Məzmuna keç

Bəqərə surəsi 2:249 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 249 nömrəli ayəsidir, Quranda 6236 ayədən 256 nömrəlidir, cüz 2. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 41.

فَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ

Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla sınağa çəkəcəkdir. Kim ondan içsə, o məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdi. Talut və onunla birlikdə olan möminlər çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa qarşı vuruşmağa taqətimiz yoxdur”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstə olub ki, Allahın izni ilə çox saylı dəstəyə qalib gəlib!” Allah səbir edənlərlədir.

2:249 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:249 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:249

Al-Mukhtasar

Talut qoşunla birlikdə yurdundan çıxdıqda onlara dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir və döyüşdə mənimlə birgə olmasın. Kim ondan içməsə, o, məndəndir, döyüşdə mənimlə birgə ola bilər. Lakin məcbur olub bir ovuc miqdarında su içənə heç bir günah olmaz". Əsgərlərdən şiddətli susuzluğa səbr edən az bir qismi istisna olmaqla hamısı o çaydan su içdilər. Talut və onunla olan möminlər çayı birlikdə keçdikdən sonra əsgərlərindən bəziləri dedilər: "Bu gün bizim Calut və onun qoşunu ilə döyüşməyə gücümüz çatmayacaq". Bu zaman, qiyamət günü Allahla qarşılaşacaqlarına yəqin olanlar isə dedilər: "Neçə-neçə sayı az olan mömin dəstə Allahın izni və yardımı ilə sayı çox olan kafir dəstəyə qalib gəlmişdir! Qələbə çalmaq üçün əsas imandır, çoxluq deyildir. Allah səbr edən qulları ilə birgədir, onlara qüvvət verər və yardım edər".

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
2
Söz sayı
60
Mədinə müshəfi (604 səhifə)
41
İndoPak müshəfi (610 səhifə)
41
Nəsx müshəfi (612 səhifə)
42
Ayə 2:249 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:249 hansı cüzdədir?

Cüz: 2.

Ayə 2:249 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 41 · İndoPak müshəfi (610 səhifə): 41 · Nəsx müshəfi (612 səhifə): 42.

Ayə 2:249 neçə sözdən ibarətdir?

Söz sayı: 60.

Ayə 2:249 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:249: 240 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:249 Quranda harada yerləşir?

Ayə 2:249 Quranın 6,236 ayəsindən 256 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:249 dinlənilə bilərmi?

Bəli. Ayə 2:249 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play