Nur surəsi 24:58 النور
Bu, Nur surəsinin 64 ayəsindən 58 nömrəli ayəsidir, Quranda 6236 ayədən 2849 nömrəlidir, cüz 18. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 357.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِيَسۡتَـٔۡذِنكُمُ ٱلَّذِينَ مَلَكَتۡ أَيۡمَٰنُكُمۡ وَٱلَّذِينَ لَمۡ يَبۡلُغُواْ ٱلۡحُلُمَ مِنكُمۡ ثَلَٰثَ مَرَّٰتٖۚ مِّن قَبۡلِ صَلَوٰةِ ٱلۡفَجۡرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ ٱلظَّهِيرَةِ وَمِنۢ بَعۡدِ صَلَوٰةِ ٱلۡعِشَآءِۚ ثَلَٰثُ عَوۡرَٰتٖ لَّكُمۡۚ لَيۡسَ عَلَيۡكُمۡ وَلَا عَلَيۡهِمۡ جُنَاحُۢ بَعۡدَهُنَّۚ طَوَّٰفُونَ عَلَيۡكُم بَعۡضُكُمۡ عَلَىٰ بَعۡضٖۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu) sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmaqda nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
24:58 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 24:58
Al-Mukhtasar
Uca Allah bu surənin: 27- ci ayəsində həddi-büluğa çatmış azad insanların evlərə daxil olmazdan əvvəl ev sakinlərinə salam vermədən və evə daxil olmaq üçün izin istəmədən daxil olmalarının qadağan olduğu barədə danışdıqdan sonra, qulların, həddi-büluğa çatmamış azad insanların və qadınların ayıb yerlərini dərk etməyən azyaşlı uşaqların evlərə daxil olmazdan əvvəl izin almaları barədə xəbər verərək belə buyurur:
Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Kişi və qadın kölələriniz və həddi-bülğ yaşına çatmayan uşaqlarınız yanınıza girmək istədikdə qoy bu üç vaxtda sizdən izin istəsinlər. Bu vaxtlar: Sübh namazından əvvəl, yataq paltarlarınızı dəyişib gündüz paltarlarınızı geyindiyiniz vaxt, günorta vaxtı paltarınızı yatmaq üçün çıxartdığınız zaman və işa namazından sonrakı vaxtdır. Çünki bu vaxt, gündüz paltarınızı çıxarıb yataq paltarınızı geyindiyiniz vaxtdır. Bu üç vaxt, sizin çılpaq ola biləcəyiniz vaxtlardır. Bu kimsələr, bu vaxtlarda sizin yanınıza ancaq sizdən izin aldıqdan sonra girə bilərlər. Bu üç vaxtdan başqa qalan vaxtlarda onların sizin yanınıza sizdən izin almadan daxil olmalarında və həmçinin sizin də onların yanına onlardan izin olmadan daxil olmanızda nə sizə, nə də onlara bir günah vardır. Çünki onlar gecə-gündüz daima sizin aranızda olan kimsələrdir və hər dəfə sizin yanınıza daxil olmaq üçün sizdən izin istəmələri onlara çətindir. Uca Allah, evlərə daxil olmazdan əvvəl izin alma hökmlərini sizə açıq-aydın izah etdiyi kimi, şəriətin başqa hökmlərinə dəlalət edən ayələri də sizə belə açıq-aydın bir şəkildə izah edir. Uca Allah nəyin qulları üçün daha xeyirli olduğunu biləndir və onlar üçün qanun etdiyi hökmlərində də hikmət sahibidir.
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 18
- Söz sayı
- 49
- Mədinə müshəfi (604 səhifə)
- 357
- İndoPak müshəfi (610 səhifə)
- 357
- Nəsx müshəfi (612 səhifə)
- 358
Ayə 24:58 hansı surədədir?
Nur surəsi (النور). Surə 24 / 114 · 64 ayə.
Ayə 24:58 hansı cüzdədir?
Cüz: 18.
Ayə 24:58 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 357 · İndoPak müshəfi (610 səhifə): 357 · Nəsx müshəfi (612 səhifə): 358.
Ayə 24:58 neçə sözdən ibarətdir?
Söz sayı: 49.
Ayə 24:58 neçə ərəb hərfindən ibarətdir?
Ayə 24:58: 212 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 24:58 Quranda harada yerləşir?
Ayə 24:58 Quranın 6,236 ayəsindən 2,849 nömrəlisidir.
Nur surəsi neçə ayədir?
Nur surəsi 64 ayədən ibarətdir. Quranda 114 surədən 24 nömrəlisidir.
Nur surəsi Məkki, yoxsa Mədəni surədir?
Nur surəsi Mədəni kimi təsnif olunur.
Ayə 24:58 dinlənilə bilərmi?
Bəli. Ayə 24:58 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Nur surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 64 ayə və 1,316 söz, həmin mətndən yaradılır.