Məzmuna keç

Mücadilə surəsi 58:22 المجادلة

Bu, Mücadilə surəsinin 22 ayəsindən 22 nömrəli ayəsidir, Quranda 6236 ayədən 5126 nömrəlidir, cüz 28. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 545.

لَّا تَجِدُ قَوۡمٗا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ يُوَآدُّونَ مَنۡ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوۡ كَانُوٓاْ ءَابَآءَهُمۡ أَوۡ أَبۡنَآءَهُمۡ أَوۡ إِخۡوَٰنَهُمۡ أَوۡ عَشِيرَتَهُمۡۚ أُوْلَٰٓئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ ٱلۡإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٖ مِّنۡهُۖ وَيُدۡخِلُهُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ رَضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ أُوْلَٰٓئِكَ حِزۡبُ ٱللَّهِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡمُفۡلِحُونَ

(Ey Peyğəmbər!) Allaha və Axirət gününə iman gətirən bir qövmün – ataları, oğulları, qardaşları yaxud qohum-əqrəbaları olsalar belə – Allaha və Onun Rəsuluna düşmən olan kimsələrə sevgi bəslədiyini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidir. Bilin ki, məhz Allahın firqəsi nicat tapanlardır.

58:22 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4

Təfsir Mücadilə surəsi
0/22
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Mücadilə 58:22 0:00 0:00 Oxundu, davam et

Təfsir · 58:22

Al-Mukhtasar

Ey Peyğəmbər! Sən Allaha və qiyamət gününə iman gətirən elə bir qövm tapa bilməzsən ki, onlar Allaha və Onun rəsuluna ədavət bəsləyənləri sevsinlər və onlarla dostluq etsinlər. Hətta, Allaha və Onun rəsuluna düşmən olan o kimsələr onların ataları, yaxud oğulları, yaxud qardaşları və ya özlərinin mənsub olduğu qohum-əqrəbaları olsalar belə. Çünki iman insanı Allahın və Onun rəsulunun düşmənləri ilə dostluq etməyə mane olur. Həm də, imana görə qurulan bağlılıq, digər bağlılıqların hamısından üstündür. Belə ki, seçim qarşısında qaldıqda, iman bağlılığını seçmək gərəkdir. O möminlər ki, Allaha və Onun rəsuluna düşmən olanları, - əqrəbaları olsalar belə, - özlərinə dost tutmurlar, Allah imanı onların qəlbinə möhkəm yerləşdirmişdir və o, heç vaxt dəyişməyəcəkdir, üstəlik, onları Öz tərəfindən bir dəlil və bir nur sayəsində qüvvətləndirmişdir. Qiyamət günü Allah onları qəsrləri və ağacları altından çaylar axan Ədn Cənnətlərinə daxil edəcəkdir. Onlar orada əbədi qalacaq və beləcə, nə Cənnətdə onlara veriləcək nemətlər tükənəcək, nə də onlar oranı tərk edəcəklər. Allah onlardan razı qalacaq və bundan sonra heç vaxt onlara qəzəbi tutmayacaq, onlar da, Allahın onlara əta etdiyi tükənməz nemətlərdən, xüsusəndə, Uca Allahı görməkdən razı qalacaqlar. Bu zikr edilən xislətləri özündə əks etdirən kimsələr, Allahın əmrlərini yerinə yetirən və qadağan etdiyi əməllərdən çəkinən ordusudur. Bilin ki, Allahın ordusu - məhz onlar dünyada və axirətdə istədiklərinə nail olacaq və çəkindiklərindən qorunacaq kimsələrdir.

Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution

Cüz
28
Söz sayı
51
Mədinə müshəfi (604 səhifə)
545
İndoPak müshəfi (610 səhifə)
545
Nəsx müshəfi (612 səhifə)
546
Ayə 58:22 hansı surədədir?

Mücadilə surəsi (المجادلة). Surə 58 / 114 · 22 ayə.

Ayə 58:22 hansı cüzdədir?

Cüz: 28.

Ayə 58:22 hansı səhifədədir?

Mədinə müshəfi (604 səhifə): 545 · İndoPak müshəfi (610 səhifə): 545 · Nəsx müshəfi (612 səhifə): 546.

Ayə 58:22 neçə sözdən ibarətdir?

Söz sayı: 51.

Ayə 58:22 neçə ərəb hərfindən ibarətdir?

Ayə 58:22: 217 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Ayə 58:22 Quranda harada yerləşir?

Ayə 58:22 Quranın 6,236 ayəsindən 5,126 nömrəlisidir.

Mücadilə surəsi neçə ayədir?

Mücadilə surəsi 22 ayədən ibarətdir. Quranda 114 surədən 58 nömrəlisidir.

Mücadilə surəsi Məkki, yoxsa Mədəni surədir?

Mücadilə surəsi Mədəni kimi təsnif olunur.

Ayə 58:22 dinlənilə bilərmi?

Bəli. Ayə 58:22 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Mücadilə surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 22 ayə və 472 söz, həmin mətndən yaradılır.

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play