Məzmuna keç

Bəqərə surəsi 2:253 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 253 nömrəli ayəsidir, Quranda 6236 ayədən 260 nömrəlidir, cüz 3. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 42.

۞ تِلۡكَ ٱلرُّسُلُ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۘ مِّنۡهُم مَّن كَلَّمَ ٱللَّهُۖ وَرَفَعَ بَعۡضَهُمۡ دَرَجَٰتٖۚ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعۡدِهِم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخۡتَلَفُواْ فَمِنۡهُم مَّنۡ ءَامَنَ وَمِنۡهُم مَّن كَفَرَۚ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلُواْ وَلَٰكِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ

Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Allah onlardan bəzisi ilə danışmış, bəzisini isə dərəcələrlə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edər.

2:253 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:253 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:253

Al-Mukhtasar

Biz sənə xəbər verdiyimiz elçilərin bəzilərini vəhy nazil etmə, tərəfdarlar və dərəcələr baxımından digərlərindən üstün etdik. Allah onlardan Musa - əleyhissalam - kimi bəzisi ilə danışmış və Muhamməd (sallallahu aleyhi və səlləm) kimi bəzisini isə yüksək dərəcələrə qaldırmışdir, çünki Allah onu, bütün bəşəriyyətə peyğəmbər göndərmiş, peyğəmbərliyə onunla da xitam vermiş və ümmətini isə bütün ümmətlərdən üstün edilmişdir. Biz Məryəm oğlu İsaya onun peyğəmbərliyinə dəlalət edən: ölüləri diriltmək, anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaltmaq kimi açıq-aydın möcüzələr verdik və Biz onu, Allahın əmrlərini yerinə yetirmək üçün Cəbrail - əleyhissalam - ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, peyğəmbərlərdən sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər və bu səbəbdən ayrılığa düşdülər. Onlardan kimisi Allaha iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah onların vuruşmamasını istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edər. İstədiyini rəhməti və lütfü ilə imana yönəldir, istədiyini isə ədaləti və hikməti ilə haqq yoldan azdırır.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
3
Söz sayı
52
Mədinə müshəfi (604 səhifə)
42
İndoPak müshəfi (610 səhifə)
42
Nəsx müshəfi (612 səhifə)
43
Ayə 2:253 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:253 hansı cüzdədir?

Cüz: 3.

Ayə 2:253 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 42 · İndoPak müshəfi (610 səhifə): 42 · Nəsx müshəfi (612 səhifə): 43.

Ayə 2:253 neçə sözdən ibarətdir?

Söz sayı: 52.

Ayə 2:253 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:253: 206 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:253 Quranda harada yerləşir?

Ayə 2:253 Quranın 6,236 ayəsindən 260 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:253 dinlənilə bilərmi?

Bəli. Ayə 2:253 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play