Məzmuna keç

Bəqərə surəsi 2:213 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 213 nömrəli ayəsidir, Quranda 6236 ayədən 220 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 33.

كَانَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّـۧنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِيَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ فِيمَا ٱخۡتَلَفُواْ فِيهِۚ وَمَا ٱخۡتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ بَغۡيَۢا بَيۡنَهُمۡۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ لِمَا ٱخۡتَلَفُواْ فِيهِ مِنَ ٱلۡحَقِّ بِإِذۡنِهِۦۗ وَٱللَّهُ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٍ

İnsanlar tək bir ümmət idi. Allah (onlara) müjdə verən və (əzabla) qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanların ixtilafa düşdükləri şeylərə dair onların arasında hökm versin. Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı ədavət üzündən onun barəsində ixtilafa düşdülər. Allah isə Öz izni ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.

2:213 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:213 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:213

Al-Mukhtasar

Şeytanlar insanları azdırana qədər o insanlar ataları Adəmin dinində, haqq üzərində həmrəy olan tək bir ümmət idi. Sonra onlar, mömin və kafir olmaqla iki qismə bölündülər. Elə buna görə də Allah, iman və itaət əhlinə və Allahın onlar üçün hazırladığını müjdə verən, kafirləri isə Allahın onlar üçün hazırladığı şiddətli əzabla qorxudan peyğəmbərlər göndərdi və onlarla birlikdə içində heç bir şəkk-şübhə olmayan, yalnız haqq olan kitablar nazil etdi ki, insanlar arasında, onların ixtilafa düşdükləri şeylərə dair hökm versinlər. Halbuki Tövrat barədə yalnız özlərinə Tövratdan elm verilmiş yəhudilər özlərinə zülm edərək, onlara Tövratın haqq və Allah tərəfindən olmasına dair, həmçinin, Tövrat barədə ixtilaf etməyin caiz olmamasına dəlalət edən açıq-aydın dəlillər gəldikdən sonra ixtilafa düşdülər. Allah isə Öz izni və istəyi ilə möminləri doğru yolu azğınlıqdan ayırd etməyə müvəffəq etdi. Allah istədiyi kimsəni heç bir əyriliyi olmayan düz yola yönəldər. Bu da iman yoludur.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
2
Söz sayı
49
Mədinə müshəfi (604 səhifə)
33
İndoPak müshəfi (610 səhifə)
33
Nəsx müshəfi (612 səhifə)
34
Ayə 2:213 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:213 hansı cüzdədir?

Cüz: 2.

Ayə 2:213 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 33 · İndoPak müshəfi (610 səhifə): 33 · Nəsx müshəfi (612 səhifə): 34.

Ayə 2:213 neçə sözdən ibarətdir?

Söz sayı: 49.

Ayə 2:213 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:213: 211 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:213 Quranda harada yerləşir?

Ayə 2:213 Quranın 6,236 ayəsindən 220 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:213 dinlənilə bilərmi?

Bəli. Ayə 2:213 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play