Bəqərə surəsi 2:235 البقرة
Bu, Bəqərə surəsinin 286 ayəsindən 235 nömrəli ayəsidir, Quranda 6236 ayədən 242 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 38.
وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا عَرَّضۡتُم بِهِۦ مِنۡ خِطۡبَةِ ٱلنِّسَآءِ أَوۡ أَكۡنَنتُمۡ فِيٓ أَنفُسِكُمۡۚ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ سَتَذۡكُرُونَهُنَّ وَلَٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّآ أَن تَقُولُواْ قَوۡلٗا مَّعۡرُوفٗاۚ وَلَا تَعۡزِمُواْ عُقۡدَةَ ٱلنِّكَاحِ حَتَّىٰ يَبۡلُغَ ٱلۡكِتَٰبُ أَجَلَهُۥۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِيٓ أَنفُسِكُمۡ فَٱحۡذَرُوهُۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ
(İddə müddətini gözləyən) qadınlara elçi göndərmək istəyinizi üstüörtülü bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə sözləşməyin, onlara yalnız (şəriətə) müvafiq qayda üzrə söz deyin. Gözləmə müddəti başa çatanadək (onlarla) nikah bağlamayın. Bilin ki, Allah sizin könlünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah bağışlayandır, rəhmlidir!
2:235 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 2:235
Al-Mukhtasar
Əri ölmüş yaxud üç talaqdan sonra ərindən tam boşanmış, gözləmə müddətində olan qadınlara elçi göndərmək istəyinizi açıq-aydın deyil: "Gözləmə müddəti sona çatdıqda mənə xəbər edərsən" buna oxşar işarə ilə bildirməkdə sizə heç bir günah yoxdur. Həmçinin gözləmə müddətində olan qadınla, gözləmə müddəti bitdikdən sonra onunla evlənmək istəyinin qəlbinizdə olmasında sizə heç bir günah yoxdur. Siz onlara çox rəğbət etdiyiniz üçün, onları mütləq xatırlayacağınızı Allah bilir və elə buna görə də sizə bunu açıq-aydın deyil, işarə ilə bildirmənizə icazə vermişdir. Lakin onlar gözləmə müddətində olduqca, onlarla nikah bağlamaq üçün gizlicə vədələşməkdən çəkinin. Onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin, buda ki, onlara olan istəyinizi işarə ilə bildirməkdir. Gözləmə müddəti bitməyincəyə qədər onlarla nikah bağlamayın. Bilin ki, Allah sizin qəlblərinizdə, sizə halal va ya haram etdiyindən nələrin gizlin saxladığınızı bilir. Allahdan qorxun və Onun əmrinə müxalif olmayın! Bilin ki, Allah, Ona tövbə edən qullarının günahlarını bağışlayandır və həlimdir onlara əzab verməyə tələsməz.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 2
- Söz sayı
- 47
- Mədinə müshəfi (604 səhifə)
- 38
- İndoPak müshəfi (610 səhifə)
- 38
- Nəsx müshəfi (612 səhifə)
- 39
Ayə 2:235 hansı surədədir?
Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.
Ayə 2:235 hansı cüzdədir?
Cüz: 2.
Ayə 2:235 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 38 · İndoPak müshəfi (610 səhifə): 38 · Nəsx müshəfi (612 səhifə): 39.
Ayə 2:235 neçə sözdən ibarətdir?
Söz sayı: 47.
Ayə 2:235 neçə ərəb hərfindən ibarətdir?
Ayə 2:235: 199 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 2:235 Quranda harada yerləşir?
Ayə 2:235 Quranın 6,236 ayəsindən 242 nömrəlisidir.
Bəqərə surəsi neçə ayədir?
Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.
Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?
Bəqərə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 2:235 dinlənilə bilərmi?
Bəli. Ayə 2:235 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.