Fəth surəsi 48:11 الفتح
Bu, Fəth surəsinin 29 ayəsindən 11 nömrəli ayəsidir, Quranda 6236 ayədən 4594 nömrəlidir, cüz 26. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 512.
سَيَقُولُ لَكَ ٱلۡمُخَلَّفُونَ مِنَ ٱلۡأَعۡرَابِ شَغَلَتۡنَآ أَمۡوَٰلُنَا وَأَهۡلُونَا فَٱسۡتَغۡفِرۡ لَنَاۚ يَقُولُونَ بِأَلۡسِنَتِهِم مَّا لَيۡسَ فِي قُلُوبِهِمۡۚ قُلۡ فَمَن يَمۡلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ بِكُمۡ ضَرًّا أَوۡ أَرَادَ بِكُمۡ نَفۡعَۢاۚ بَلۡ كَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرَۢا
(Ey Peyğəmbər! Hüdeybiyyə səfərindən) geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi (döyüşə getməkdən) yayındırdı. (Allahdan) bizim üçün bağışlanma dilə!”– deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır.
48:11 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 48:11
Al-Mukhtasar
Ey Peyğəmbər! Sən, Allahın, özlərinə səninlə bərabər Məkkəyə getməyi nəsib etmədiyi bədəviləri qınayarkən onlar sənə deyəcəklər: “Var-dövlətimizə nəzarət etmək və ailələrimizə baxmaq bizi səninlə birlikdə (döyüşə) getməkdən yayındırdı. Allahdan bizim günahlarımız üçün bağışlanma dilə!” Onlar qəlblərində olmayanı - Peyğəmbərin (səllallahu aleyhi və səlləm) onlar üçün bağışlanma diləməsini dilləri ilə deyirlər. Çünki onlar öz günahlarına görə tövbə etməmişlər. Onlara de: "Əgər Allah sizə bir xeyir vermək və ya bir zərər yetirmək istəsə, heç kəs Onun edəcəyi işin qarşısını ala bilməz." Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır, əməllərinizi nə qədər gizlətsəniz də, onlardan heç bir şey Allaha gizli qalmaz.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 26
- Söz sayı
- 37
- Mədinə müshəfi (604 səhifə)
- 512
- İndoPak müshəfi (610 səhifə)
- 512
- Nəsx müshəfi (612 səhifə)
- 513
Ayə 48:11 hansı surədədir?
Fəth surəsi (الفتح). Surə 48 / 114 · 29 ayə.
Ayə 48:11 hansı cüzdədir?
Cüz: 26.
Ayə 48:11 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 512 · İndoPak müshəfi (610 səhifə): 512 · Nəsx müshəfi (612 səhifə): 513.
Ayə 48:11 neçə sözdən ibarətdir?
Söz sayı: 37.
Ayə 48:11 neçə ərəb hərfindən ibarətdir?
Ayə 48:11: 150 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 48:11 Quranda harada yerləşir?
Ayə 48:11 Quranın 6,236 ayəsindən 4,594 nömrəlisidir.
Fəth surəsi neçə ayədir?
Fəth surəsi 29 ayədən ibarətdir. Quranda 114 surədən 48 nömrəlisidir.
Fəth surəsi Məkki, yoxsa Mədəni surədir?
Fəth surəsi Mədəni kimi təsnif olunur.
Ayə 48:11 dinlənilə bilərmi?
Bəli. Ayə 48:11 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Fəth surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 29 ayə və 560 söz, həmin mətndən yaradılır.