Ənam surəsi 6:25 الأنعام
Bu, Ənam surəsinin 165 ayəsindən 25 nömrəli ayəsidir, Quranda 6236 ayədən 814 nömrəlidir, cüz 7. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 130.
وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَۖ وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۚ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٖ لَّا يُؤۡمِنُواْ بِهَاۖ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
Onlardan səni (oxuduğun Quranı) dinləyənlər də vardır. Fəqət onu anlamasınlar deyə onların qəlblərinə pərdələr çəkdik, qulaqlarına da ağırlıq verdik. Onlar hər cür möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta o kafirlər sənin yanına gəldikdə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərək səninlə höcətləşərlər.
6:25 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 6:25
Al-Mukhtasar
Ey Peyğəmbər! Müşriklərdən Quran oxuduğun zaman səni dinləyənlər də vardır. Lakin onların inadkarlıqları və üz çevirmələri səbəbindən Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da, haqqı eşidib faydalanmasınlar deyə tıxac vurduq. Elə buna görə də onlar eşitdikləri ayələrdən faydalana bilməzlər. Onlar istənilən açıq-aydın dəlilləri görsələr belə, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə haqq barədə batil ilə mübahisə edərək: "Bu gətirdiyin, keçmişdəkilərin kitablarından əldə olunan məlumatdan başqa bir şey deyildir"– deyərlər.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 7
- Söz sayı
- 32
- Mədinə müshəfi (604 səhifə)
- 130
- İndoPak müshəfi (610 səhifə)
- 130
- Nəsx müshəfi (612 səhifə)
- 131
Ayə 6:25 hansı surədədir?
Ənam surəsi (الأنعام). Surə 6 / 114 · 165 ayə.
Ayə 6:25 hansı cüzdədir?
Cüz: 7.
Ayə 6:25 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 130 · İndoPak müshəfi (610 səhifə): 130 · Nəsx müshəfi (612 səhifə): 131.
Ayə 6:25 neçə sözdən ibarətdir?
Söz sayı: 32.
Ayə 6:25 neçə ərəb hərfindən ibarətdir?
Ayə 6:25: 133 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 6:25 Quranda harada yerləşir?
Ayə 6:25 Quranın 6,236 ayəsindən 814 nömrəlisidir.
Ənam surəsi neçə ayədir?
Ənam surəsi 165 ayədən ibarətdir. Quranda 114 surədən 6 nömrəlisidir.
Ənam surəsi Məkki, yoxsa Mədəni surədir?
Ənam surəsi Məkki kimi təsnif olunur.
Ayə 6:25 dinlənilə bilərmi?
Bəli. Ayə 6:25 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Ənam surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 165 ayə və 3,050 söz, həmin mətndən yaradılır.