Məzmuna keç
Ayə-ayə

Surə haqqında

Cinn surəsi Quranda 72 nömrəli surədir, Məkki kimi təsnif olunur və 28 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 572.

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

  1. قُلۡ أُوحِيَ إِلَيَّ أَنَّهُ ٱسۡتَمَعَ نَفَرٞ مِّنَ ٱلۡجِنِّ فَقَالُوٓاْ إِنَّا سَمِعۡنَا قُرۡءَانًا عَجَبٗا

    (Ey Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran eşitdik!

  2. يَهۡدِيٓ إِلَى ٱلرُّشۡدِ فَـَٔامَنَّا بِهِۦۖ وَلَن نُّشۡرِكَ بِرَبِّنَآ أَحَدٗا

    O, doğru yola yönəldir. Biz ona iman gətirdik və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.

  3. وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةٗ وَلَا وَلَدٗا

    Doğrudan da, Rəbbimizin əzəməti çox ucadır. O Özünə nə bir zövcə, nə də bir övlad götürmüşdür.

  4. وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطٗا

    Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz yalan danışırmış.

  5. وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَى ٱللَّهِ كَذِبٗا

    Biz isə insanların və cinlərin Allah barəsində əsla yalan söyləməyəcəklərini zənn edirdik.

  6. وَأَنَّهُۥ كَانَ رِجَالٞ مِّنَ ٱلۡإِنسِ يَعُوذُونَ بِرِجَالٖ مِّنَ ٱلۡجِنِّ فَزَادُوهُمۡ رَهَقٗا

    Həqiqətən, insanlardan bəziləri (cahiliyyət dövründə) cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.

  7. وَأَنَّهُمۡ ظَنُّواْ كَمَا ظَنَنتُمۡ أَن لَّن يَبۡعَثَ ٱللَّهُ أَحَدٗا

    (Ey cinlər!) Onlar (insan) da siz zənn etdiyiniz kimi, Allah heç kəsi (öldükdən sonra yenidən) diriltməyəcəyini zənn edirdilər.

  8. وَأَنَّا لَمَسۡنَا ٱلسَّمَآءَ فَوَجَدۡنَٰهَا مُلِئَتۡ حَرَسٗا شَدِيدٗا وَشُهُبٗا

    Biz səmaya qalxdıqda onun (mələklərdən ibarət) sərt gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.

  9. وَأَنَّا كُنَّا نَقۡعُدُ مِنۡهَا مَقَٰعِدَ لِلسَّمۡعِۖ فَمَن يَسۡتَمِعِ ٱلۡأٓنَ يَجِدۡ لَهُۥ شِهَابٗا رَّصَدٗا

    Halbuki (daha öncə) biz (mələklərin söhbətini) dinləmək üçün göyün bəzi yerlərində otururduq. Amma indi kim (onları) dinləmək istəsə, o, pusquda gözləyən yandırıb-yaxan ulduza rast gələr.

  10. وَأَنَّا لَا نَدۡرِيٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِي ٱلۡأَرۡضِ أَمۡ أَرَادَ بِهِمۡ رَبُّهُمۡ رَشَدٗا

    Biz bilmirik (mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə), yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?

  11. وَأَنَّا مِنَّا ٱلصَّٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَۖ كُنَّا طَرَآئِقَ قِدَدٗا

    Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar kimi olmayanları da var. Biz ayrı-ayrı yollar tutmuşuq.

  12. وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعۡجِزَ ٱللَّهَ فِي ٱلۡأَرۡضِ وَلَن نُّعۡجِزَهُۥ هَرَبٗا

    Biz yer üzündə Allahı aciz buraxmayacağımızı və qaçaraq da Ondan canımızı qurtara bilməyəcəyimizi anladıq.

  13. وَأَنَّا لَمَّا سَمِعۡنَا ٱلۡهُدَىٰٓ ءَامَنَّا بِهِۦۖ فَمَن يُؤۡمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخۡسٗا وَلَا رَهَقٗا

    Biz doğru yolu göstərən rəhbəri (Quranı) eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən kəs, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxar.

  14. وَأَنَّا مِنَّا ٱلۡمُسۡلِمُونَ وَمِنَّا ٱلۡقَٰسِطُونَۖ فَمَنۡ أَسۡلَمَ فَأُوْلَٰٓئِكَ تَحَرَّوۡاْ رَشَدٗا

    Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) azanlar da. Müsəlman olanlar doğru yolu axtaranlardır.

  15. وَأَمَّا ٱلۡقَٰسِطُونَ فَكَانُواْ لِجَهَنَّمَ حَطَبٗا

    (Doğru yoldan) azanlar Cəhənnəm üçün odun olacaqlar”.

  16. وَأَلَّوِ ٱسۡتَقَٰمُواْ عَلَى ٱلطَّرِيقَةِ لَأَسۡقَيۡنَٰهُم مَّآءً غَدَقٗا

    Əgər onlar (Məkkə müşrikləri) o yolda sabit olsaydılar, Biz onlara bol-bol su verərdik.

  17. لِّنَفۡتِنَهُمۡ فِيهِۚ وَمَن يُعۡرِضۡ عَن ذِكۡرِ رَبِّهِۦ يَسۡلُكۡهُ عَذَابٗا صَعَدٗا

    Onları bununla (bu nemətlə) imtahana çəkmək üçün etdik. Kim Rəbbinin zikrindən üz döndərərsə, (Allah) onu məşəqqətli bir əzaba məruz qoyar.

  18. وَأَنَّ ٱلۡمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدۡعُواْ مَعَ ٱللَّهِ أَحَدٗا

    Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!

  19. وَأَنَّهُۥ لَمَّا قَامَ عَبۡدُ ٱللَّهِ يَدۡعُوهُ كَادُواْ يَكُونُونَ عَلَيۡهِ لِبَدٗا

    Allahın qulu (Muhamməd) Allaha ibadət etmək üçün (namaz qılmağa) qalxdıqda (cinlər Quranı dinləmək üçün) az qala onun ətrafında bir-birinə üstünə topalaşırdılar.

  20. قُلۡ إِنَّمَآ أَدۡعُواْ رَبِّي وَلَآ أُشۡرِكُ بِهِۦٓ أَحَدٗا

    (Ey Peyğəmbər!) De: “Mən yalnız öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!”

  21. قُلۡ إِنِّي لَآ أَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا رَشَدٗا

    De: “Mən sizə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm!”

  22. قُلۡ إِنِّي لَن يُجِيرَنِي مِنَ ٱللَّهِ أَحَدٞ وَلَنۡ أَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدًا

    De: “Məni Allahdan (Allahın əzabından) heç kəs xilas edə bilməz və mən Ondan başqa bir sığınacaq tapa bilmərəm!

  23. إِلَّا بَلَٰغٗا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦۚ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا

    (Edə biləcəyim) ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu vardır”.

  24. حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ فَسَيَعۡلَمُونَ مَنۡ أَضۡعَفُ نَاصِرٗا وَأَقَلُّ عَدَدٗا

    Onlar özlərinə vəd olunduqlarını (Qiyamət əzabını) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.

  25. قُلۡ إِنۡ أَدۡرِيٓ أَقَرِيبٞ مَّا تُوعَدُونَ أَمۡ يَجۡعَلُ لَهُۥ رَبِّيٓ أَمَدًا

    De: “Mən sizə vəd olunanın (Qiyamətin) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etdiyini bilmirəm.

  26. عَٰلِمُ ٱلۡغَيۡبِ فَلَا يُظۡهِرُ عَلَىٰ غَيۡبِهِۦٓ أَحَدًا

    O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz;

  27. إِلَّا مَنِ ٱرۡتَضَىٰ مِن رَّسُولٖ فَإِنَّهُۥ يَسۡلُكُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦ رَصَدٗا

    yalnız razı qaldığı elçidən başqa. Allah onun önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyur ki,

  28. لِّيَعۡلَمَ أَن قَدۡ أَبۡلَغُواْ رِسَٰلَٰتِ رَبِّهِمۡ وَأَحَاطَ بِمَا لَدَيۡهِمۡ وَأَحۡصَىٰ كُلَّ شَيۡءٍ عَدَدَۢا

    (Peyğəmbərlərinin), Rəbbinin göndərdiklərini (necə) təbliğ etdiyini bilsin. Allah onların etdiklərini ehtiva etmişdir və hər şeyi ayrı-ayrılıqda hesaba almışdır”.

0/28
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Cinn 0:00 0:00

Müshəfdə Cinn surəsi

Nazil olması
Məkki
Cüz
29
Söz sayı
285
Mədinə müshəfi (604 səhifə)
572-573
İndoPak müshəfi (610 səhifə)
573-576
Nəsx müshəfi (612 səhifə)
574-577

Cinn surəsi haqqında suallar

Cinn surəsi neçə ayədir?

Cinn surəsi 28 ayədən ibarətdir. Quranda 114 surədən 72 nömrəlisidir.

Cinn surəsi hansı cüzdədir?

Cinn surəsi: cüz 29 (30 cüzdən).

Cinn surəsi Məkki, yoxsa Mədəni surədir?

Cinn surəsi Məkki kimi təsnif olunur.

Cinn surəsi hansı səhifədədir?

Cinn surəsi Mədinə müshəfində (604 səhifə): 572-573. İndoPak müshəfində (610 səhifə): 573-576. Nəsx müshəfində (612 səhifə): 574-577.

Cinn surəsi neçə sözdən ibarətdir?

Cinn surəsi: 285 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.

Cinn surəsi neçə ərəb hərfindən ibarətdir?

Cinn surəsi: 1,095 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Cinn surəsi Quranda harada yerləşir?

Cinn surəsi Quranın 6,236 ayəsi içərisində 5,448 nömrəli ayədən 5,475 nömrəli ayəyə qədər uzanır.

Cinn surəsində səcdə ayəsi varmı?

Xeyr. Cinn surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.

Cinn surəsi dinlənilə bilərmi?

Bəli. Cinn surəsinin 28 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Cinn surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 28 ayə və 285 söz, həmin mətndən yaradılır.

Cinn surəsini dinlə

Quran qariləri

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play