Nur surəsi 24:11 النور
Bu, Nur surəsinin 64 ayəsindən 11 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2802 nömrəlidir, cüz 18. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 351.
إِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلۡإِفۡكِ عُصۡبَةٞ مِّنكُمۡۚ لَا تَحۡسَبُوهُ شَرّٗا لَّكُمۖ بَلۡ هُوَ خَيۡرٞ لَّكُمۡۚ لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُم مَّا ٱكۡتَسَبَ مِنَ ٱلۡإِثۡمِۚ وَٱلَّذِي تَوَلَّىٰ كِبۡرَهُۥ مِنۡهُمۡ لَهُۥ عَذَابٌ عَظِيمٞ
Şübhəsiz ki, (Aişə barəsində) yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.
24:11 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 24:11
Al-Mukhtasar
Ey Möminlər! Möminlərin anası Aişənin -Allah ondan razı olsun- zina etdiyini iddia edib, ona iftira atanlar özlərini sizə nisbət edən bir dəstədir. Onların sizə yaxdıqları bu böhtanın heç də özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, sizə atılan bu böhtan, səvablarınızı artırdığı, möminləri aranızdakı münafiqlərdən təmizlədiyi və möminlərin anası Aişəni təmizə çıxartdığı üçün sizə görə xeyirlidir. Aişəyə atılan bu iftirada iştirak edən hər bir kimsəyə, iftira ataraq onu insanlar arasında danışan hər bir kəsə qazandığı günahın cəzası vardır. Bu cəzanın ən böyüyünə, bu böhtanı ilk dəfə insanlar arasında yayan kimsə yüklənəcəkdir. Onun üçün çox şiddətli əzab vardır. Burada zina iftirasını ilk dəfə olaraq yaymaqla qəsd edilən, münafiq, Abdullah bin Ubey bin Səluldur.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 18
- Söz sayı
- 28
- Mədinə müshəfi (604 səhifə)
- 351
- İndoPak müshəfi (610 səhifə)
- 351
- Nəsx müshəfi (612 səhifə)
- 352
Ayə 24:11 hansı surədədir?
Nur surəsi (النور). Surə 24 / 114 · 64 ayə.
Ayə 24:11 hansı cüzdədir?
Cüz: 18.
Ayə 24:11 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 351 · İndoPak müshəfi (610 səhifə): 351 · Nəsx müshəfi (612 səhifə): 352.
Ayə 24:11 neçə sözdən ibarətdir?
Söz sayı: 28.
Ayə 24:11 neçə ərəb hərfindən ibarətdir?
Ayə 24:11: 101 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 24:11 Quranda harada yerləşir?
Ayə 24:11 Quranın 6,236 ayəsindən 2,802 nömrəlisidir.
Nur surəsi neçə ayədir?
Nur surəsi 64 ayədən ibarətdir. Quranda 114 surədən 24 nömrəlisidir.
Nur surəsi Məkki, yoxsa Mədəni surədir?
Nur surəsi Mədəni kimi təsnif olunur.
Ayə 24:11 dinlənilə bilərmi?
Bəli. Ayə 24:11 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nur surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 64 ayə və 1,316 söz, həmin mətndən yaradılır.