Məzmuna keç

Əhqaf surəsi 46:15 الأحقاف

Bu, Əhqaf surəsinin 35 ayəsindən 15 nömrəli ayəsidir, Quranda 6236 ayədən 4525 nömrəlidir, cüz 26. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 504.

وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ إِحۡسَٰنًاۖ حَمَلَتۡهُ أُمُّهُۥ كُرۡهٗا وَوَضَعَتۡهُ كُرۡهٗاۖ وَحَمۡلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهۡرًاۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرۡبَعِينَ سَنَةٗ قَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَصۡلِحۡ لِي فِي ذُرِّيَّتِيٓۖ إِنِّي تُبۡتُ إِلَيۡكَ وَإِنِّي مِنَ ٱلۡمُسۡلِمِينَ

Biz insana valideynlərinə yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) məşəqqətlə daşımış və məşəqqətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, o, kamillik həddinə yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın saleh əməlləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”

46:15 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Əhqaf surəsi
0/35
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Əhqaf 46:15 0:00 0:00 Oxundu, davam et

Təfsir · 46:15

Al-Mukhtasar

Biz insana ata-anasının qayğısına qalmağı, onlar həyatda ikən və vəfat etdikdən sonra şəriətə uyğun olaraq onlara yaxşılıq etməyi qəti şəkildə əmr etdik. Xüsusilə də, onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuş anısının qayğısına qalmağı. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, onun ağlı və bədəni yetkinlik çağına yetişib qırx yaşa çatdıqda, o deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükr etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, onu məndən qəbul et, övladlarımı da mənim üçün əməlisaleh et. Mən günahlarımın bağışlanmasına görə Sənə tövbə etdim. Mən, həqiqətən də, Sənə itaət edənlərdən və Sənin əmrlərinə təslim olanlardanam.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
26
Söz sayı
45
Mədinə müshəfi (604 səhifə)
504
İndoPak müshəfi (610 səhifə)
503
Nəsx müshəfi (612 səhifə)
504
Ayə 46:15 hansı surədədir?

Əhqaf surəsi (الأحقاف). Surə 46 / 114 · 35 ayə.

Ayə 46:15 hansı cüzdədir?

Cüz: 26.

Ayə 46:15 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 504 · İndoPak müshəfi (610 səhifə): 503 · Nəsx müshəfi (612 səhifə): 504.

Ayə 46:15 neçə sözdən ibarətdir?

Söz sayı: 45.

Ayə 46:15 neçə ərəb hərfindən ibarətdir?

Ayə 46:15: 186 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 46:15 Quranda harada yerləşir?

Ayə 46:15 Quranın 6,236 ayəsindən 4,525 nömrəlisidir.

Əhqaf surəsi neçə ayədir?

Əhqaf surəsi 35 ayədən ibarətdir. Quranda 114 surədən 46 nömrəlisidir.

Əhqaf surəsi Məkki, yoxsa Mədəni surədir?

Əhqaf surəsi Məkki kimi təsnif olunur.

Ayə 46:15 dinlənilə bilərmi?

Bəli. Ayə 46:15 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Əhqaf surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 35 ayə və 643 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play