Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
Surə haqqında
Qiyamə surəsi Quranda 75 nömrəli surədir, Məkki kimi təsnif olunur və 40 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 577.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ
And içirəm Qiyamət gününə!
وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ
And içirəm özünü qınayan nəfsə!
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ
Məgər insan (ölüb çürüdükdən sonra) onun sümüklərini bir yerə yığa bilməyəcəyimizimi zənn edir?!
بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ
Bəli, Biz onun barmaq uclarını da bərpa etməyə qadirik.
بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ
Lakin insan (bundan sonra da) günah etmək istəyər.
يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ
O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə (rişxəndlə) soruşur.
فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ
Göz bərələcəyi,
وَخَسَفَ ٱلۡقَمَرُ
ay tutulacağı
وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ
günəşlə ayın qovuşacağı zaman –
يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ
o gün insan: “Qaçacaq yer haradadır?”– deyəcəkdir.
كـَلَّا لَا وَزَرَ
Xeyr, (o gün) pənah aparılacaq yer olmayacaqdır.
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ
O gün qayıdış (ancaq) Rəbbinə olacaqdır.
يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ
O gün insana etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir.
بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ
Əslində, insan öz əleyhinə şahiddir.
وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ
Hər cür üzrxahlıq etsə də (fayda verməz)!
لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ
(Ey Peyğəmbər! Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ
Şübhəsiz ki, onu (qəlbində) cəm etmək və (dilində) oxutmaq Bizə aiddir.
فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ
Biz onu (Cəbrailin dili ilə) oxuduğumuz zaman sən onun oxunuşuna tabe ol.
ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ
Sonra onu bəyan etmək də Bizə aiddir.
كـَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ
Xeyr! Əksinə, siz tez ötüb keçəni (fani dünyanı) sevirsiniz.
وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ
Axirəti isə tərk edirsiniz.
وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ
O gün (bir çox) üzlər parlayacaq,
إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ
öz Rəbbinə baxacaqdır.
وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ
O gün (bir çox) üzlər də tutulub qaralacaq,
تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ
ona böyük bir müsibət üz verəcəyini zənn edəcəkdir.
كـَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ
Xeyr, (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;
وَقِيلَ مَنۡۜ رَاقٖ
“Kimdir ovsun edən?”– deyiləcək.
وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ
(Can verən kimsə dünya həyatından) ayrıldığını yəqin edəcəyi
وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ
ayaq ayağa dolaşacağı zaman –
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ
o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcək.
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ
O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ
Lakin (haqqı) yalan saydı və üz döndərdi.
ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ
Sonra da lovğa-lovğa ailəsinin yanına getdi.
أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ
Vay sənin halına, vay!
ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ
Sonra da vay sənin halına, vay!
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى
Yoxsa insan başlı-başına buraxılacağınımı güman edir?!
أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ
Məgər o, mənidən axıdılan bir damla nütfə deyildimi?
ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ
Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir surət verdi.
فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ
Ondan da biri kişi, biri qadın olmaqla iki cift yaratdı.
أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ
Məgər (bunları edən) Allah ölüləri diriltməyə qadir deyilmi?
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Müshəfdə Qiyamə surəsi
- Nazil olması
- Məkki
- Cüz
- 29
- Söz sayı
- 164
- Mədinə müshəfi (604 səhifə)
- 577-578
- İndoPak müshəfi (610 səhifə)
- 580-581
- Nəsx müshəfi (612 səhifə)
- 581-582
Qiyamə surəsi haqqında suallar
Qiyamə surəsi neçə ayədir?
Qiyamə surəsi 40 ayədən ibarətdir. Quranda 114 surədən 75 nömrəlisidir.
Qiyamə surəsi hansı cüzdədir?
Qiyamə surəsi: cüz 29 (30 cüzdən).
Qiyamə surəsi Məkki, yoxsa Mədəni surədir?
Qiyamə surəsi Məkki kimi təsnif olunur.
Qiyamə surəsi hansı səhifədədir?
Qiyamə surəsi Mədinə müshəfində (604 səhifə): 577-578. İndoPak müshəfində (610 səhifə): 580-581. Nəsx müshəfində (612 səhifə): 581-582.
Qiyamə surəsi neçə sözdən ibarətdir?
Qiyamə surəsi: 164 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.
Qiyamə surəsi neçə ərəb hərfindən ibarətdir?
Qiyamə surəsi: 671 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Qiyamə surəsi Quranda harada yerləşir?
Qiyamə surəsi Quranın 6,236 ayəsi içərisində 5,552 nömrəli ayədən 5,591 nömrəli ayəyə qədər uzanır.
Qiyamə surəsində səcdə ayəsi varmı?
Xeyr. Qiyamə surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.
Qiyamə surəsi dinlənilə bilərmi?
Bəli. Qiyamə surəsinin 40 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Qiyamə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 40 ayə və 164 söz, həmin mətndən yaradılır.
Qiyamə surəsini dinlə
- Mishary Alafasy مشاري العفاسي Həfs ən AsimMurattal
- AbdulBaset (Murattal) عبدالباسط عبدالصمد Həfs ən AsimMurattal
- AbdulBaset AbdulSamad عبدالباسط عبدالصمد Həfs ən AsimMujawwad
- Minshawi (Murattal) محمد صديق المنشاوي Həfs ən AsimMurattal
- As-Sudais عبدالرحمن السديس Həfs ən AsimMurattal
- Abu Bakr ash-Shatri أبو بكر الشاطري Həfs ən AsimMurattal