Maidə surəsi 5:6 المائدة
Bu, Maidə surəsinin 120 ayəsindən 6 nömrəli ayəsidir, Quranda 6236 ayədən 675 nömrəlidir, cüz 6. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 108.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قُمۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ فَٱغۡسِلُواْ وُجُوهَكُمۡ وَأَيۡدِيَكُمۡ إِلَى ٱلۡمَرَافِقِ وَٱمۡسَحُواْ بِرُءُوسِكُمۡ وَأَرۡجُلَكُمۡ إِلَى ٱلۡكَعۡبَيۡنِۚ وَإِن كُنتُمۡ جُنُبٗا فَٱطَّهَّرُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُم مِّنۡهُۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجۡعَلَ عَلَيۡكُم مِّنۡ حَرَجٖ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمۡ وَلِيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
Ey iman gətirənlər! Namaza qalxdığınız zaman üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınızı da topuqlara qədər yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, fəqət O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.
5:6 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 5:6
Al-Mukhtasar
Ey iman gətirənlər! Namaz qılmaq üçün ayağa qalxmaq istədikdə, dəstəmazsız olsanız, üzünüzü və dirsəklərlə birgə əllərinizi yuyun, başınıza məsh çəkin və baldır sümükləri ilə pəncə sümüklərinin birləşdiyi yerdə yanlara çıxan iki oynaqla birgə ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə olsanız, qüsl etmə səbəbindən xəstəliyin artmasından və ya şəfanın gecikməsindən qorxsanız yaxud sağlam ikən səfərdə olsanız, yaxud sizlərdən biri ayaqyolundan gəldiyi üçün dəstəmazı və ya qadınlarla yaxınlıq etdiyinə görə qüslu olmazsa, təmizlənmək üçün su axtardıqdan sonra tapmasanız, təmiz torpaqla təyəmmüm edin və əllərinizi yerə vurun ondan üzünüzə və əllərinizə sürtün. Allah, sizin sudan istifadə edib səhhətinizə zərər yerirərək sizə şəri hökmlərində çətinliyə salmaq istəməz. Xəstəlik üzündən və ya su tapılmadığından sizə suyu əvəz edən torpaqla təyəmmüm etmənizə icazə verməsi, Allahın sizə olan nemətinin tamamlığındandır ki, bəlkə Allahın sizə olan nemətinə şükür edib, inkar etməyəsiniz.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 6
- Söz sayı
- 61
- Mədinə müshəfi (604 səhifə)
- 108
- İndoPak müshəfi (610 səhifə)
- 108
- Nəsx müshəfi (612 səhifə)
- 109
Ayə 5:6 hansı surədədir?
Maidə surəsi (المائدة). Surə 5 / 114 · 120 ayə.
Ayə 5:6 hansı cüzdədir?
Cüz: 6.
Ayə 5:6 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 108 · İndoPak müshəfi (610 səhifə): 108 · Nəsx müshəfi (612 səhifə): 109.
Ayə 5:6 neçə sözdən ibarətdir?
Söz sayı: 61.
Ayə 5:6 neçə ərəb hərfindən ibarətdir?
Ayə 5:6: 280 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 5:6 Quranda harada yerləşir?
Ayə 5:6 Quranın 6,236 ayəsindən 675 nömrəlisidir.
Maidə surəsi neçə ayədir?
Maidə surəsi 120 ayədən ibarətdir. Quranda 114 surədən 5 nömrəlisidir.
Maidə surəsi Məkki, yoxsa Mədəni surədir?
Maidə surəsi Mədəni kimi təsnif olunur.
Ayə 5:6 dinlənilə bilərmi?
Bəli. Ayə 5:6 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Maidə surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 120 ayə və 2,804 söz, həmin mətndən yaradılır.