiyamət gününədək hökm edib istədiyiniz hər şeyin sizin üçün olacağına dair Bizimlə əhd bağlamısınız?!
-
أَمۡ لَهُمۡ شُرَكَآءُ فَلۡيَأۡتُواْ بِشُرَكَآئِهِمۡ إِن كَانُواْ صَٰدِقِينَ
Yoxsa onların şəriklərimi vardır? Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər.
-
يَوۡمَ يُكۡشَفُ عَن سَاقٖ وَيُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسۡتَطِيعُونَ
O gün baldır açılacaq və onlar səcdəyə dəvət olunacaqlar, lakin (kafirlər) bunu bacarmayacaqlar.
-
خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۖ وَقَدۡ كَانُواْ يُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ وَهُمۡ سَٰلِمُونَ
(O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağ-salamat olduqları halda səcdəyə dəvət olunurdular.
-
فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ
(Ey Peyğəmbər!) Bu Sözü (Quranı) yalan sayanları Mənə burax. Biz onları özləri də bilmədən tədricən əzaba sürükləyirik.
-
وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ
Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox şiddətlidir.
-
أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ
(Ey Peyğəmbər!) Yoxsa sən (risaləti təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və (buna görə də) onlar ağır bir borca düşüblər?!
-
أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ
Yoxsa qeyb (elmi) onların yanındadır onlar da (ona baxıb istədiklərini) yazırlar?!
-
فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلۡحُوتِ إِذۡ نَادَىٰ وَهُوَ مَكۡظُومٞ
Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunus peyğəmbər) kimi olma! Bir zaman o, (balığın qarnında) qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.
-
لَّوۡلَآ أَن تَدَٰرَكَهُۥ نِعۡمَةٞ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلۡعَرَآءِ وَهُوَ مَذۡمُومٞ
Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (balığın qarnından heç bir bitki bitməyən) boş yerə atılacaqdı.
-
فَٱجۡتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ
(Lakin) Rəbbi onu seçib salehlərdən etdi.
-
وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ
Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirsinlər. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.
-
وَمَا هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
Halbuki o (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir!
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
AbdulBaset AbdulSamad ifasında digər surələr
Digər qarilər
- Qələm · Mishary Alafasy
- Qələm · AbdulBaset (Murattal)
- Qələm · Minshawi (Murattal)
- Qələm · As-Sudais
- Qələm · Abu Bakr ash-Shatri
- Qələm · Hani ar-Rifai
- Qələm · Mahmoud Khalil al-Husary
- Qələm · Maher al-Muaiqly
- Qələm · Saud ash-Shuraym
- Qələm · Saad al-Ghamdi
- Qələm · Ali Abdur-Rahman al-Hudhaify
- Qələm · Abdullah Basfar
- Qələm · Ahmed ibn Ali al-Ajamy
- Qələm · Muhammad Ayyoub
- Qələm · Muhammad Jibreel
- Qələm · Ibrahim al-Akhdar
- Qələm · Ayman Suwaid
- Qələm · Mahmoud Khalil al-Husary
- Qələm · Shahriar Parhizgar
- Qələm · Mahmoud Khalil al-Husary
- Qələm · Muhammad Siddiq al-Minshawi
- Qələm · Mohammad al-Tablawi
- Qələm · Khalifa al-Tunaiji
- Qələm · Abdullah Awad al-Juhani
- Qələm · Nasser al-Qatami
- Qələm · Fares Abbad
- Qələm · Salah al-Budair
- Qələm · Salah Bukhatir
- Qələm · Abdullah al-Matroud
- Qələm · Abdul Mohsen al-Qasim
- Qələm · Ali Jaber
- Qələm · Khalid Abdullah al-Qahtani
- Qələm · Mahmoud Ali al-Banna
- Qələm · Sahl Yasin
- Qələm · Ahmad Nauina
- Qələm · Akram al-Alaqmi
- Qələm · Ali Hajjaj al-Suwaisi
- Qələm · Aziz Alili
- Qələm · Yasser Salamah
- Qələm · Nabil ar-Rifai
- Qələm · Muhammad AbdulKareem
- Qələm · Karim Mansoori