Məzmuna keç

Maidə surəsi 5:41 المائدة

Bu, Maidə surəsinin 120 ayəsindən 41 nömrəli ayəsidir, Quranda 6236 ayədən 710 nömrəlidir, cüz 6. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 114.

۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحۡزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِي ٱلۡكُفۡرِ مِنَ ٱلَّذِينَ قَالُوٓاْ ءَامَنَّا بِأَفۡوَٰهِهِمۡ وَلَمۡ تُؤۡمِن قُلُوبُهُمۡۛ وَمِنَ ٱلَّذِينَ هَادُواْۛ سَمَّٰعُونَ لِلۡكَذِبِ سَمَّٰعُونَ لِقَوۡمٍ ءَاخَرِينَ لَمۡ يَأۡتُوكَۖ يُحَرِّفُونَ ٱلۡكَلِمَ مِنۢ بَعۡدِ مَوَاضِعِهِۦۖ يَقُولُونَ إِنۡ أُوتِيتُمۡ هَٰذَا فَخُذُوهُ وَإِن لَّمۡ تُؤۡتَوۡهُ فَٱحۡذَرُواْۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتۡنَتَهُۥ فَلَن تَمۡلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيۡـًٔاۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَمۡ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمۡۚ لَهُمۡ فِي ٱلدُّنۡيَا خِزۡيٞۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٞ

Ey Rəsul! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”– deyən kimsələrdən və yəhudilərdən küfrə can atanların (halı) səni kədərləndirməsin. Onlar yalanı həvəslə dinləyir, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asırlar. Bunlar haqqı bildikdən sonra kəlmələrin yerlərini dəyişdirib (onlara) deyirlər: “Əgər sizə bu (dəyişdirilən hökm) verilsə, onu götürün. Yox əgər o verilməsə, (ondan) çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar, Allahın, qəlblərini təmizləmək istəmədiy kimsələrdir. Onlar üçün dünyada rəzillik, axirətdə isə böyük bir əzab vardır.

5:41 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Maidə surəsi
0/120
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Maidə 5:41 0:00 0:00 Oxundu, davam et

Təfsir · 5:41

Al-Mukhtasar

Ey Peyğəmbər! Qəlblərində küfrü gizlədib, zahirdə isə özlərinin iman gətirdiklərini göstərərək, səni qəzəbləndirmək üçün küfr əməllər etməyə can atan münafiqlərin və yəhudilərdən öz böyüklərindən yalanı dinləyib, bunu qəbul edib, sənə üz çevirərək sənin yanına gəlməyən başçılarına təqlid edənlərin halı səni kədərləndirməsin. Onlar Tövratdakı Allahın kəlamının öz havalarına uyğun olaraq dəyişdirib onlara tabe olanlara deyirlər: "Əgər Muhəmmədin hökmü sizin istəyinizə müvafiq olsa, ona tabe olun. Yox əgər istəyinizə müvafiq olmasa, ondan çəkinin!" Ey Peyğəmbər! Allah insanlardan kimi azdırmaq istərsə, sən kiminsə onu azğınlıqdan çıxarıb, haqq yoluna yönəldən tapa bilməzsən. Yəhudilərdən və münafiqlərdən bu sifətlərə sahib kimsələr, məhz Allah onların qəlblərini küfrdən təmizləmək istəmədiyi kimsələrdir. Onlar üçün dünyada rəzillik və ar, axirətdə isə böyük bir əzab, cəhənnəm əzabı vardır.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
6
Söz sayı
67
Mədinə müshəfi (604 səhifə)
114
İndoPak müshəfi (610 səhifə)
114
Nəsx müshəfi (612 səhifə)
115
Ayə 5:41 hansı surədədir?

Maidə surəsi (المائدة). Surə 5 / 114 · 120 ayə.

Ayə 5:41 hansı cüzdədir?

Cüz: 6.

Ayə 5:41 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 114 · İndoPak müshəfi (610 səhifə): 114 · Nəsx müshəfi (612 səhifə): 115.

Ayə 5:41 neçə sözdən ibarətdir?

Söz sayı: 67.

Ayə 5:41 neçə ərəb hərfindən ibarətdir?

Ayə 5:41: 278 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 5:41 Quranda harada yerləşir?

Ayə 5:41 Quranın 6,236 ayəsindən 710 nömrəlisidir.

Maidə surəsi neçə ayədir?

Maidə surəsi 120 ayədən ibarətdir. Quranda 114 surədən 5 nömrəlisidir.

Maidə surəsi Məkki, yoxsa Mədəni surədir?

Maidə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 5:41 dinlənilə bilərmi?

Bəli. Ayə 5:41 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Maidə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 120 ayə və 2,804 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play