Münafiqun surəsi 63:4 المنافقون
Bu, Münafiqun surəsinin 11 ayəsindən 4 nömrəli ayəsidir, Quranda 6236 ayədən 5192 nömrəlidir, cüz 28. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 554.
۞ وَإِذَا رَأَيۡتَهُمۡ تُعۡجِبُكَ أَجۡسَامُهُمۡۖ وَإِن يَقُولُواْ تَسۡمَعۡ لِقَوۡلِهِمۡۖ كَأَنَّهُمۡ خُشُبٞ مُّسَنَّدَةٞۖ يَحۡسَبُونَ كُلَّ صَيۡحَةٍ عَلَيۡهِمۡۚ هُمُ ٱلۡعَدُوُّ فَٱحۡذَرۡهُمۡۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ
(Ey Peyğəmbər!) Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Sanki, onlar (divara) söykədilmiş kötüklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan üz çevirirlər!
63:4 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 63:4
Al-Mukhtasar
Ey müşahidə edən kəs! Sən o münafiqlərə baxdıqda onların zahiri görünüşü və bədən quruluşu, onların gümrah və xoş gün-güzəran içində olması sənin xoşuna gəlir, habelə, danışdıqları zaman onların bəlağətli danışığına qulaq asırsan. Ey Peyğəmbər! Onlar sənin məclisində sanki divara söykədilmiş dirəklər kimidirlər, heç nə başa düşmür və heç nə qəbul etmirlər. Qorxaqlıqlarından dolayı hər bir səsin özlərinə qarşı olduğunu zənn edirlər. Onlar əsl düşməndirlər. Ey Peyğəmbər! Sən onlardan həzər et ki, sənin sirrini yaymasınlar və sənə hiylə qurmasınlar. Allah onlara lənət etsin! Allahın açıq-aydın dəlil-sübutları olduğu halda, gör imandan necə üz çevirirlər!
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 28
- Söz sayı
- 22
- Mədinə müshəfi (604 səhifə)
- 554
- İndoPak müshəfi (610 səhifə)
- 555
- Nəsx müshəfi (612 səhifə)
- 556
Ayə 63:4 hansı surədədir?
Münafiqun surəsi (المنافقون). Surə 63 / 114 · 11 ayə.
Ayə 63:4 hansı cüzdədir?
Cüz: 28.
Ayə 63:4 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 554 · İndoPak müshəfi (610 səhifə): 555 · Nəsx müshəfi (612 səhifə): 556.
Ayə 63:4 neçə sözdən ibarətdir?
Söz sayı: 22.
Ayə 63:4 neçə ərəb hərfindən ibarətdir?
Ayə 63:4: 103 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 63:4 Quranda harada yerləşir?
Ayə 63:4 Quranın 6,236 ayəsindən 5,192 nömrəlisidir.
Münafiqun surəsi neçə ayədir?
Münafiqun surəsi 11 ayədən ibarətdir. Quranda 114 surədən 63 nömrəlisidir.
Münafiqun surəsi Məkki, yoxsa Mədəni surədir?
Münafiqun surəsi Mədəni kimi təsnif olunur.
Ayə 63:4 dinlənilə bilərmi?
Bəli. Ayə 63:4 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Münafiqun surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 11 ayə və 180 söz, həmin mətndən yaradılır.