Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
Surə haqqında
Nuh surəsi Quranda 71 nömrəli surədir, Məkki kimi təsnif olunur və 28 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 570.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٞ
Biz Nuhu: “Qövmünə ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl onları xəbərdar et!”– deyə öz qövmünə göndərdik.
قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ
(Nuh) dedi: “Ey qövmüm! Mən sizi (Allahın əzabı ilə) açıq-aydın xəbərdar edənəm!
أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ
Allaha ibadət edin, Ondan qorxun və mənə tabe olun!
يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ
(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər. Allahın (müəyyən etdiyi) əcəl gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”
قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا
(Nuh) dedi: “Ey Rəbbim, mən qövmümü gecə-gündüz dəvət etdim.
فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا
Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı.
وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا
Onları bağışlayasan deyə, mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.
ثُمَّ إِنِّي دَعَوۡتُهُمۡ جِهَارٗا
Sonra mən onları aşkarcasına dəvət etdim.
ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارٗا
Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib
فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا
dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا
(Əgər belə etsəniz) O, sizə göydən bol-bol yağış göndərər,
وَيُمۡدِدۡكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَيَجۡعَل لَّكُمۡ جَنَّٰتٖ وَيَجۡعَل لَّكُمۡ أَنۡهَٰرٗا
var-dövlətinizi və oğul-uşağınızı çoxaldar, sizin üçün bağlar yaradar və çaylar axıdar.
مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارٗا
Sizə nə olub ki, Allahı layiqincə uca tutmursunuz?
وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا
Axı O sizi mərhələlərlə (əvvəl nütfədən, sonra laxtalanmış qandan, sonra bir parça ətdən və sonda isə insan şəklində) yaratdı.
أَلَمۡ تَرَوۡاْ كَيۡفَ خَلَقَ ٱللَّهُ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗا
Məgər Allahın yeddi (qat) göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüzmü?
وَجَعَلَ ٱلۡقَمَرَ فِيهِنَّ نُورٗا وَجَعَلَ ٱلشَّمۡسَ سِرَاجٗا
Orada ayı bir nur, günəşi də çıraq etdi.
وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتٗا
Allah sizi (atanız Adəmi) yerdən bir bitki kimi bitirdi.
ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجٗا
Sonra sizi ora qaytaracaq və (qiyamət günü dirildib oradan təkrar) çıxardacaqdır.
وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ بِسَاطٗا
Allah yeri sizin üçün xalı təki döşədi ki,
لِّتَسۡلُكُواْ مِنۡهَا سُبُلٗا فِجَاجٗا
orada geniş yollarda gəzəsiniz”.
قَالَ نُوحٞ رَّبِّ إِنَّهُمۡ عَصَوۡنِي وَٱتَّبَعُواْ مَن لَّمۡ يَزِدۡهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارٗا
Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan kimsələrə (kafir başçılarına) tabe oldular.
وَمَكَرُواْ مَكۡرٗا كُبَّارٗا
Onlar (kafir başçılar mənə qarşı) böyük bir hiylə işlətdilər
وَقَالُواْ لَا تَذَرُنَّ ءَالِهَتَكُمۡ وَلَا تَذَرُنَّ وَدّٗا وَلَا سُوَاعٗا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسۡرٗا
və (özlərinə tabe olanlara) dedilər: “İlahlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
وَقَدۡ أَضَلُّواْ كَثِيرٗاۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلٗا
Onlar çoxlarını azdırdılar. (Ey Rəbbim!) Sən də zalımların azğınlığını artır”.
مِّمَّا خَطِيٓـَٰٔتِهِمۡ أُغۡرِقُواْ فَأُدۡخِلُواْ نَارٗا فَلَمۡ يَجِدُواْ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارٗا
Onlar günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar Allahdan savayı köməkçilər tapmadılar.
وَقَالَ نُوحٞ رَّبِّ لَا تَذَرۡ عَلَى ٱلۡأَرۡضِ مِنَ ٱلۡكَٰفِرِينَ دَيَّارًا
Nuh dedi: “Ey Rəbbim! Yer üzündə kafirlərdən heç bir kimsəni sağ bıraxma!
إِنَّكَ إِن تَذَرۡهُمۡ يُضِلُّواْ عِبَادَكَ وَلَا يَلِدُوٓاْ إِلَّا فَاجِرٗا كَفَّارٗا
Əgər Sən onları sağ buraxsan, onlar Sənin qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər.
رَّبِّ ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِمَن دَخَلَ بَيۡتِيَ مُؤۡمِنٗا وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارَۢا
Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin olaraq daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zalımların isə ancaq həlakını artır!”
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Müshəfdə Nuh surəsi
- Nazil olması
- Məkki
- Cüz
- 29
- Söz sayı
- 226
- Mədinə müshəfi (604 səhifə)
- 570-571
- İndoPak müshəfi (610 səhifə)
- 571-573
- Nəsx müshəfi (612 səhifə)
- 572-574
Nuh surəsi haqqında suallar
Nuh surəsi neçə ayədir?
Nuh surəsi 28 ayədən ibarətdir. Quranda 114 surədən 71 nömrəlisidir.
Nuh surəsi hansı cüzdədir?
Nuh surəsi: cüz 29 (30 cüzdən).
Nuh surəsi Məkki, yoxsa Mədəni surədir?
Nuh surəsi Məkki kimi təsnif olunur.
Nuh surəsi hansı səhifədədir?
Nuh surəsi Mədinə müshəfində (604 səhifə): 570-571. İndoPak müshəfində (610 səhifə): 571-573. Nəsx müshəfində (612 səhifə): 572-574.
Nuh surəsi neçə sözdən ibarətdir?
Nuh surəsi: 226 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.
Nuh surəsi neçə ərəb hərfindən ibarətdir?
Nuh surəsi: 953 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Nuh surəsi Quranda harada yerləşir?
Nuh surəsi Quranın 6,236 ayəsi içərisində 5,420 nömrəli ayədən 5,447 nömrəli ayəyə qədər uzanır.
Nuh surəsində səcdə ayəsi varmı?
Xeyr. Nuh surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.
Nuh surəsi dinlənilə bilərmi?
Bəli. Nuh surəsinin 28 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nuh surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 28 ayə və 226 söz, həmin mətndən yaradılır.
Nuh surəsini dinlə
- Mishary Alafasy مشاري العفاسي Həfs ən AsimMurattal
- AbdulBaset (Murattal) عبدالباسط عبدالصمد Həfs ən AsimMurattal
- AbdulBaset AbdulSamad عبدالباسط عبدالصمد Həfs ən AsimMujawwad
- Minshawi (Murattal) محمد صديق المنشاوي Həfs ən AsimMurattal
- As-Sudais عبدالرحمن السديس Həfs ən AsimMurattal
- Abu Bakr ash-Shatri أبو بكر الشاطري Həfs ən AsimMurattal