Məzmuna keç

Maidə surəsi 5:110 المائدة

Bu, Maidə surəsinin 120 ayəsindən 110 nömrəli ayəsidir, Quranda 6236 ayədən 779 nömrəlidir, cüz 7. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 126.

إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ بِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡ كَفَفۡتُ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ

O zaman Allah buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldiyin zaman, onlardan kafir olanları: “Bu, ancaq açıq-aydın bir sehrdir”– dedikdə (və səni öldürmək istədikdə,) Mən onları səndən dəf etmişdim.

5:110 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Maidə surəsi
0/120
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Maidə 5:110 0:00 0:00 Oxundu, davam et

Təfsir · 5:110

Al-Mukhtasar

Bir zaman Allah İsaya - əleyhissalam - xitab edərək belə dediyini xatırla: "Ey Məryəm oğlu İsa! Mən səni atasız xəlq etdiyim zaman sənə olan və anan Məryəmi - əleyhissalam - seçib öz dövründəki bütün qadınlardan üstün etdiyim nemətimi xatırla! Səni o zaman Cəbrail - əleyhissalam - vasitəsi ilə qüvvətləndirərək sənə bəxş etdiyim nemətimi xatırla! Sən həm - südəmər ikən - insanları Allaha dəvət edərək, həm də yetkin çağında səni onlara göndərdiyim dini danışırdın. Allahın sənə yazmağı, Musaya - əleyhissalam -nazil etdiyi Tövratı, sənə nazil edilən İncili, sənə şəriətin sirlərini, faydalarını və hikmətlərini öyrətməsi sənə olan nemətindəndir. Sənin palçıqdan quşa bənzər bir şey düzəldib sonra ona üfürüb onun quş olması, anadangəlmə kora, cüzam xəstəliyinə tutulanı dərisini sağaldıb şəfa verməyin və ölülərin dirilməsi üçün Allaha dua etdərək onları diriltməyin sənə olan nemətimdəndir. Bunların hamısı Mənim iznimlədir. Sən İsrail oğullarının yanına açıq-aydın möcüzələrlə gəldikdə onların səni öldürmək istədikləri zaman Allahın səni onlardan qoruması Onun sənə olan nemətindəndir. Onlar isə bunu inkar edərək: "İsanın gətirdiyi açıq-aydın sehrdən başqa bir şey deyildir"- demişdilər.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
7
Söz sayı
63
Mədinə müshəfi (604 səhifə)
126
İndoPak müshəfi (610 səhifə)
126
Nəsx müshəfi (612 səhifə)
127
Ayə 5:110 hansı surədədir?

Maidə surəsi (المائدة). Surə 5 / 114 · 120 ayə.

Ayə 5:110 hansı cüzdədir?

Cüz: 7.

Ayə 5:110 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 126 · İndoPak müshəfi (610 səhifə): 126 · Nəsx müshəfi (612 səhifə): 127.

Ayə 5:110 neçə sözdən ibarətdir?

Söz sayı: 63.

Ayə 5:110 neçə ərəb hərfindən ibarətdir?

Ayə 5:110: 275 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 5:110 Quranda harada yerləşir?

Ayə 5:110 Quranın 6,236 ayəsindən 779 nömrəlisidir.

Maidə surəsi neçə ayədir?

Maidə surəsi 120 ayədən ibarətdir. Quranda 114 surədən 5 nömrəlisidir.

Maidə surəsi Məkki, yoxsa Mədəni surədir?

Maidə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 5:110 dinlənilə bilərmi?

Bəli. Ayə 5:110 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Maidə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 120 ayə və 2,804 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play