Məzmuna keç
Ayə-ayə

Surə haqqında

İnsan surəsi Quranda 76 nömrəli surədir, Mədəni kimi təsnif olunur və 31 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 578.

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

  1. هَلۡ أَتَىٰ عَلَى ٱلۡإِنسَٰنِ حِينٞ مِّنَ ٱلدَّهۡرِ لَمۡ يَكُن شَيۡـٔٗا مَّذۡكُورًا

    İnsanın üzərindən elə bir dövr ötüb keçmişdir ki, o, (həmin dövrdə məxluqat arasında) xatırlanmağa layiq bir şey olmamışdır!

  2. إِنَّا خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ أَمۡشَاجٖ نَّبۡتَلِيهِ فَجَعَلۡنَٰهُ سَمِيعَۢا بَصِيرًا

    Biz insanı qarışıq nütfədən yaradaraq, onu sınağa çəkmək üçün eşidən və görən etdik.

  3. إِنَّا هَدَيۡنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرٗا وَإِمَّا كَفُورًا

    Biz ona haqq yolu göstərdik! (Bundan sonra o,) istər şükür etsin, istər nankor olsun.

  4. إِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَلَٰسِلَاْ وَأَغۡلَٰلٗا وَسَعِيرًا

    Biz kafirlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.

  5. إِنَّ ٱلۡأَبۡرَارَ يَشۡرَبُونَ مِن كَأۡسٖ كَانَ مِزَاجُهَا كَافُورًا

    Yaxşı əməl sahibləri kafur qatılmış (şərabla dolu) badədən içəcəklər.

  6. عَيۡنٗا يَشۡرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفۡجِيرٗا

    O (kafur) elə bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onu istədikləri səmtə yönəldərlər.

  7. يُوفُونَ بِٱلنَّذۡرِ وَيَخَافُونَ يَوۡمٗا كَانَ شَرُّهُۥ مُسۡتَطِيرٗا

    Onlar vəd etdikləri nəziri yerinə yetirər və şəri hər tərəfə yayılacaq gündən (Qiyamət günündən) qorxarlar.

  8. وَيُطۡعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسۡكِينٗا وَيَتِيمٗا وَأَسِيرًا

    Özlərinin yeməyə olan istəyinə (ehtiyacına) rəğmən ondan miskinə, yetimə və əsirə yedizdirər

  9. إِنَّمَا نُطۡعِمُكُمۡ لِوَجۡهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمۡ جَزَآءٗ وَلَا شُكُورًا

    (və deyərlər:) “Biz sizi yalnız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedirdirik və sizdən nə bir qarşılıq, nə də bir təşəkkür istəyirik!

  10. إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوۡمًا عَبُوسٗا قَمۡطَرِيرٗا

    Biz, sərt və cətin bir gündə (Qiyamət günündə) Rəbbimizdən qorxuruq!”

  11. فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلۡيَوۡمِ وَلَقَّىٰهُمۡ نَضۡرَةٗ وَسُرُورٗا

    Allah onları o günün şərindən qoruyar və onlara (üzlərinə) nur, (qəlblərinə) sevinc bəxş edər,

  12. وَجَزَىٰهُم بِمَا صَبَرُواْ جَنَّةٗ وَحَرِيرٗا

    onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və (onları orada geyəcəkləri) ipəklə mükafatlandırar.

  13. مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۖ لَا يَرَوۡنَ فِيهَا شَمۡسٗا وَلَا زَمۡهَرِيرٗا

    Onlar orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də soyuq görəcəklər.

  14. وَدَانِيَةً عَلَيۡهِمۡ ظِلَٰلُهَا وَذُلِّلَتۡ قُطُوفُهَا تَذۡلِيلٗا

    (Cənnət ağaclarının) kölgələri onlara yaxınlaşacaq, meyvələri də onların ixtiyarına veriləcəkdir.

  15. وَيُطَافُ عَلَيۡهِم بِـَٔانِيَةٖ مِّن فِضَّةٖ وَأَكۡوَابٖ كَانَتۡ قَوَارِيرَا۠

    Onların ətrafına (təamlarla dolu) gümüşdən qablar və büllur qədəhlər dolandırılacaq.

  16. قَوَارِيرَاْ مِن فِضَّةٖ قَدَّرُوهَا تَقۡدِيرٗا

    Gümüşdən olan (şəffaflığından bayırından içərisi görünən) elə büllur qədəhlər ki, (Cənnətdəki xidmətçilər) onları (Cənnət əhlinin) içmək istədikləri həcmdə etmişlər.

  17. وَيُسۡقَوۡنَ فِيهَا كَأۡسٗا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا

    Onlara orada zəncəfil qatılmış (şərab) badəsi də içirdiləcəkdir.

  18. عَيۡنٗا فِيهَا تُسَمَّىٰ سَلۡسَبِيلٗا

    Oradakı Səlsəbil adlanan bir bulaqdan.

  19. ۞ وَيَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ إِذَا رَأَيۡتَهُمۡ حَسِبۡتَهُمۡ لُؤۡلُؤٗا مَّنثُورٗا

    Onların ətrafında həmişəcavan olan (xidmətçi) oğlanlar dolanacaqlar. Sən onları gördükdə (ətrafa) səpələnmiş mirvari olduqlarını sanarsan.

  20. وَإِذَا رَأَيۡتَ ثَمَّ رَأَيۡتَ نَعِيمٗا وَمُلۡكٗا كَبِيرًا

    (Cənnətdə) hara baxsan nemət və böyük bir mülk görərsən.

  21. عَٰلِيَهُمۡ ثِيَابُ سُندُسٍ خُضۡرٞ وَإِسۡتَبۡرَقٞۖ وَحُلُّوٓاْ أَسَاوِرَ مِن فِضَّةٖ وَسَقَىٰهُمۡ رَبُّهُمۡ شَرَابٗا طَهُورًا

    Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər taxılacaqdır. Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.

  22. إِنَّ هَٰذَا كَانَ لَكُمۡ جَزَآءٗ وَكَانَ سَعۡيُكُم مَّشۡكُورًا

    (Onlara belə deyiləcəkdir:) “Bu sizin mükafatınızdır. Səyiniz (Allah yanında) məqbuldur”.

  23. إِنَّا نَحۡنُ نَزَّلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ تَنزِيلٗا

    (Ey Peyğəmbər!) Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.

  24. فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تُطِعۡ مِنۡهُمۡ ءَاثِمًا أَوۡ كَفُورٗا

    Elə isə Rəbbinin hökmünə səbr et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!

  25. وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ بُكۡرَةٗ وَأَصِيلٗا

    Səhər-axşam Rəbbinin adını zikr et!

  26. وَمِنَ ٱلَّيۡلِ فَٱسۡجُدۡ لَهُۥ وَسَبِّحۡهُ لَيۡلٗا طَوِيلًا

    Gecənin bir hissəsində Ona səcdə et (məğrib və işa namazlarını qıl). Gecədə uzun müddət Onu təsbih et! (Təhəccüd namazı qıl!)

  27. إِنَّ هَٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلۡعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمۡ يَوۡمٗا ثَقِيلٗا

    Bunlar (Məkkə müşrikləri) keçici dünyanı sevir, qarşılarındakı ağır günə (qiyamət gününə) isə üz çevirərlər.

  28. نَّحۡنُ خَلَقۡنَٰهُمۡ وَشَدَدۡنَآ أَسۡرَهُمۡۖ وَإِذَا شِئۡنَا بَدَّلۡنَآ أَمۡثَٰلَهُمۡ تَبۡدِيلًا

    Onları Biz yaratdıq və xilqətlərini möhkəmlətdik (oynaqlarını və əzələlərini bir-birinə bağladıq). Əgər istəsəydik, (onları) özlərinə bənzərləri ilə əvəz edərdik.

  29. إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا

    Bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə Rəbbinə aparan bir yol tutar.

  30. وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا

    Allah (Ona aparan doğru yol tutmağı kiməsə) istəməyincə, siz (bunu özünüz üçün) istəyə bilməzsiniz! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

  31. يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّٰلِمِينَ أَعَدَّ لَهُمۡ عَذَابًا أَلِيمَۢا

    Allah istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə ağrılı-acılı bir əzab hazırlamışdır.

0/31
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy İnsan 0:00 0:00

Müshəfdə İnsan surəsi

Nazil olması
Mədəni
Cüz
29
Söz sayı
243
Mədinə müshəfi (604 səhifə)
578-580
İndoPak müshəfi (610 səhifə)
582-584
Nəsx müshəfi (612 səhifə)
583-585

İnsan surəsi haqqında suallar

İnsan surəsi neçə ayədir?

İnsan surəsi 31 ayədən ibarətdir. Quranda 114 surədən 76 nömrəlisidir.

İnsan surəsi hansı cüzdədir?

İnsan surəsi: cüz 29 (30 cüzdən).

İnsan surəsi Məkki, yoxsa Mədəni surədir?

İnsan surəsi Mədəni kimi təsnif olunur.

İnsan surəsi hansı səhifədədir?

İnsan surəsi Mədinə müshəfində (604 səhifə): 578-580. İndoPak müshəfində (610 səhifə): 582-584. Nəsx müshəfində (612 səhifə): 583-585.

İnsan surəsi neçə sözdən ibarətdir?

İnsan surəsi: 243 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.

İnsan surəsi neçə ərəb hərfindən ibarətdir?

İnsan surəsi: 1,078 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

İnsan surəsi Quranda harada yerləşir?

İnsan surəsi Quranın 6,236 ayəsi içərisində 5,592 nömrəli ayədən 5,622 nömrəli ayəyə qədər uzanır.

İnsan surəsində səcdə ayəsi varmı?

Xeyr. İnsan surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.

İnsan surəsi dinlənilə bilərmi?

Bəli. İnsan surəsinin 31 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

İnsan surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 31 ayə və 243 söz, həmin mətndən yaradılır.

İnsan surəsini dinlə

Quran qariləri

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play