Məzmuna keç

Maidə surəsi 5:54 المائدة

Bu, Maidə surəsinin 120 ayəsindən 54 nömrəli ayəsidir, Quranda 6236 ayədən 723 nömrəlidir, cüz 6. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 117.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَن يَرۡتَدَّ مِنكُمۡ عَن دِينِهِۦ فَسَوۡفَ يَأۡتِي ٱللَّهُ بِقَوۡمٖ يُحِبُّهُمۡ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلۡكَٰفِرِينَ يُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوۡمَةَ لَآئِمٖۚ ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ

Ey iman gətirənlər! Sizlərdən kim dinindən dönərsə, (bilsin ki), Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan bir camaat gətirər. Onlar Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allahın lütfü genişdir, O (hər şeyi) biləndir.

5:54 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Maidə surəsi
0/120
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Maidə 5:54 0:00 0:00 Oxundu, davam et

Təfsir · 5:54

Al-Mukhtasar

Ey iman gətirənlər! Sizlərdən kim dinindən dönüb, küfrə qayıdarsa, bilsin ki, Allah onların əvəzinə dinlərində sabitqədəm olduqlarına görə, Allah onları, onlar da Allahı sevən, möminlərə qarşı mərhəmətli, kafirlərə qarşı isə çox şiddətli olan, Allahın kəlməsi uca oldun deyə Allah yolunda malları və canları ilə cihad edən və Allahın razılığını bütün məxluqatın razılığından önə çəkdiyi üçün tənə edənin tənəsindən qorxmayan bir qövüm gətirər. Bu, Allahın qullarından istədiynə bəxş etdiyi bir ətasıdır. Allah geniş lütf və ehsan sahibidir. Allah kimin Onun lütfünə layiq olduğunu bilib, ona Öz lütfündən bəxş edər, kim də buna layiq olmazsa, onu Öz lütfündən məhrum edər.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
6
Söz sayı
37
Mədinə müshəfi (604 səhifə)
117
İndoPak müshəfi (610 səhifə)
117
Nəsx müshəfi (612 səhifə)
118
Ayə 5:54 hansı surədədir?

Maidə surəsi (المائدة). Surə 5 / 114 · 120 ayə.

Ayə 5:54 hansı cüzdədir?

Cüz: 6.

Ayə 5:54 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 117 · İndoPak müshəfi (610 səhifə): 117 · Nəsx müshəfi (612 səhifə): 118.

Ayə 5:54 neçə sözdən ibarətdir?

Söz sayı: 37.

Ayə 5:54 neçə ərəb hərfindən ibarətdir?

Ayə 5:54: 155 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 5:54 Quranda harada yerləşir?

Ayə 5:54 Quranın 6,236 ayəsindən 723 nömrəlisidir.

Maidə surəsi neçə ayədir?

Maidə surəsi 120 ayədən ibarətdir. Quranda 114 surədən 5 nömrəlisidir.

Maidə surəsi Məkki, yoxsa Mədəni surədir?

Maidə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 5:54 dinlənilə bilərmi?

Bəli. Ayə 5:54 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Maidə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 120 ayə və 2,804 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play