Təhrim surəsi 66:8 التحريم
Bu, Təhrim surəsinin 12 ayəsindən 8 nömrəli ayəsidir, Quranda 6236 ayədən 5237 nömrəlidir, cüz 28. Mədinə müshəfində (604 səhifə) yeri: səhifə 561.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ تُوبُوٓاْ إِلَى ٱللَّهِ تَوۡبَةٗ نَّصُوحًا عَسَىٰ رَبُّكُمۡ أَن يُكَفِّرَ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيُدۡخِلَكُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يَوۡمَ لَا يُخۡزِي ٱللَّهُ ٱلنَّبِيَّ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥۖ نُورُهُمۡ يَسۡعَىٰ بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۡ يَقُولُونَ رَبَّنَآ أَتۡمِمۡ لَنَا نُورَنَا وَٱغۡفِرۡ لَنَآۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
Ey iman gətirənlər! Allaha səmimi tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah, Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmaz .Onların nuru önlərindən və sağ tərəflərində gedərkən onlar: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”– deyəcəklər.
66:8 · tərcümə: Əlixan Musayev · QuranEnc.com · v1.0.4
Oxu tənzimləmələri
İşıqlandırma
Mətn ölçüsü
Göstər
Oxu tərəqqisi
Oxu tərəqqisi silindi
0
0 savab bu gün · 0 bu cihazda cəmi
“Kim Allahın Kitabından bir hərf oxuyarsa, ona bir savab vardır və hər savab on qat artırılır.” Came ət-Tirmizi 2910. Tətbiqdəki hərf qaydası ilə sayılır; bu bir hesabdır, vəd deyil.
0
0 bu gün gözləyən cəvahir
Oxunuşunuza görə təxmin edilir, tətbiqdəki gündəlik limitlə eynidir. Cəvahirlər Quran Habit tətbiqində qazanılır və alınır.
Təfsir · 66:8
Al-Mukhtasar
Ey Allaha iman gətirən və Onun buyruqlarını yerinə yetirən kimsələr! Günahlarınıza görə Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz sizin günahlarınızı silsin və sizi, Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri atəşə atmaqla rəzil etməyəcəyi bir gündə - qiyamət günü ağacları və qəsrləri altından çaylar axan Cənnət bağlarına daxil etsin. Sirat körpüsü üzərində onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaq. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz Cənnətə daxil olanadək nurumuzu bizim üçün tamamla ki, münafiqlərin nuru sirat körpüsü üstündə söndüyü kimi, bizim də nurumuz sönməsin və bizim günahlarımızı bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən. Sənin bizim nurumuzu tamamlamağına və günahlarımızı bağışlmağına heç kəs mane ola bilməz.”
Al-Mukhtasar fi Tafsir al-Quran al-Karim - Dar Al-Mukhtasar for Publishing and Distribution
- Cüz
- 28
- Söz sayı
- 45
- Mədinə müshəfi (604 səhifə)
- 561
- İndoPak müshəfi (610 səhifə)
- 561
- Nəsx müshəfi (612 səhifə)
- 562
Ayə 66:8 hansı surədədir?
Təhrim surəsi (التحريم). Surə 66 / 114 · 12 ayə.
Ayə 66:8 hansı cüzdədir?
Cüz: 28.
Ayə 66:8 hansı səhifədədir?
Mədinə müshəfi (604 səhifə): 561 · İndoPak müshəfi (610 səhifə): 561 · Nəsx müshəfi (612 səhifə): 562.
Ayə 66:8 neçə sözdən ibarətdir?
Söz sayı: 45.
Ayə 66:8 neçə ərəb hərfindən ibarətdir?
Ayə 66:8: 192 hərf, bu saytın göstərdiyi Osmani mətndən, hərəkələr sayılmadan hesablanıb.
Ayə 66:8 Quranda harada yerləşir?
Ayə 66:8 Quranın 6,236 ayəsindən 5,237 nömrəlisidir.
Təhrim surəsi neçə ayədir?
Təhrim surəsi 12 ayədən ibarətdir. Quranda 114 surədən 66 nömrəlisidir.
Təhrim surəsi Məkki, yoxsa Mədəni surədir?
Təhrim surəsi Mədəni kimi təsnif olunur.
Ayə 66:8 dinlənilə bilərmi?
Bəli. Ayə 66:8 burada 43 qaridən istənilən birinin oxuması ilə səslənir, pulsuz və qeydiyyatsız.
Təhrim surəsi üçün hansı ərəb mətni istifadə olunur?
Kral Fəhd Kompleksinin Osmani Hafs mətni, Kompleksin öz şrifti KFGQPC Uthmanic Hafs V22 ilə. Bu səhifədəki bütün saylar, o cümlədən 12 ayə və 249 söz, həmin mətndən yaradılır.