Məzmuna keç

Ənam surəsi 6:93 الأنعام

Bu, Ənam surəsinin 165 ayəsindən 93 nömrəli ayəsidir, Quranda 6236 ayədən 882 nömrəlidir, cüz 7. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 139.

وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمۡ يُوحَ إِلَيۡهِ شَيۡءٞ وَمَن قَالَ سَأُنزِلُ مِثۡلَ مَآ أَنزَلَ ٱللَّهُۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِي غَمَرَٰتِ ٱلۡمَوۡتِ وَٱلۡمَلَٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيۡدِيهِمۡ أَخۡرِجُوٓاْ أَنفُسَكُمُۖ ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ وَكُنتُمۡ عَنۡ ءَايَٰتِهِۦ تَسۡتَكۡبِرُونَ

Allaha qarşı yalan uydurandan və ya özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm ayağında olduqları zaman, mələklərin də əllərini uzadıb onlara: “Canınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!”– (dediklərini) bircə görəydin.

6:93 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Ənam surəsi
0/165
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Ənam 6:93 0:00 0:00 Oxundu, davam et

Təfsir · 6:93

Al-Mukhtasar

Allaha qarşı yalan uyduraraq: "Allah heç bir bəşərə bir şey nazil etməmişdir", yaxud Allah ona vəhy nazil etmədiyi bir halda yalandan: "Allah mənə də vəhy etmişdir"– söyləyəndən və yaxud: "Mən də Allahın Qurandan nazil etdiyinin bənzərini endirəcəyəm"– deyəndən daha zalım kimsə ola bilməz. Ey Peyğəmbər! O zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini onlara tərəf uzadıb onlara əzab verərək və onları vuraraq: "Canlarınızı çıxarın, biz onları götürəcəyik! Allaha qarşı yalan sözlər söylədiyinizə, peyğəmbərlik və vəhyin nazil olması iddia etdiyinizə, Allahın nazil etdiyinin bənzərini nazil etməyə qadir olduğunuza və Onun ayələrinə iman etməkdən təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı və zəlil edici əzabla cəzalandırılacaqsınız!"– dediklərini görsəydin sən çox dəhşətli bir hal görərdin.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
7
Söz sayı
49
Mədinə müshəfi (604 səhifə)
139
İndoPak müshəfi (610 səhifə)
139
Nəsx müshəfi (612 səhifə)
140
Ayə 6:93 hansı surədədir?

Ənam surəsi (الأنعام). Surə 6 / 114 · 165 ayə.

Ayə 6:93 hansı cüzdədir?

Cüz: 7.

Ayə 6:93 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 139 · İndoPak müshəfi (610 səhifə): 139 · Nəsx müshəfi (612 səhifə): 140.

Ayə 6:93 neçə sözdən ibarətdir?

Söz sayı: 49.

Ayə 6:93 neçə ərəb hərfindən ibarətdir?

Ayə 6:93: 199 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 6:93 Quranda harada yerləşir?

Ayə 6:93 Quranın 6,236 ayəsindən 882 nömrəlisidir.

Ənam surəsi neçə ayədir?

Ənam surəsi 165 ayədən ibarətdir. Quranda 114 surədən 6 nömrəlisidir.

Ənam surəsi Məkki, yoxsa Mədəni surədir?

Ənam surəsi Məkki kimi təsnif olunur.

Ayə 6:93 dinlənilə bilərmi?

Bəli. Ayə 6:93 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Ənam surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 165 ayə və 3,050 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play