Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
Surə haqqında
Mürsəlat surəsi Quranda 77 nömrəli surədir, Məkki kimi təsnif olunur və 50 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 580.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا
And olsun bir-birinin ardınca göndərilənlərə (küləklərə, mələklərə yaxud peyğəmbərlərə)
فَٱلۡعَٰصِفَٰتِ عَصۡفٗا
və şiddətlə əsənlərə (küləklərə və ya mələklərə)!
وَٱلنَّٰشِرَٰتِ نَشۡرٗا
And olsun (Allahın əmrini) yaydıqca yayanlara,
فَٱلۡفَٰرِقَٰتِ فَرۡقٗا
(haqqı batildən) ayırdıqca ayıranlara
فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا
və zikri (peyğəmbərlərə) çatdıranlara –
عُذۡرًا أَوۡ نُذۡرًا
üzr diləmək və ya qorxutmaq üçün (çatdıranlara)!
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ
Sizə vəd edilən (Qiyamət) mütləq vaqe olacaqdır.
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ
Ulduzlar sönəcəyi zaman;
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ
Göy yarılacağı zaman;
وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ
Dağlar yerindən qoparılıb havada toz kimi uçacağı zaman;
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ
Elçilərə (ümmətlərinə şahidlik etmələri üçün) vaxt təyin ediləcəyi zaman
لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ
(Belə deyiləcəkdir:) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"
لِيَوۡمِ ٱلۡفَصۡلِ
(Cavabında deyiləcəkdir:) “(Haqqı batildən, xoşbəxti bədbəxtən) ayırd ediləcəyi günə qədər!”
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ
(Ey Peyğəmbər!) Sən nə bilirsən ayırd etmə günü nədir?!
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ
Məgər Biz əvvəlkiləri həlak etmədikmi?!
ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ
Sonra axırda gələnləri də onlara qatacağıq.
كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ
Biz günahkarlarla belə edərik.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ
(Ey insanlar!) Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ
Biz onu (nütfəni) möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ
Məlum bir vaxta qədər.
فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ
Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا
Məgər Biz yeri məskən etmədikmi –
أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا
dirilərə və ölülərə?
وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا
Biz orada möhkəm dayanan uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ
(Onlara belə deyiləcəkdir:) “Gedin (dünyada) yalan hesab etdiyinizə (Cəhənnəm əzabına)!
ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ
(Cəhənnəm tüstüsündən) üç qola ayrılan kölgəsinə gedin!”
لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ
Ora nə kölgə salar, nə də alovdan qoruyar.
إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ
O (Cəhənnəm) saray boyda qığılcımlar püskürər.
كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ
Sanki o (qığılcımlar) qara dəvələrdir.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ
Bu, onların (günahkarların) danışa bilməyəcəkləri (bir) gündür.
وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ
Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ
Bu (gün, haqqı batildən) ayırd etmə günüdür. (Ey kafirlər!) Biz həm sizi, həm də əvvəlkiləri (bir yerə) cəm etdik!
فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ
Əgər hiyləniz varsa, Mənə qarşı hiylə qurun!
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ
Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ
və iştahları çəkdiyi meyvələr içində olacaqlar.
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
(Onlara belə deyiləcəkdir:) “Etdiyiniz (saleh) əməllərinizə görə nuşcanlıqla yeyin-için!
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ
(Kafirlərə belə deyiləcəkdir:) “Yeyin və (dünyada) bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ
Onlara: “Rüku edin (namaz qılın)!”– deyildiyi zaman rüku etməzlər (namaz qılmazlar).
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ
Onlar bundan (Qurandan) sonra hansı sözə inanacaqlar?!
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Müshəfdə Mürsəlat surəsi
- Nazil olması
- Məkki
- Cüz
- 29
- Söz sayı
- 181
- Mədinə müshəfi (604 səhifə)
- 580-581
- İndoPak müshəfi (610 səhifə)
- 584-585
- Nəsx müshəfi (612 səhifə)
- 585-586
Mürsəlat surəsi haqqında suallar
Mürsəlat surəsi neçə ayədir?
Mürsəlat surəsi 50 ayədən ibarətdir. Quranda 114 surədən 77 nömrəlisidir.
Mürsəlat surəsi hansı cüzdədir?
Mürsəlat surəsi: cüz 29 (30 cüzdən).
Mürsəlat surəsi Məkki, yoxsa Mədəni surədir?
Mürsəlat surəsi Məkki kimi təsnif olunur.
Mürsəlat surəsi hansı səhifədədir?
Mürsəlat surəsi Mədinə müshəfində (604 səhifə): 580-581. İndoPak müshəfində (610 səhifə): 584-585. Nəsx müshəfində (612 səhifə): 585-586.
Mürsəlat surəsi neçə sözdən ibarətdir?
Mürsəlat surəsi: 181 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.
Mürsəlat surəsi neçə ərəb hərfindən ibarətdir?
Mürsəlat surəsi: 820 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Mürsəlat surəsi Quranda harada yerləşir?
Mürsəlat surəsi Quranın 6,236 ayəsi içərisində 5,623 nömrəli ayədən 5,672 nömrəli ayəyə qədər uzanır.
Mürsəlat surəsində səcdə ayəsi varmı?
Xeyr. Mürsəlat surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.
Mürsəlat surəsi dinlənilə bilərmi?
Bəli. Mürsəlat surəsinin 50 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Mürsəlat surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 50 ayə və 181 söz, həmin mətndən yaradılır.
Mürsəlat surəsini dinlə
- Mishary Alafasy مشاري العفاسي Həfs ən AsimMurattal
- AbdulBaset (Murattal) عبدالباسط عبدالصمد Həfs ən AsimMurattal
- AbdulBaset AbdulSamad عبدالباسط عبدالصمد Həfs ən AsimMujawwad
- Minshawi (Murattal) محمد صديق المنشاوي Həfs ən AsimMurattal
- As-Sudais عبدالرحمن السديس Həfs ən AsimMurattal
- Abu Bakr ash-Shatri أبو بكر الشاطري Həfs ən AsimMurattal