Ənam surəsi 6:128 الأنعام
Bu, Ənam surəsinin 165 ayəsindən 128 nömrəli ayəsidir, Quranda 6236 ayədən 917 nömrəlidir, cüz 8. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 144.
وَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا يَٰمَعۡشَرَ ٱلۡجِنِّ قَدِ ٱسۡتَكۡثَرۡتُم مِّنَ ٱلۡإِنسِۖ وَقَالَ أَوۡلِيَآؤُهُم مِّنَ ٱلۡإِنسِ رَبَّنَا ٱسۡتَمۡتَعَ بَعۡضُنَا بِبَعۡضٖ وَبَلَغۡنَآ أَجَلَنَا ٱلَّذِيٓ أَجَّلۡتَ لَنَاۚ قَالَ ٱلنَّارُ مَثۡوَىٰكُمۡ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ
(Allah) onların hamısını (bir yerə) toplayacağı gün belə deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: “Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kimsələrdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir.
6:128 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 6:128
Al-Mukhtasar
Ey Peyğəmbər! Allah insanları və cinləri bir yerə toplayacağı gün onlara: "Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu azdırdınız və Allahın yolundan döndərdiniz"- deyəcəyini yadına sal. İnsanlardan onlara tabe olanlar isə Rəbbinə cavab olaraq deyəcəklər: "Ey Rəbbimiz! Bizdən hər biri digərimizdən faydalandıq. Cinlər insanların onlara itaət etməsindən ləzzət aldı, insanlar isə cinlərin onlara xidmət edib istədiklərini etdiklərinə görə cinlərdən faydalandılar və sonda bizim üçün müəyyən etdiyin vaxta, qiyamət gününə gəlib çatdıq". Allah deyəcək: "Qəbirlərindən dirilib Cəhənnəmə varid olma arasındakı Allahın istədiyi müddət müstəsna olmaqla od sizin əbədi qalacağınız yerdir". Allah yalnız bu müddət ərzində onların odda əbədi qalmayacaqlarını müstəsna etmişdir. Ey Peyğəmbər! Həqiqətən, Rəbbin hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir, qullarından xəbərdardır və onlardan kimin əzaba layiq olduğunu biləndir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 8
- Söz sayı
- 35
- Mədinə müshəfi (604 səhifə)
- 144
- İndoPak müshəfi (610 səhifə)
- 144
- Nəsx müshəfi (612 səhifə)
- 145
Ayə 6:128 hansı surədədir?
Ənam surəsi (الأنعام). Surə 6 / 114 · 165 ayə.
Ayə 6:128 hansı cüzdədir?
Cüz: 8.
Ayə 6:128 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 144 · İndoPak müshəfi (610 səhifə): 144 · Nəsx müshəfi (612 səhifə): 145.
Ayə 6:128 neçə sözdən ibarətdir?
Söz sayı: 35.
Ayə 6:128 neçə ərəb hərfindən ibarətdir?
Ayə 6:128: 149 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 6:128 Quranda harada yerləşir?
Ayə 6:128 Quranın 6,236 ayəsindən 917 nömrəlisidir.
Ənam surəsi neçə ayədir?
Ənam surəsi 165 ayədən ibarətdir. Quranda 114 surədən 6 nömrəlisidir.
Ənam surəsi Məkki, yoxsa Mədəni surədir?
Ənam surəsi Məkki kimi təsnif olunur.
Ayə 6:128 dinlənilə bilərmi?
Bəli. Ayə 6:128 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Ənam surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 165 ayə və 3,050 söz, həmin mətndən yaradılır.