Məzmuna keç

Bəqərə surəsi 2:259 البقرة

Bu, Bəqərə surəsinin 286 ayəsindən 259 nömrəli ayəsidir, Quranda 6236 ayədən 266 nömrəlidir, cüz 3. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 43.

أَوۡ كَٱلَّذِي مَرَّ عَلَىٰ قَرۡيَةٖ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحۡيِۦ هَٰذِهِ ٱللَّهُ بَعۡدَ مَوۡتِهَاۖ فَأَمَاتَهُ ٱللَّهُ مِاْئَةَ عَامٖ ثُمَّ بَعَثَهُۥۖ قَالَ كَمۡ لَبِثۡتَۖ قَالَ لَبِثۡتُ يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۖ قَالَ بَل لَّبِثۡتَ مِاْئَةَ عَامٖ فَٱنظُرۡ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمۡ يَتَسَنَّهۡۖ وَٱنظُرۡ إِلَىٰ حِمَارِكَ وَلِنَجۡعَلَكَ ءَايَةٗ لِّلنَّاسِۖ وَٱنظُرۡ إِلَى ٱلۡعِظَامِ كَيۡفَ نُنشِزُهَا ثُمَّ نَكۡسُوهَا لَحۡمٗاۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعۡلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsəni (görmədinmi)? O demişdi: “Görəsən, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra dirildib: “Nə qədər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və içdiyinə bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Səni belə etdik ki, insanlar üçün bir dəlil olasan. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da, onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.

2:259 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Bəqərə surəsi
0/286
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Bəqərə 2:259 0:00 0:00 Oxundu, davam et

Təfsir · 2:259

Al-Mukhtasar

Yaxudda damları çökmüş, divarları uçulmuş, sakinləri həlak olub xarabalığa və susuz düzənliyə çevrilmiş bir kəndin yanından keçən kimsəni gördünmü? O kimsə təəccüblənərək demişdi: "Allah bu kəndin sakinləri öldükdən sonra onu necə dirildəcəkdir?". Allah onu yüz il müddətində ölü saxladı, sonra dirildib ondan: "Nə qədər ölü qaldın?"– deyə soruşdu. O: "Bir gün və ya bir gündən də az müddət ölü qaldım!"– deyə cavab verdi. Allah buyurdu: "Əksinə, sən tam yüz il ölü qaldın. Yediyinə və içdiyinə bax, bunlar xarab olmadan əvvəlki halında qaldı. Baxmayar ki, yemək-içmək tez bir zamanda xarab olur. Ölmüş uzunqulağına da bax! Biz səni insanlar üçün, onlar öldükdən sonra Allahın onları yenidən diriltməyə qadir olduğuna dəlalət edən açıq-aydın bir əlamət edəcəyik. Uzunqulağının dağılmış və bir-dirindən uzaq düşmüş sümüklərinə də bax, gör Biz onları necə qaldırır və necə bir-birinə birləşdirir, sonra da, onların üstünü necə ətlə örtürük və onu bir daha necə həyata qaytarırıq". O, buna şahid olub, həqiqət ona bəlli olduqda, bunu etiraf edərək: "Mən artıq, Allahın hər şeyə qadir olduğunu bildim­!"– dedi.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
3
Söz sayı
67
Mədinə müshəfi (604 səhifə)
43
İndoPak müshəfi (610 səhifə)
43
Nəsx müshəfi (612 səhifə)
44
Ayə 2:259 hansı surədədir?

Bəqərə surəsi (البقرة). Surə 2 / 114 · 286 ayə.

Ayə 2:259 hansı cüzdədir?

Cüz: 3.

Ayə 2:259 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 43 · İndoPak müshəfi (610 səhifə): 43 · Nəsx müshəfi (612 səhifə): 44.

Ayə 2:259 neçə sözdən ibarətdir?

Söz sayı: 67.

Ayə 2:259 neçə ərəb hərfindən ibarətdir?

Ayə 2:259: 249 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 2:259 Quranda harada yerləşir?

Ayə 2:259 Quranın 6,236 ayəsindən 266 nömrəlisidir.

Bəqərə surəsi neçə ayədir?

Bəqərə surəsi 286 ayədən ibarətdir. Quranda 114 surədən 2 nömrəlisidir.

Bəqərə surəsi Məkki, yoxsa Mədəni surədir?

Bəqərə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 2:259 dinlənilə bilərmi?

Bəli. Ayə 2:259 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Bəqərə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 286 ayə və 6,116 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play