Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
Surə haqqında
Qələm surəsi Quranda 68 nömrəli surədir, Məkki kimi təsnif olunur və 52 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 564.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
نٓۚ وَٱلۡقَلَمِ وَمَا يَسۡطُرُونَ
Nun. And olsun qələmə və (insanların qələmlə) yazdıqlarına!
مَآ أَنتَ بِنِعۡمَةِ رَبِّكَ بِمَجۡنُونٖ
(Ey Peyğəmbər!) Sən Rəbbinin neməti sayəsində dəli deyilsən.
وَإِنَّ لَكَ لَأَجۡرًا غَيۡرَ مَمۡنُونٖ
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat vardır.
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٖ
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
فَسَتُبۡصِرُ وَيُبۡصِرُونَ
Sən də görəcəksən, onlar da görəcəklər –
بِأَييِّكُمُ ٱلۡمَفۡتُونُ
hansınızın dəli olduğunu.
إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ
Şübhəsiz ki, Rəbbin kimin Onun yolundan azdığını və (kimin də) haqq yolda olduğunu daha yaxşı bilir.
فَلَا تُطِعِ ٱلۡمُكَذِّبِينَ
(Ey Peyğəmbər! Elə isə haqqı) yalan sayanlara itaət etmə!
وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ
Onlar (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər.
وَلَا تُطِعۡ كُلَّ حَلَّافٖ مَّهِينٍ
(Ey Peyğəmbər!) İtaət etmə hər tez-tez and içənə, alçağa,
هَمَّازٖ مَّشَّآءِۭ بِنَمِيمٖ
qeybət edənə, (insanlar arasında) söz gəzdirənə,
مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٍ أَثِيمٍ
xeyrə mane olana, (zülm etməklə) həddi aşana, günahkara,
عُتُلِّۭ بَعۡدَ ذَٰلِكَ زَنِيمٍ
daş ürəkliyə, bunlardan sonra da (özünü başqasının nəsəbinə sırıyan) fırıldaqçıya –
أَن كَانَ ذَا مَالٖ وَبَنِينَ
o, var-dövlət və oğul-uşaq sahibi olsa belə.
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– dedi.
سَنَسِمُهُۥ عَلَى ٱلۡخُرۡطُومِ
Biz onun burnuna damğa vuracağıq.
إِنَّا بَلَوۡنَٰهُمۡ كَمَا بَلَوۡنَآ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ إِذۡ أَقۡسَمُواْ لَيَصۡرِمُنَّهَا مُصۡبِحِينَ
Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da (Məkkə mürşiklərini də) sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (miskinlər gəlməzdən öncə bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər.
وَلَا يَسۡتَثۡنُونَ
İstisna da etməmişdilər (“inşallah” deməmişdilər).
فَطَافَ عَلَيۡهَا طَآئِفٞ مِّن رَّبِّكَ وَهُمۡ نَآئِمُونَ
Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.
فَأَصۡبَحَتۡ كَٱلصَّرِيمِ
(Bağ yanıb) zülmət gecə kimi (qapqara) oldu.
فَتَنَادَوۡاْ مُصۡبِحِينَ
Səhər açıldıqda bir-birlərinə səsləndilər:
أَنِ ٱغۡدُواْ عَلَىٰ حَرۡثِكُمۡ إِن كُنتُمۡ صَٰرِمِينَ
“Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”
فَٱنطَلَقُواْ وَهُمۡ يَتَخَٰفَتُونَ
Onlar (bağa) yollandılar, (yol boyu) da bir-birlərinə pıçıldayaraq belə deyirdilər:
أَن لَّا يَدۡخُلَنَّهَا ٱلۡيَوۡمَ عَلَيۡكُم مِّسۡكِينٞ
“Bu gün orada heç bir miskin yanınıza girməsin!”
وَغَدَوۡاْ عَلَىٰ حَرۡدٖ قَٰدِرِينَ
Onlar bu məqsədlə (miskinləri bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.
فَلَمَّا رَأَوۡهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ
Onlar bağı gördükdə (belə) dedilər: “(Deyəsən) biz səhv gəlmişik!
بَلۡ نَحۡنُ مَحۡرُومُونَ
Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!”
قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ
Onların ən yaxşısı dedi: “Məgər mən sizə (Allahı) təsbih etməli olduğunuzu demədimmi?”
قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz zalımlardan olmuşuq!”– dedilər.
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَلَٰوَمُونَ
Onlar dönüb bir-birlərini qınamağa başladılar
قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ
(belə) dedilər: “Vay halımıza! Biz həddi aşanlardan olduq!
عَسَىٰ رَبُّنَآ أَن يُبۡدِلَنَا خَيۡرٗا مِّنۡهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ
Ola bilsin ki, Rəbbimiz bizə onun əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
(Dünyadakı) əzab da belədir. Axirət əzabı isə daha böyükdür! Kaş ki biləydilər!
إِنَّ لِلۡمُتَّقِينَ عِندَ رَبِّهِمۡ جَنَّٰتِ ٱلنَّعِيمِ
Şübhəsiz ki, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri vardır.
أَفَنَجۡعَلُ ٱلۡمُسۡلِمِينَ كَٱلۡمُجۡرِمِينَ
Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?!
مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ
Sizə nə olub, necə hökm verirsiniz?!
أَمۡ لَكُمۡ كِتَٰبٞ فِيهِ تَدۡرُسُونَ
Yoxsa sizin elə bir kitab var ki, (günahkarla itaətkarın eyni olduğunu) oradan oxuyursunuz?!
إِنَّ لَكُمۡ فِيهِ لَمَا تَخَيَّرُونَ
(Ya da) orada bəyəndiyiniz hər bir şeyin sizin üçün olacağı vardır?!
أَمۡ لَكُمۡ أَيۡمَٰنٌ عَلَيۡنَا بَٰلِغَةٌ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ إِنَّ لَكُمۡ لَمَا تَحۡكُمُونَ
Yaxud Qiyamət gününədək hökm edib istədiyiniz hər şeyin sizin üçün olacağına dair Bizimlə əhd bağlamısınız?!
سَلۡهُمۡ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ
(Ey Peyğəmbər!) Onlardan soruş ki, kim buna zamindir?
أَمۡ لَهُمۡ شُرَكَآءُ فَلۡيَأۡتُواْ بِشُرَكَآئِهِمۡ إِن كَانُواْ صَٰدِقِينَ
Yoxsa onların şəriklərimi vardır? Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər.
يَوۡمَ يُكۡشَفُ عَن سَاقٖ وَيُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسۡتَطِيعُونَ
O gün baldır açılacaq və onlar səcdəyə dəvət olunacaqlar, lakin (kafirlər) bunu bacarmayacaqlar.
خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۖ وَقَدۡ كَانُواْ يُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ وَهُمۡ سَٰلِمُونَ
(O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağ-salamat olduqları halda səcdəyə dəvət olunurdular.
فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ
(Ey Peyğəmbər!) Bu Sözü (Quranı) yalan sayanları Mənə burax. Biz onları özləri də bilmədən tədricən əzaba sürükləyirik.
وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ
Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox şiddətlidir.
أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ
(Ey Peyğəmbər!) Yoxsa sən (risaləti təbliğ etdiyinə görə) onlardan bir ücrət istəyirsən və (buna görə də) onlar ağır bir borca düşüblər?!
أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ
Yoxsa qeyb (elmi) onların yanındadır onlar da (ona baxıb istədiklərini) yazırlar?!
فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلۡحُوتِ إِذۡ نَادَىٰ وَهُوَ مَكۡظُومٞ
Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunus peyğəmbər) kimi olma! Bir zaman o, (balığın qarnında) qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.
لَّوۡلَآ أَن تَدَٰرَكَهُۥ نِعۡمَةٞ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلۡعَرَآءِ وَهُوَ مَذۡمُومٞ
Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (balığın qarnından heç bir bitki bitməyən) boş yerə atılacaqdı.
فَٱجۡتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ
(Lakin) Rəbbi onu seçib salehlərdən etdi.
وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ
Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirsinlər. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.
وَمَا هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
Halbuki o (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir!
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Müshəfdə Qələm surəsi
- Nazil olması
- Məkki
- Cüz
- 29
- Söz sayı
- 300
- Mədinə müshəfi (604 səhifə)
- 564-566
- İndoPak müshəfi (610 səhifə)
- 564-567
- Nəsx müshəfi (612 səhifə)
- 565-568
Qələm surəsi haqqında suallar
Qələm surəsi neçə ayədir?
Qələm surəsi 52 ayədən ibarətdir. Quranda 114 surədən 68 nömrəlisidir.
Qələm surəsi hansı cüzdədir?
Qələm surəsi: cüz 29 (30 cüzdən).
Qələm surəsi Məkki, yoxsa Mədəni surədir?
Qələm surəsi Məkki kimi təsnif olunur.
Qələm surəsi hansı səhifədədir?
Qələm surəsi Mədinə müshəfində (604 səhifə): 564-566. İndoPak müshəfində (610 səhifə): 564-567. Nəsx müshəfində (612 səhifə): 565-568.
Qələm surəsi neçə sözdən ibarətdir?
Qələm surəsi: 300 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.
Qələm surəsi neçə ərəb hərfindən ibarətdir?
Qələm surəsi: 1,263 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Qələm surəsi Quranda harada yerləşir?
Qələm surəsi Quranın 6,236 ayəsi içərisində 5,272 nömrəli ayədən 5,323 nömrəli ayəyə qədər uzanır.
Qələm surəsində səcdə ayəsi varmı?
Xeyr. Qələm surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.
Qələm surəsi dinlənilə bilərmi?
Bəli. Qələm surəsinin 52 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Qələm surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 52 ayə və 300 söz, həmin mətndən yaradılır.
Qələm surəsini dinlə
- Mishary Alafasy مشاري العفاسي Həfs ən AsimMurattal
- AbdulBaset (Murattal) عبدالباسط عبدالصمد Həfs ən AsimMurattal
- AbdulBaset AbdulSamad عبدالباسط عبدالصمد Həfs ən AsimMujawwad
- Minshawi (Murattal) محمد صديق المنشاوي Həfs ən AsimMurattal
- As-Sudais عبدالرحمن السديس Həfs ən AsimMurattal
- Abu Bakr ash-Shatri أبو بكر الشاطري Həfs ən AsimMurattal