Məzmuna keç
Ayə-ayə

Surə haqqında

Münafiqun surəsi Quranda 63 nömrəli surədir, Mədəni kimi təsnif olunur və 11 ayədən ibarətdir. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 554.

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

  1. إِذَا جَآءَكَ ٱلۡمُنَٰفِقُونَ قَالُواْ نَشۡهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِۗ وَٱللَّهُ يَعۡلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشۡهَدُ إِنَّ ٱلۡمُنَٰفِقِينَ لَكَٰذِبُونَ

    (Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikdə: “Biz sənin, Allahın Rəsulu olduğuna şəhadət veririk!”– deyirlər. Allah sənin, Onun Rəsulu olduğunu bilir. Allah, münafiqlərin yalançı olduqlarına şahiddir.

  2. ٱتَّخَذُوٓاْ أَيۡمَٰنَهُمۡ جُنَّةٗ فَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّهُمۡ سَآءَ مَا كَانُواْ يَعۡمَلُونَ

    Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Onların etdikləri əməllər necə də pisdir!

  3. ذَٰلِكَ بِأَنَّهُمۡ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَفۡقَهُونَ

    Bu, onların (öncə) iman edib sonra küfür etmələri, bu yüzdən də qəlblərinə möhür vurulması səbəbiylədir. Artıq onlar anlamazlar.

  4. ۞ وَإِذَا رَأَيۡتَهُمۡ تُعۡجِبُكَ أَجۡسَامُهُمۡۖ وَإِن يَقُولُواْ تَسۡمَعۡ لِقَوۡلِهِمۡۖ كَأَنَّهُمۡ خُشُبٞ مُّسَنَّدَةٞۖ يَحۡسَبُونَ كُلَّ صَيۡحَةٍ عَلَيۡهِمۡۚ هُمُ ٱلۡعَدُوُّ فَٱحۡذَرۡهُمۡۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ

    (Ey Peyğəmbər!) Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Sanki, onlar (divara) söykədilmiş kötüklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan üz çevirirlər!

  5. وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ يَسۡتَغۡفِرۡ لَكُمۡ رَسُولُ ٱللَّهِ لَوَّوۡاْ رُءُوسَهُمۡ وَرَأَيۡتَهُمۡ يَصُدُّونَ وَهُم مُّسۡتَكۡبِرُونَ

    Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman (istehza ilə) başlarını yelləyir və sən onların təkəbbürlə üz döndərdiklərini görürsən.

  6. سَوَآءٌ عَلَيۡهِمۡ أَسۡتَغۡفَرۡتَ لَهُمۡ أَمۡ لَمۡ تَسۡتَغۡفِرۡ لَهُمۡ لَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ

    (Ey Peyğəmbər!) Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz.

  7. هُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُواْ عَلَىٰ مَنۡ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّىٰ يَنفَضُّواْۗ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَٰكِنَّ ٱلۡمُنَٰفِقِينَ لَا يَفۡقَهُونَ

    Onlar: “Allahın Rəsulu yanında olanlara (mühacirlərə) bir şey xərcləməyin ki, dağılıb getsinlər!”– deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.

  8. يَقُولُونَ لَئِن رَّجَعۡنَآ إِلَى ٱلۡمَدِينَةِ لَيُخۡرِجَنَّ ٱلۡأَعَزُّ مِنۡهَا ٱلۡأَذَلَّۚ وَلِلَّهِ ٱلۡعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلۡمُؤۡمِنِينَ وَلَٰكِنَّ ٱلۡمُنَٰفِقِينَ لَا يَعۡلَمُونَ

    Onlar (münafiqlər): “Əgər biz Mədinəyə qayıtsaq, ən izzətli olan, ən zəlil olanı mütləq oradan çıxardacaqdır!”– deyirlər. Halbuki izzət yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilmirlər.

  9. يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُلۡهِكُمۡ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡ عَن ذِكۡرِ ٱللَّهِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ

    Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Kim bunu etsə (bilsin ki,) onlar ziyana uğrayanlardır.

  10. وَأَنفِقُواْ مِن مَّا رَزَقۡنَٰكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ فَيَقُولَ رَبِّ لَوۡلَآ أَخَّرۡتَنِيٓ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّٰلِحِينَ

    Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməzdən öncə sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin.

  11. وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفۡسًا إِذَا جَآءَ أَجَلُهَاۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ

    Allah, əcəli çatmış bir nəfsin ölümünü əsla gecikdirməz. Allah nə etdiklərinizdən xəbərdardır.

0/11
0

0 savab bu gün · 0 bu cihazda cəmi

“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.

0

0 bu gün gözləyən cəvahir

Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.

0:00
Mishary Alafasy Münafiqun 0:00 0:00

Müshəfdə Münafiqun surəsi

Nazil olması
Mədəni
Cüz
28
Söz sayı
180
Mədinə müshəfi (604 səhifə)
554-555
İndoPak müshəfi (610 səhifə)
554-555
Nəsx müshəfi (612 səhifə)
555-556

Münafiqun surəsi haqqında suallar

Münafiqun surəsi neçə ayədir?

Münafiqun surəsi 11 ayədən ibarətdir. Quranda 114 surədən 63 nömrəlisidir.

Münafiqun surəsi hansı cüzdədir?

Münafiqun surəsi: cüz 28 (30 cüzdən).

Münafiqun surəsi Məkki, yoxsa Mədəni surədir?

Münafiqun surəsi Mədəni kimi təsnif olunur.

Münafiqun surəsi hansı səhifədədir?

Münafiqun surəsi Mədinə müshəfində (604 səhifə): 554-555. İndoPak müshəfində (610 səhifə): 554-555. Nəsx müshəfində (612 səhifə): 555-556.

Münafiqun surəsi neçə sözdən ibarətdir?

Münafiqun surəsi: 180 söz, bu saytın göstərdiyi Osmani mətndən hesablanıb.

Münafiqun surəsi neçə ərəb hərfindən ibarətdir?

Münafiqun surəsi: 787 hərf, həmin Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.

Münafiqun surəsi Quranda harada yerləşir?

Münafiqun surəsi Quranın 6,236 ayəsi içərisində 5,189 nömrəli ayədən 5,199 nömrəli ayəyə qədər uzanır.

Münafiqun surəsində səcdə ayəsi varmı?

Xeyr. Münafiqun surəsində Mədinə müshəfində səcdə işarəsi yoxdur; 114 surədən 14 surədə var.

Münafiqun surəsi dinlənilə bilərmi?

Bəli. Münafiqun surəsinin 11 ayəsinin hamısı burada ayə-ayə, 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.

Münafiqun surəsi üçün hansı ərəb mətni istifadə olunur?

Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 11 ayə və 180 söz, həmin mətndən yaradılır.

Münafiqun surəsini dinlə

Quran qariləri

Quran söz-söz və gündəlik oxu vərdişi bir pulsuz tətbiqdə.

App Store-dan yükləyinBurada əldə edin: Google Play