Həcc surəsi 22:30 الحج
Bu, Həcc surəsinin 78 ayəsindən 30 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2625 nömrəlidir, cüz 17. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 335.
ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيۡرٞ لَّهُۥ عِندَ رَبِّهِۦۗ وَأُحِلَّتۡ لَكُمُ ٱلۡأَنۡعَٰمُ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡۖ فَٱجۡتَنِبُواْ ٱلرِّجۡسَ مِنَ ٱلۡأَوۡثَٰنِ وَٱجۡتَنِبُواْ قَوۡلَ ٱلزُّورِ
Bu belədir, hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu) sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin;
22:30 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 22:30
Al-Mukhtasar
Sizə əmr edilənlər - başınızı qırxmaq, dırnaqlarınızı kəsmək, bədəninizi kirdən təmizləmək, özünüzə vacib etdiyiniz ibadətləri yerinə yetirmək və nəhayət Kəbə evini tavaf etmək - Uca Allahın sizə fərz buyurdugu hökmlərdir. Elə isə Allahın hökmlərinə hörmət və sayğı ilə yanaşın! Hər kim ehram libasında ikən Allahın haram buyurduqlarına hörmət edərək, Allahın qadağan etdiyi əməllərdən özünü qoruyub, saxlayarsa bu, Rəbbi yanında dünya və axirətdə onun üçün daha xeyirli olar. Ey İnsanlar! sizə, dəvə, inək və qoyun heyvanları halal edilmişdir. Uca Allah bu heyvanlardan sizə Hamidən (Bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir), Bəhirədən (Bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), Vəsiləndən (Bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və Quranda sizə oxunan leş və qandan başqa heç bir şey haram etməmişdir. Elə isə iyrənc və çirkin bütlərdən uzaq durun. Uca Allah adından və yaratdıqları adından yalan söyləməkdən və hər bir batil sözdən çəkinin.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 17
- Söz sayı
- 24
- Mədinə müshəfi (604 səhifə)
- 335
- İndoPak müshəfi (610 səhifə)
- 335
- Nəsx müshəfi (612 səhifə)
- 336
Ayə 22:30 hansı surədədir?
Həcc surəsi (الحج). Surə 22 / 114 · 78 ayə.
Ayə 22:30 hansı cüzdədir?
Cüz: 17.
Ayə 22:30 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 335 · İndoPak müshəfi (610 səhifə): 335 · Nəsx müshəfi (612 səhifə): 336.
Ayə 22:30 neçə sözdən ibarətdir?
Söz sayı: 24.
Ayə 22:30 neçə ərəb hərfindən ibarətdir?
Ayə 22:30: 97 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 22:30 Quranda harada yerləşir?
Ayə 22:30 Quranın 6,236 ayəsindən 2,625 nömrəlisidir.
Həcc surəsi neçə ayədir?
Həcc surəsi 78 ayədən ibarətdir. Quranda 114 surədən 22 nömrəlisidir.
Həcc surəsi Məkki, yoxsa Mədəni surədir?
Həcc surəsi Mədəni kimi təsnif olunur.
Ayə 22:30 dinlənilə bilərmi?
Bəli. Ayə 22:30 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Həcc surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 78 ayə və 1,274 söz, həmin mətndən yaradılır.