Məzmuna keç

Ənam surəsi 6:119 الأنعام

Bu, Ənam surəsinin 165 ayəsindən 119 nömrəli ayəsidir, Quranda 6236 ayədən 908 nömrəlidir, cüz 8. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 143.

وَمَا لَكُمۡ أَلَّا تَأۡكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَقَدۡ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيۡكُمۡ إِلَّا مَا ٱضۡطُرِرۡتُمۡ إِلَيۡهِۗ وَإِنَّ كَثِيرٗا لَّيُضِلُّونَ بِأَهۡوَآئِهِم بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِٱلۡمُعۡتَدِينَ

Allah, məcburiyyət qarşısında qalaraq yeyəcəyiniz şeylər müstəsna olmaqla – haram buyurulanları təfsilatı ilə sizə bildirdiyi halda, üzərində Onun adı çəkilənlərdən (heyvanlardan) nə üçün yeməyəsiniz?! Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.

6:119 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Ənam surəsi
0/165
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Ənam 6:119 0:00 0:00 Oxundu, davam et

Təfsir · 6:119

Al-Mukhtasar

Ey Möminlər! Allah, – zərurət, qadağan olunan şeyləri halallaşdırır, qaydasına əsasən, məcburiyyət qarşısında zərurətdən yeyəcəyiniz şeylər istisna olmaqla – tərk etməniz vacib olan haram buyurulanları sizə bildirdiyi halda, üstündə Allahın adı çəkilənlərdən yeməyə sizə mane olan nədir? Şübhəsiz ki, müşriklərin əksəriyyəti cahilliklərinə görə yalnış düşüncələri səbəbindən, Allahın haram etdiyi ölmüş heyvanı və s. haramları halal edirlər və Allahın halal etdiyi bəhirəni (bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), saibəni (bu, müəyyən yaşa çatdıqdan sonra bütləri üçün nəzir edilən dişi dəvədir), vəsiləni (bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və hamı (bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir) və s. heyvanları haram edərək özlərinə tabe olanları doğru yoldan uzaqlaşdırırlar. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin, Allahın hədlərini aşanları yaxşı tanıyır və onlar hədlərini aşdıqlarına görə Allah onların cəzalarını verəcəkdir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
8
Söz sayı
30
Mədinə müshəfi (604 səhifə)
143
İndoPak müshəfi (610 səhifə)
143
Nəsx müshəfi (612 səhifə)
144
Ayə 6:119 hansı surədədir?

Ənam surəsi (الأنعام). Surə 6 / 114 · 165 ayə.

Ayə 6:119 hansı cüzdədir?

Cüz: 8.

Ayə 6:119 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 143 · İndoPak müshəfi (610 səhifə): 143 · Nəsx müshəfi (612 səhifə): 144.

Ayə 6:119 neçə sözdən ibarətdir?

Söz sayı: 30.

Ayə 6:119 neçə ərəb hərfindən ibarətdir?

Ayə 6:119: 116 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 6:119 Quranda harada yerləşir?

Ayə 6:119 Quranın 6,236 ayəsindən 908 nömrəlisidir.

Ənam surəsi neçə ayədir?

Ənam surəsi 165 ayədən ibarətdir. Quranda 114 surədən 6 nömrəlisidir.

Ənam surəsi Məkki, yoxsa Mədəni surədir?

Ənam surəsi Məkki kimi təsnif olunur.

Ayə 6:119 dinlənilə bilərmi?

Bəli. Ayə 6:119 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Ənam surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 165 ayə və 3,050 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play